Distant təhsildə Yaxşını pisdən necə ayırd edə bilərik ?

Özünü təsdiqləmiş online dərəcə proqramlarına qeyd ola bilmək üçün tələbələrin yaxşı bir texnologiya istifadəçisi olmaları lazımdır.

Akkreditasiya və məzuniyyət faizlərini yoxlamaq, tələbələrin özünü qəbul etdirmiş bir online dərəcə proqramı seçmələrinə köməkçi ola bilər.

Son bir neçə on ildə meydana gələn texnoloji irəliləyişlər xüsusi universitetləri və dövlət universitetlərini online təhsil sahəsinə yönəltmiş və bu da online dərəcə almaq istəyən tələbələr üçün izdihamlı bir bazar yaratmasını təmin etmişdir.

Amma bütün proqramlar sağlam deyil.

Online universitetlər şagirdlərdən mənfəət əldə etməyə çalışmış və bəzi proqramlar səhv təqdimat və ya fırıldaqçılıqdan məhkəməyə verilmişdir. Mütəxəssislərə görə tələbələrin saxtakarlıqdan çəkinməsi üçün texnologiyanı yaxşı istifadə etməsi və bir online dərəcə proqramına qeyd etdirmədən əvvəl araşdırma etməsi lazımdır.

Bu göstəricilər tələbələrin yaxşı bir online proqramını pisindən ayırd etməsinə köməkçi ola bilər.

 Akkreditasiya:

Bir təsdiq damğasına bənzədə biləcəyimiz akkreditasiya, şagirdlərə hansı məktəb və ya dərəcə proqramlarının müəyyən akademik standartları qarşıladığını göstərər. Akkreditasiya eyni zamanda işə götürənlərə, bu proqramlardan məzun olan tələbələrin iş gücünə qatılmağa hazır olduğunu göstərir.

Online təhsil üzərinə ixtisaslaşmış bir araşdırma quruluşu olan Sloan Consortiumda baş məlumat idarəçisi Janet Moore, “Əgər bir iş üçün istinad istəyirsinizsə, ən yaxşı variant regional akkreditasiyaya sahib bir təşkilata getmək olacaq.” deyir.

Bir çox universitet akkreditasiya siyahısını internet saytlarına qoymasına baxmayaraq, tələbələr məktəbin istinadlarının qanuni olduğunu təsdiq etməlidir. Campus Progress məsləhət qrupu direktoru Ana Johnson, bəzi təhsil müəssisələrinin mövcud olmayan və ya adı eşidilməmiş akkreditasiya orqanlarından saxta arayışlar aldığını ifadə edərək xəbərdar edir.

Məsələn Uzaqdan Təhsil Akkreditasiya heyəti “beynəlxalq ölçüdə tanınmış müstəqil bir xüsusi təhsil akkreditasiya orqanı olduğunu” iddia edir lakin Yüksək Təhsil Akkreditasiya heyəti və ya Təhsil Nazirliyi tərəfindən tanınmır.

Təhsil Nazirliyinin Universitet Səyahəti vasitəsi; həm tələbələr Təhsil Nazirliyinə bağlı hər bir məktəb akreditasiyasına nəzarət etməsinə köməkçi olur, həm də bu təhsil ocağının məzuniyyət nisbətləri, tələbə saxlama nisbətləri və tələbə krediti nisbətlərinə nəzarət etmələrini təmin edir.

 Tədris planı və kreditlər:

Bir online dərəcə proqramına qeyd olmadan əvvəl şagirdlər, program dəyişdirmələri halında qazandıqları kreditlərin köçürülə bilər olub olmadığını yoxlamalıdır.

Əgər kreditləri köçürülə bilmirsə tələbələr “Niyə?” sualını soruşmalıdır. Bunun səbəblərindən biri digər universitetlərin, bu proqramda verilən dərslərin məktəbin akademik standartlarına uyğun olmadığını qəbul etməsi ola bilər.

Moore eyni zamanda tələbələrin, əvvəlki dərslərdən aldıqları kreditlər üçün də sorğu aparması lazım olduğunu söyləyir. “İkinci iliniz olan 1990-cı ildə məktəbdən qovulmusunuzsa, o ilə qədər aldığınız kreditləri itirəcəkmisiniz? Yoxsa qaldığınız yerdən davam edə biləcəkmisiniz?” deyə əlavə edir.

Moora görə tələbələrin araşdırması lazım olan başqa bir mövzu da qatılmağı düşündükləri online dərəcə proqramının tədris planıdır. Məsələn: Komputer informasiya texnologiyaları online proqramındakı dərslər, tələbələrə əməliyyat sistemləri və axtarılan kodlaşdırma dilləri kimi praktik bacarıqları öyrətməlidir.

 Dəstək xidmətləri:

Online bir dərəcəyə sahib olmaq akademik köməyə olan ehtiyacı ortadan qaldırmaz. Mütəxəssislərə görə bir çox hallarda bu xidmətlərə olan ehtiyacı artırır.

Dəstək xidməti hansı səviyyədə olacaq? Devry University və Chamberlain College of Nursing də daxil olmaqla bir çox mənfəət məqsədli quruluşu idarə edən Devry Inc.də online xidmətlər rəhbəri olan Chris Caywood “İlk gün və ya ilk həftə köməyə ehtiyac duyduğunuzda sizə kim kömək edəcək?” deyir.

Tələbələr seçdikləri online dərəcə proqramının seçdikləri karyera sahəsinə girmələrinə və ya bu yolda irəliləmələrinə köməkçi olub olmayacağını zəmanət altına almaq istəyir.

Caywood  “Mən olsam karyera xidmətlərinin necə olduğu ilə əlaqədar çoxlu sual verərdim.” deyir. “Sizə yalnız təhsil məqsədlərinizə çatmaq mövzusunda kömək edərlər yoxsa sonrakı işinizə girmənizə də köməkçi olacaqlarmı?”

Online tələbələr bu çətin sualları soruşaraq təhsil ocağının tələbə ehtiyaclarını necə qarşıladığı ilə əlaqədar mühüm məlumat da əldə edə bilərlər. Campus Progressdən Johnsona görə; dəstək xidmətləri haqqındakı məlumatların məktəbin internet saytında olmaması və ya tələbələrin bununla əlaqədar suallarının cavabsız qalması proqramın bir şeyləri gizlətməyə çalışdığının göstəricisi ola bilər.

Johnson “Əgər bu məktəbdəki təcrübənizin necə olacağı ilə əlaqədar məlumat almaqda çətinlik çəkirsinizsə, tələbə olduğunuzda, qarşılaşacağınız problemlər haqqında məlumata sahib olarsınız.” deyir. “Əgər akademik məsləhətçilik və ya karyera yerləşdirmə xidmətləri haqqında sual soruşacaq birini tapa bilmirsinizsə, məncə, bu böyük bir qırmızı bayraq deməkdir.”

Digər qırmızı bayraqsa israrçı maliyyə yardımı məsləhətçiləridir.

Johnson “Tələbələr hər hansı bir kreditə müraciət etməzdən əvvəl maliyyə yardımı paketlərini tamamilə anlamış olmalı və məktəblər online dərəcə proqramları üçün, xüsusilə, özəl kreditlər kimi kredit alış-verişi üçün onlara təzyiq etməyə qalxsa diqqətli davranmalıdırlar.” deyir.

“Maliyyə kömək məsləhətçiliyinə giriş çox əhəmiyyətlidir və şagirdlər axtardıqları məlumatı tapa bilməzlərsə və ya suallarına qənaətbəxş cavablar almırlarsa diqqətli davranmaq məcburiyyətindədirlər.” deyir.

Statistikalar:

Sloan Konsorsiumundan Moore, “Məzuniyyət nisbətləri və ya bir tələbə kredit defolt faizləri kimi rəqəmlər tələbələrə məktəb haqqında çox şey söyləyə bilər.” deyir.

Aşağı bir rəqabət səviyyəsi tələbələrə proqramın kifayət qədər güclü bir akademik dəstək proqramı olmadığını göstərir və yüksək defolt kredit nisbəti qeyri-kafi bir maliyyə yardımı məsləhətçisinin göstəricisi ola bilər.

Aşağı məşğulluq dərəcələri proqramın tələbələr üçün güclü bir akademik dəstək təklif etmədiyini, hətta heç bir akademik dəstəyi olmadığını və daha böyük bir problem olan diplom işinə işarə edə bilər. Bu təşkilatlar aşağı tədris planı keyfiyyəti və ya qanuni akkreditasiya qeyri-kafiliyi səbəbiylə işə götürənlərin gözündə aşağı əhəmiyyətə sahib dərəcələr səbəbiylə məzunların tələf olmasına səbəb ola bilər.

Moore tələbə saxlamağın, müvəffəqiyyət və defolt nisbətləri yaxşı məktəblərin pislərdən ayrılmasını təmin etdiyini deyir. “Buradakı çətinlik insanların yerində oturub əvvəlcədən araşdırma etməsini təmin etməkdir.”

Kelsey Sheehy

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next