Distant Təhsil nədir?

Distant Təhsil və ya Online təhsil indi ən önəmli təhsil metoduna çevirilməktədir. Çünki dünyanı öz təsir altına alan koronavirus distant təhsili ən populyar mövzulara çevirdi. Çox vaxtınızı almadan sizə bir başa önəmli distant xidmətlərimiz haqqında məlumat verəcəyəm.

  1. Online və ya distant formada ingilis dili kurslarına başlamaq olar?
    1. Bəli. CELT İngilis dili kursları artıq distant və ya onlayn formada kurslar təşkil edir. Ətarflı məlumat üçün ofislərimizə yaxınlaşa bilərsiniz. 
  2. Distant formada tamamən xaricdə oxumaq olar?
    1. Əlbəttə. Distant təhsil iki ölkədə ən yetişmiş formadadır. İngiltərədə distant bakalavr və magistr təhsili. 
    2. Türkiyədə dövlət və özəl universitetlərində distant təhsili. Türk universitetlərində həm türkçə həm ingilis dilində distant təhsil ala bilərsiniz.

Distant təhsil haqqında aha geniş məlumat üçün blogumuzu oxuyun. 

Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem Distant Təhsil Sistemidir. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Bir çox tələbələr işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəində beynəlxalq təhsil üçün xaricə getmək mümkün deyil. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir.

Distant Təhsil nədir?

Distant Təhsil

Məsafəli təhsil (Distant) proqramı, təhsil müəssisələrinin, şagirdlərin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır. Bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla şagirdlərə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir.

Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır.
Məsafəli təhsil uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli  təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur.

Peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə, təhsilin uzaqdakı şagirdlərə çatdırılır. Başlanğıcda təhsil proqramına möhkəmlətmə olaraq ortaya qoyulan məsafəli təhsil proqramı sonralar təhsil sahəsində çox rəğbət görən bir proqram oldu. İndiki vaxtda kolleclər, universitetlər, kiçik ya da böyük iş qrupları, təhsil agentləri, hərbi qüvvələr, dini təşkilatlar, sənaye təşkilatları, özəl sahibkarlar və digər sahələr Distant Təhsilə böyük önəm verirlər.

İşinizi boş buraxmadan, olduğunuz yerdən ayrılmadan və ya müəyyən bir gəlir itkisi olmadan müəyyən bir sahədə təhsil almaq istəyənlər üçün uzaqdan təhsil proqramı yaxşı bir fürsətdir. Məsafəli təhsil proqramında həm qazanır, həm də təhsilinizi tamamlayırsınız. Son illərdə telefon xəttinin, fərdi kompüterlərin, video vasitələrinin, CD-ROM və internet üzərindən həyata keçirilən online kursları istifadəsinin yayılmasıyla uzaqdan təhsil interaktiv, dinamik və olduqca canlı bir ölçü qazanmışdır.

Distant Təhsilin Funksiyaları və Üstünlükləri

Distant Təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları da genişdir.

1.Yaş qrupları arasında təhsil balansının təmin edilməsi,
2. İkinci dəfə təhsil almaq imkanının təmin edilməsi,
3. Geniş kütlələr üçün məlumat və təhsil kampaniyalarının həyata keçirilməsi,
4. Hədəf qruplara treyninqlərin verilməsi,
5. Hədəf qrupların digər ehtiyaclarının təmin edilməsi,
6. Yeni sahələrdə təhsilin verilməsi,
7. Təhsili geniş coğrafiyada əldə etmənin təmin edilməsi,
8. Təhsilin işlə və ailə həyatı ilə kombinasiyasının təmin edilməsi,
9. Bacarıqların inkişaf etdirilməsi,
10. Transmilli proqramların təklifi və s.

Mesafəli təhsil

Distant Təhsildə tapşırıqlar, testlər və əlavə materiallar tələbəyə elektron variantda internet vasitəsilə göndərilir, tələbə də bütün testləri, çalışmaları yerinə yetirərək fərdi qaydada öz biliklərini artırır. Proqramın tələblərindən asılı olaraq siz demək olar həm bütün programl elektron varitnatda götürə bilərsiniz və ya bir neçə dərsi. Deyək hər hansı universitetdə oxuyursunuz. Yayda həm istirahət etmək istəyirsiniz həm də müəyyən əlavə dərslər gtürmək istəyirsiniz. O zaman siz istənilən yerə gedib həm ailənizlə birlikdə ola və dərslərini distant sistem vasitəsi ilə həll edə bilərsiniz. Bu da sizə böyük imkanlar və rahatlıq verəcəkdir.

Nəticə olaraq bu təhsil sisteminin tələbələr üçün üstünlüklərini aşağıdakı kimi sıralamaq olar:

• Ölkəni tərk etmədən xarici universitetlərdə təhsil almaq imkanı
• Təhsilin sürətini tənzimləmədəki sərbəstlik
• Həm oxuyub, həm də işləmək imkanı
• İşdən sonra, asudə vaxtlarda və evdə oxuma imkanı
• Nəqliyyat xərclərinin azalması və ya tamamilə yoxluğu,
• Təhsil haqqını kreditlə ödəmə fürsəti
• Səyahətdə olarkən də təhsil almaq imkanı.

Azərbaycanda Distant təhsil

Azərbaycanda Distant Təhsil

Uzun müddətdir Azərbaycanda da distant təhsil sisteminə keçilməsi ilə bağlı mübahisələr artıq bir addım irəli atılıb. Beləki, Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılıb. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq
İllərdir Azərbaycanda mövcud olan qiyabi təhsil siteminin ləğv olunması və distant təhsillə əvəzlənməsi tələbələrimizə nə qazandıracaq, hansı yenilikləri verəcək və nəhayət ali təhsil müəsisələrimiz buna hazırdırlarmı? Bu yöndə fikirlər müxtəlifdir. Mütəxəssislər bildirir ki, qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabacıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir.
Distant təhsil sisteminin ölkəmiz üçün nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.

Öncələr bizə hər kəs TƏHSİL NAZİRLİYİNİN distant təhsili tanıyıb tanımacağını soruşurdu. Artıq yeni nazirin gəlişi ilə bu məsələ də həlli tapmış oldu. Həm Koronavirus problemi həm də məktəblərin online tədris sistemi distant təhsilinin önəmini artırdı. 

Bu çox önəmli və asan həyata keçirilən qərar deyil. Distant Təhsil çoxlu maliyyə tələb edən sahədir. Burada bununla işləyə biləcək professorlar, texnologiyaya yönümlü və maraqlı insanlarda olmalıdır. Amma ən azından dövlət rəsmi olaraq distant təhsili tanıyacaq.

42 thoughts on “Distant Təhsil nədir?”

    1. Salam. Əlbəttə. Sadəc TN hələ distant təhsilini tam olaraq aydınlaşdırmayıb. Yəni tanınıb tanınmaması müəmmadır təssüf ki.

  1. salam bes tehsil aldigin vaxt erzinde herbi xudmete gedilir ya yox?gedilmirse niye ,bu tehsil qiyabi sayilmir?rusiyada distant tehsil var?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next