DİM 2020/2021 -ci il üçün tələbə qəbulu prosesinə start verib. Abituryentlər necə ərizə verə bilərlər?

Bildiyiniz kimi 12 May 2020-ci il tarixindən Dövlət İmtahan Mərkəzi 2020/2021-ci Tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu prosesinin ərizə qəbulunu elan etmişdir.

Ərizə qəbulu prosesi aşağıdakı kimidir.

1. Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2020-ci il mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netlərinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq (bax: səh. 8, “Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat). Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır.

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə keçirilir.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildir­məlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 1.1 və 1.2-ci bəndlər) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

Xaricdə təhsil almaq arzun varsa, o zaman DİM imtahanlarında iştirak etməklə yanaşı bizə də müraciət et! CELT sənə dünyanın ƏN YAXŞI universitetlərinə qəbul olmaq imkanı yaradır…

1.1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən 1-ci bənddə göstərilən müddətdə özləri təsdiq edirlər:

–   Azərbaycan Respublikasının ümumi təhsil  müəssisələrini cari ildə bitirən abituriyentlər;

–   Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

–   Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

–   2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qadın cinsli abituriyentlər.

1.2. Digər abituriyentlər elektron ərizələrini doldurduqdan sonra 2020-ci il mayın 18-dən iyunun 5-dək DİM-in internet saytından elektron qaydada növbə götürərək tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

DİM-in Badamdar ofisi

    (Bakı ş, Yasamal r, Mikayıl Müşfiq küç., 1M)

DİM-in Asiya ofisi

    (Bakı ş, Nəsimi r, Abdulvahab Salamzadə küç., 28)

DİM-in Gənclik ofisi

    (Bakı ş, Nərimanov r, Koroğlu Rəhimov küç., 108A)

DİM-in Naxçıvan MR  Regional Bölməsi     (Naxçıvan ş., Nizami küçəsi, 10);

DİM-in Gəncə Regional Bölməsi

  (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

DİM-in Lənkəran Regional Bölməsi

  (Lənkəran ş., H.Aslanov xiyabanı, 52);

DİM-in Xaçmaz Regional Bölməsi

  (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

DİM-in Şəki Regional Bölməsi

  (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

DİM-in Şirvan Regional Bölməsi

  (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

DİM-in Göyçay Regional Bölməsi

  (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

DİM-in Bərdə Regional Bölməsi
  (Bərdə ş., H. Əliyev prospekti, 88);

DİM-in Şəmkir Regional Bölməsi

  (Şəmkir ş., Bakı – Qazax şosesi, İnzibati bina –“west gate”).

1.3. Elektron ərizələrini SQK-larda təsdiq etdir­məli olan abituriyentlər  SQK-ya aşağıdakı sə­nəd­ləri təq­dim edirlər:

–    elektron ərizəsinin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adını (şəxsiyyəti  təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN));                    

–    tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini[1] (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları ümumi təhsil müəssisəsi tərəfindən verilən, müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı – “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na
 2 nömrəli əlavə[2]);

–    şəxsiyyətlərini təsdiq edən sənədin əslini:

·       Azərbaycan Respublikasının vətəndaşları
şəxsiyyət vəsiqələrini;

·       əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;

·       vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;

·       Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;

·       qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədlərini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, digər sənədləri və ya icazə vəsiqələrini;

–    Azərbaycan Respublikasında ali təhsil müəssisələrini ödənişli əsaslarla bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə ali təhsil müəssisələrini bitirənlər istisna olmaqla) dövlət hesablı yerlərin müsabiqəsində iştirak etmək üçün bitirdikləri təhsil müəssisələri tərəfindən verilən və ali təhsilinin ödənişli əsaslarla olmasını təsdiq edən arayışı (“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na
3 nömrəli əlavə [3]);

–    hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;

    əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

2. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə gös­təri­lən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməklə (etdirməklə) yanaşı, müvafiq ali təhsil müəs­sisələrinin müəyyən etdikləri xüsusi prosedur­lardan keçməlidirlər (bax: Xüsusi təyinatlı ali təhsil müəs­sisələrinə qəbul elanları, “Abituriyent” jurna­lının 2020-ci il tarixli 1-ci nömrəsi və digər müvafiq informasiya mənbələri).

3. 1985-2002-ci il təvəllüdlü (2002-ci il iyulun 30-na qə­dər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) qeydiyyatı ol­malıdır. Çağırışçıya möhlətin verilməsi haqqında məlumat SHXÇDX-nin elektron-məlumat bazasında mövcud olduğu halda, abituriyent ərizəsini SQK-ya gəlmədən özü təsdiq edir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

1 thought on “DİM 2020/2021 -ci il üçün tələbə qəbulu prosesinə start verib. Abituryentlər necə ərizə verə bilərlər?”