Dil öyrənmək istəyi və motivasiya

İngilis dilini bilmək müasir dövrün əsas tələblərindən biridir. Lakin dili öyrənməyin əsası insanın istəyindədir. Bəli bu gün demək olarki, hamı ingilis dilini öyrənmək istəyir. Lakin buna hamı nail ola bilirmi? Xeyir!  Bunun da özünə görə müxtəlif səbəbləri var. Amma ən başlıca səbəb ingilis dilini öyrənmək istəyənin motivasiyalı olmasıdır. Hansıki, o bu motivasiya ilə istəyinə nail ola bilər. Deyə bilərsiniz ki, motivasiyanı kim verir? Yaxud motivasiyalı olmaq üçün nə etmək lazımdır və s.

Qeyd edim ki, motivasiyanı bir insana ilk öncə onun özü və daxili aləmi verir, daha sonra isə ətrafı… Lakin onu da demək lazımdır ki, ətrafın rolu çox böyükdür. Yəni hər bir insanın ətrafı onun sanki hərəkət matorudur. Yəni əgər bir insan həyatında dəyişiklik etmək və ya nəsə öyrənmək istəyirsə və ətrafında ona dəyərli insanlardan bu görəcəyi işə müsbət münasibət almırsa o heçvaxt istəyinə çatmır. Nə qədər mübariz olmağa çalışsa da alınmırki, alınmır… Lakin istisnalarda var. İnsanlar var ki, əksinə belə hallarda daha da güc alır və o edəcəyi işi daha yaxşı edir. Məsələn bir hadisəni danışım sizə…

Mənim çox bir yaxın qohumum var. O restoranalrın birində ofisiant çalışırdı. Hər gün səhər işə gedib gecə evə gələrdi. Düzü çox dünya görüşlü və mədəni gəncdir. Amma təhsilsiz idi. Çünki orta məktəb kənddə oxuyub və orada da demək olarki dərs üzü görməyib. Əlqərəz, o bir gün evdə atasına deyib ki, mən ingilis dilini öyrənmək istəyirəm. Atası buna nə yaxşı oğlum! Amma bilirsəndə sən yaşda ayılana nə deyirlər? – deyərək oğlunu bu fikirdən yayındırmağa çalışıb. Bu söhbət o kəndə valideynlərinə baş çəkməyə gedəndə baş verib. Deməli bu kənddən Bakıya qayıtdıqdan sonra ingilis dili kursuna yazılıb.

Yadimdadır ki, kursa başlayanda çox çətin olduğunu deyirdi. Hətda bir dəfə mənə “yorulmuşam, bacarmıram deyəsən davam etdirə bilməyəcəm “ – deyərək şikayətlənirdi. Mən ona motivasiya verməyə başlarkən, gördüm ki, bu adamın motivasiya ehtiyac yoxdur. O öz-özünü motivasiya edir. Çünki artıq başlamışdı atasının ona dediklərini təkrararlamağa… Hətda yadımdadır ki, bir gün bu il mən xaricdə universitetə qəbul olacam deyəndə hamımız birdən gülmüşdük. Düzü ona belə münasibətin daha təsirli olduğunu mən hiss etmişdim. Lakin bu dərəcə təsirli olduğunu bilmirdim.

Deməli bu danışığımızdan 4 ay keçmişdir hansıki bu müddətdə demək olarki görüşməmişdik. Hər dəfə müxtəlif bəhanələrlə görüşdən yayınırdı. Düzü incidiyini hiss edirdik. Lakin bir gün, hardasa 6 aya yaxın vaxt idi görüşmürdük. O mənə zəng vurdu ki, bəs uşaqlarla gəlin toplaşaq görüşək. Məndə hamıya zəng vurdum ki, gəlin görüşək bəs Tural ortaya çıxıb… Axşama hamımız toplaşdıq kafeyə… Biraz gözlədik gördük ki, Tural gəlmir. Elə zəng vurmaq istəyirdim ki, birdən gördüm o içəri daxil oldu. Nəyisə görüşdük, hal-əhval tutduq və birdən dostlarımızdan biri ona gülərək ingilis dilində dedi ki, “nə oldu öyrəndin ingilis dilini?” Bu zaman o ingiliscə cavab verib, əlindəki çantadan kağız çıxarıb stolun üstünə qoyaraq “Bax öyrəndim! Hətda artıq IELTS sertifikatım da var dedi. Hamımız şoka düşmüşdük. Birinci kağızı mən götürüb doğru deyib-demədiyini yoxlamaq istədim. Götürüb kağıza baxdım ki, 6.5 bal toplayıb. Düzü görəndə şoka düşdüm. Dostlarıma düz deyir dedikdə onların üzlərini sadəcə görmək lazım idi. Hamımız şokda idik… O bizim hamımıza öz minnətarlığını bildirdi. Biz olmasaydıq bəlkə də bacarmayacağını dedi. O bunu necə bacardığı haqqında ikinci bloqumuzda danışacağam…

Bizi izləyin və azda olsa motivasiya toplayın. Bilin ki, Sizi mükəmməl ingilis dili kursları  CELT-də gözləyir…

2 thoughts on “Dil öyrənmək istəyi və motivasiya”

  1. salam.Men menecment ixtisasinin 2ci kursu uzre tehsil alacam.Bununla bagli hansi dile konkiret yonelmeliyem ve hemin dili ne qeder zamana oyrene bilerem?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username