Dillər Sizin Düşüncə Tərzini Dəyişdirməyə Qadirdirmi?

Hər bir dil sizin düşəncənizi az da olsa dəyişdirməyə qadirdir. Elə anlayışlar var ki, onları bir dildə ifadə etməkdən başqa dilə nəzərən daha asandır. Söz ehtiyatı fərqliliyindən danışarkən insanların ağlına Azərbaycan dilində qarşılığı olmayan sözlər gələ bilər. Məsələn, almancadan “başqalarının bədbəxtliyindən həzz alma” mənasını verən Schadenfreude sözünün Azərbaycan dilində ekvivalenti yoxdur.

Amma dillər arasındakı fərq bu qədər sadə deyil. Bəzi dillər var ki, məsələn “kenquru” sözünün yaranmasında rolu olan Avstraliyanın Aboriginal dili Guugu Yimithirr, onlarda səmti və ya mövqeyi müəyyən etmək üçün “sağ”, “sol” və ya “arxada” sözləri əvəzinə üfüqün cəhətlərindən istifadə edilir (məsələn, “şimal”, “şərq”, “cənub”, “qərb” və aralıq cəhətlər)

Bunu bacarmaq üçün bu dildə danışanlar düşdükləri mühitdən asılı olmayaraq cəhətlərin yerini deməyi bacarırlar, hətta onların gözünü bağlayıb bir neçə dəfə fırlatsanız, onlar yenə də tərəddüd etmədən şimal qütbünü barmaqları ilə işarə edə bilərlər.

Maraqlısı odur ki, sözlərin bu cür dəyişməsi Aboriginal tayfa üzərində inanılmaz təsir göstərə bilir; bu dildə danışanlar yerləşdikləri məkanı qütb adları ilə yadda saxlaya bilirlər. Onlar sizə əhvalat danışarkən, deməyəcəkləri ki, “Sonra isə qabağımda kenquru gördüm”, əvəzində deyəcəklər ki, “Sonra isə şərqdə kenquru gördüm”. Qəribədir ki, bunlar əhvalat xatirinə uydurulmamışdır, həmin əhvalatı illər keçəndən sonra nəql etsələr də, həmin istiqaməti dəqiqliklə xatırlayacaqlar.

Kişi və Qadın Cinsləri

Danışdığınız dilin sizin şəxsiyyətinizə təsirindən daha önəmli məqamları vardır. İngilis və Azərbaycan dilindən fərqli olaraq, bir çox Avropa dillərində hər bir isim müəyyən cinsə aiddir (kişi, qadın və ya orta). Qrammatik cinslə bioloji cins arasında çox az əlaqə vardır.

Əgər isim qadın və ya dişi heyvanı təsvir edirsə, o zaman isim qadın cinsinə aiddir. Məsələn, die Frau (qadın), la chatte (dişi pişik). Əgər isim kişi və ya erkək heyvanı təsvir edirsə, kişi cinsinə mənsub olacaq. Məsələn,  der Mann (kişi), le chat (erkək pişik). Lakin, bu qanunauyğunluq həmişə qorunmur. Misal üçün, das Mädchen alman dilindən “qız” kimi tərcümə olunsa da, orta cinsə mənsubdur, çünki “chen”-lə bitən bütün sözlər cansız əşyalara xasdır və ya erkək zürafdən söhbət açılsa da, la girafe sözü qadın cinsinə mənsub olur.

Müəyyən isimlərin qadın və ya kişi cinsinə mənsub olması başqa dillərdə də fərqlənir. Məsələn, körpü sözü Alman dilində qadın cinsinə mənsub olsa da (die Brücke), İspan dilində kişi cinsinə mənsubdur (el puente).

İngilis dilində mükəmməl danışan İspan və Alman tələbələr arasında araşdırma aparılmışdır. Onların doğma dillərində əks cinslərə məxsus ingiliscə isimlər verilmişdir (yuxarıdakı “körpü” misalındakı kimi).

İştirakçılara həmin isimləri xarakterizə etmək xahiş olunur. Nəticədə məlum oldu ki, qrammatik cəhətdən qadın cinsinə məxsus olan isimlər qadın keyfiyyətləri ilə təsvir olunub (gözəl, nəfis, incə və s.), kişi cinsinə məxsus olan isimlər isə kişilərə xas keyfiyyətlərlə təsvir edilib (böyük, təhlükəli, güclü və s.), baxmayaraq ki, bütün tədqiqat İngilis dilində aparılmışdır.

Nəticə

Nəticədə,istəsək də, istəməsək də, danışdığımız dilin bizə çox təsiri vardır. Belə bir gözəl çex atalar sözü var: “Nə qədər çox dil bilsən, bir o qədər çox insansan”.

Buna görə də, niyə də yeni dil öyrənməyəsiniz? Yeni dil sizə daha çox insanla əlaqə saxlamağa yardımçı olacaq; həmçinin, tamamilə yeni şəxsiyyət kimi formalaşmağınıza təkan verəcək.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next