Dil vərdişlərinə praktik yiyələnmə məsələləri

Dil vərdişlərinə  praktik  yiyələnmə məsələləri

Cəmiyyətin inkişafı, müasirləşməsi və təkmilləşməsinə müvafiq olaraq tədris mexanizmi də fərqli dövrlər üçün müxtəlifşəkilli defarmasiylara meyilli yüksəliş xətti keçmişdir. Dövrümüzün aktual tədris sahələrindən olan dil mənimsətmə predmeti texniki tərəqqi ilə bilvasitə əlaqəli olduğundan onun tədrisi də paralel olaraq ən müasir tədris metodikalarına əsaslanmalı və praktikada dinləyiciyə aktiv şəkildə çatdırılmalıdır.

Metodikada yeniləşmə

Ötən dövrlərdən fərqli olaraq son on illikdə bu istiqamətdə, demək olar ki, inqilabi dəyişikliklər müşahidə olunmaqdadır. Kompyuterin, həyatımızın digər sahələrində olduğu kimi, dil tədrisi metodikasına nüfuzu artmış və qaçılmaz bir vüsət almışdır. Hazırda yer kürəsində mövcud olan ikinci dünya, virtual dünya  anlayışı dil qabiliyyətlərinin formalaşmasında və inkişafında əvəzsiz xidmət sahəsidir. Köhnə, sıxıcı və artıq özünü doğrultmayan passiv və şablon əsaslara söykənən üsul artıq öz yerini daha aktiv və interaktiv metodlara təhvil vermişdir.

Öyrəncilərə fərdi yanaşma

Dilin tədrisində nəzərə alınması mühüm sayılan faktorlardan biri fərdi yanaşma prinsipidir. Dərs planlarının hazırlanması zamanı hər öyrəncinin qavrama qabiliyyəti nəzərə alınmalı və nəticədə sinifdə iştirak edəcək tələbələrin hər birinin aktiv olmasına əvvəlcədən zəmin hazırlanmalıdır. Təcrübədən aydın olmuşdur ki, ötən zamanlarda pedaqoq sinfin daha aktiv hissəsini inkişaf etdirmiş digər şagirdlər maraq kənarında qalmış nəticədə daimi iki təbəqə formalaşmışdır.

Artıq bu anlayışın düzgün metod olmaması və səmərəsizliyi yeni dərs strukturunu ön plana gətirir. Bu zaman qrup çalışmaları, birgə müzakirə və fərdi ideyalara yer ayrılması, bir sözlə nəzərdə tutulan dərs mövzusunu real həyatla əlaqələndirmə üsulu şagirdin hadisələrə qarşı şəxsi fikrinin formalaşmasında və nəzərindəki ideyanı çatdırma qabiliyyətinin inkişaf etdirilməsində rahat və səmərəli yol kimi təklif olunur.

Qrup çalışmaları və sözləri yadda saxlama qaydaları

Qrup çalışmalarının əsas əhəmiyyəti dinləyicilərin heç birinin dərs kənarında qalmamasına xidmət edir. Bu zaman pedaqoq ayrı – ayrı deyil, tələbələrin ümumi ortaq biliklərinə əsaslanan dərs proqramı tətbiq edir və nəticədə sinfin bütün şagirdləri fəal dərs prosesinə cəlb olunur. Xüsusilə, dil dərslərinin söz  tədrisi hissəsi zamanı sözlərə uyğun həmin dildə izahatların verilməsi, piktokrafik vasitələrin tətbiqi şagirdlərdə passiv (sözün ana dilindəki qarşılığı) deyil, aktiv (sözün həmin dildəki leksik mənası) söz bazalarının inkişafının ən faydalı yolu kimi nəzərə çarpır.

Şagird artıq əzbərçilik prinsipləri əsasında bir dərs yadda saxlayıb sonra unutmur, çünki sözün mənasını, şəklini təsəvvür edir və nəzərində canlandırır.Sözlərin öyrənilməsi zamanı təklif olunan aktiv nəzəriyyə həmin sözləri daha tez xatırlamaq və tətbiq etmək fürsəti verir.

Dil vərdişlərinə yiyələnmənin qızıl qaydası

Dil öyrənmək nə qədər zəruridirsə düzgün öyrənmək bir o qədər vacibdir. Nəzərə almaq lazımdır ki, nəticədə həmin dilin istifadə qaydalarını dilimiz vasitəsi ilə həyata keçiririk. Dil isə beyindən fərqli heç bir yaddaş normativi olmayan sadə bir orqan olduğundan onu digər dil prinsiplərinə öyrəşdirmək yalnız və yalnız praktik vərdişə əsaslanır.

Sakit Hüseynov

CELT Colleges

Baş Müəllim 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next