ingilis dilinde inşa yazırları

Danışıq yoxsa qrammatika?

Dünya dili olan ingilis dilini öyrənmək hər kəsin arzusudur. Təbii ki, istisna hallar da ola bilər. Bu dili öyrənmək istəyənlər müxtəlif metodlarla öyrənirlər.Dünya dili olduğundan bu dillə bağlı çoxlu tədqiqatlar aparılmış, kitablar yazılmış və s. Bu səbəbdən də dili öyrənmək istəyənlər üçün geniş imkanlar var və çoxlu dərs vəsaitləri vardır. Yəni öyrəncinin öyrənməsi əlverişli şərait vardır. Amma nə qədər əlverişli şərait olsa da bu dili öyrənmək bir sıra insanlar üçün əlçatmaz kimi görünür. Düzdü ilk əvvəl bir qədər çətin gəlir,amma bir qədər oxuduqdan sonra normal olaraq davam edir.

Beləliklə, İngilis dilin öyrənərkən öyrəncilər bəzi məqamlarda çətinlik çəkirlər. Bildiyimiz kimi ingilis dilini öyrənərkən dörd əsas bölmə əsas götürülür. Bunlar: Danışıq(Speaking),Yazı (Writing), Oxu(Reading), Dinləmə (Listening).Bu komponenetlər rarsında sıx əlaqə vardır və  ingilis dilinin özəyini təşkil edirlər.Bu kimi faktorlardan biri də ingilis dilini öyrənərkən danışığı, yoxsa qrammatikanı öyrənməkdir. Bəzi öyrəncilər bu iki faktor arasında seçim etməkdə problem yaranır. Əslində yuxarıda qeyd etdiyim kimi bu iki komponenet bir-birilə sıx bağlıdır. Ona görə də bunları ayrı-ayrılıqda təsvir etmək məqsədə uyğun deyil. Amma bir-birilə sıx əlaqəsi olsa da bəzən elə öyrəncilər olur ki, qrammatikanı bilmədən danışmağı bacarır və yaxud da əksinə olur. Bu yazıda bu kimi məqamlara aydınlıq gətirməyə çalışacayıq.İlk öncə bu iki faktorı ayrı-ayrılıqda şərh etməyə başlayaq.

İngilis dilini öyrənərkən bütün komponentlərlə bərabər danışıq(Speaking) öyrənmək vacib məsələlərdən biridir.Bir çox insanlar dili öyrənərkən sadəcə danışığı öyrənirlər. Əslində hər birimiz dili öyrənərkən həmin dildə danışmaq üçün öyrənirik. Amma sadəcə danışığı bilməklə o dili yaxşı bilmək səviyyəsinə gəlməz. Beləliklə, ingilis dilini öyrənərkən başqa komponentləri öyrənib danışığı öyrənməmək mümkün deyil. Çünki bu bölmələr hər biri bir-birilə bağlıdır. Bəzən insanlar var ki, danışğı sərbəst bildiyi halda qrammatikanı və digər bölmələri çox aşağı səviyyədə bilir. Amma bəzi məqamlarda danışıq, bəzi məqamlarda isə qrammatikanı lazım olur. Məsələn, sadəcə xarici ölkəyə getmək, xarici vətəndaşlarla ünsiyyətdə olmaq istəyirsinizsə, bu halda danışığı yaxşı bilmək daha yaxşıdır. Çünki bu kimi hallarda  qrammatikaya elə də ehtiyac olmur. Danışığı bilmək o deməkdir ki, ingilis dilini sadəcə vərdiş edərək öyrənmisən. Heç bir qayda-qanun bilmirsən. Əslində baxsaq görərik ki, qrammatikanı bilən kifayət qədər danışığı da bilir. Və yaxud da danışığı yaxşı bilən qrammatikanı da kifayət qədər bilir. Bu ilk öncə həmin öyrəncinin dili hansı metodla öyrənməsindən asılıdır. Məsələn, hər hansısa bir şəxs gedib 1-2 il ingilisdilli ölkədə yaşayır və ingilis dilində danışığı öyrənir.

Qrammatika ingilis dili dərslərində öyrədilən əsas bölmələrdən biridir. Əslində istənilən dili başlayarkən qrammatikı ilə başlayırlar. Deməli qrammatikasız dili öyrənmək həm çətin, həm də qəlizdir. Çünki ən azından sözlərin hansı formada işlənmə məqamlarını bilmək lazımdır ki, dili etməyi biləsən. Ümumiyyətlə qrammatika dili öyrənməyin başlanğıcıdır. Bu danışıq kimi deyil ki, vərdiş edib öyrənəsən.  Amma təbii ki, bir sıra insanlar var ki, qrammatika bilmədən də dili öyrənmək bacarığına malikdirlər.  Bu həm fitri istedad ola bilər, həm də yaddaşları güclü olan insanlar bu kimi metodlarla dili öyrənirlər.

Qısaca olaraq onu demək mükündür ki, ingilis dilində olan dörd komponentdən hər hansısa birini ən azından aşağı səviyyədə də olsa bilməlisən. Təbii ki, hansı metodla olursa olsun, əsas odur ki, dili mənimsəməyi bacarasan.

Əgər siz fərq etməz dannışıq bacarıqlarınızı, qrammatik biliklərinizi, yazı bacarıqlarınızı, oxuma,dinləmə bacarıqlarınızı daha səlisləşdirmək istəyirsinizsə, o zaman bu sahədə çoxillik təcrübəyə malik olan CELT Colleges təhsil mərkəzi sizə kömək edə bilər. Həm yerli müəllimlərdən,həm də xarici müəllimlərdən dərs almaq imkanınız olacaq. Odur ki, vaxtınızdan səmərəli istifadə etməyə başlayın.

CELT 28 May

Rəşid Behbudov küç. 56

Azərbaycan Xarici Dillər Universitetinin yanı

Tel: 012 441 3665, 012 4180867

39 thoughts on “Danışıq yoxsa qrammatika?”

    1. Bəli keçirilir IELTS üzrə. Bu sahədə kurslar müxtəlif olur. daha ətraflı məlumat üçün mümkünsə bu nömrəylə 012 492 68 53 əlaqə saxlayın. Məlumat verəcəklər. təşəkkürlər

  1. men ingilis dilinde danismaq isteyirem.suretli ingilis dili kursunu max. 3ayda oyrenmek isteyirem.bu mumkundurmu?1 de ki,conversation ve qrammatika 2-si eyni zamanda oyredilir?unvan yalniz 28 maydadir?
    onceden tesekkur edirem

  2. salam.men telebeyem ve ingilis dilinden hazirlasmaq isteyirem.bilmek isterdimki men bu kurslara gelmekle ingilis dilini tamamile selis sekilde hansi muddetden sonra danisa bilerem.yeni kursun ingilis dilinin buutun seviyelerini oyretme muddeti ne qederdi ve her ayliq odenis ne qeder olacag.mumundurse butun bunlar haqda melumat vererdiz

    1. Salam. İngilis dilinin bütün səviyyələrini keçmək üçün bizim kursda normalda 12 ay müddət qoyulur. 6 səviyyə var. Bunları keçib bitirdikdən sonra ingilis dilində səlis bilirsiz. Amma siz daha çox oxuyub daha tez bir müddətdə bitirə bilərsiniz. Aylıq ödəniş fərdi 185 AZN, 2 nəfərlik qrup 135 AZN, 3 nəfərlik qrup 96 AZN

      1. salam..man 10cu sinifda oxuyuram ve ingilis dilinda ancag mektebda tehsil almiwam yani xususi wekilda mewgul olmamiwam..burada tehsil almaq u4un xususi tehsilin olmasi ne qeder vacibdir ve tehsil muddeti ne qederdir yani man 2 ay heftede 3 gun bele mewgul olmaq isteyiram ve xususile daniwiq dilini oyrenmek isteyiram…ve bilmek isteyiram 3 neferdan artig insan olan qrupda tehsil almagin odeniw meblegi ne qederdir????

      2. Salam. Kursa gəlmək üçün təhsilin fərqi yoxdur. Bəli 4 nəfərlik qrup yaratmaq mümkündür. əgər ingilis dili səviyyəniz aşağı səviyyədirsə, 12 ay müddətində bütün səviyyələri bitirəcəksiniz. 3 nəfərlik qrup 96 AZN. Amma 4 nəfərlik qrup ondan aşağı olacaq müəyyən qədər.

    2. 4 neferlik qrup yaratmaq mumkundu?men ozum bu qrupu yarada bilerem?bu zaman odenisde deyisiklik olur?mumkunduse bu haqdada melumat vererdiz.birde kurslara istenilen an baslamaq mumkundu/mes:sentyabrdan

      1. Bəli yaratmaq olur. Bəli özünüz yarada bilərsiniz. ödənişdə dəyişiklik olur təbii ki.. istədiyiniz vaxt başlaya bilərsiniz kurslara.vaxt məhdudiyyəti yoxdur

  3. cavabiniz ucun minnetdaram. 1 sualim daha olacaq. men artiq 2 ildir ki, Azerbaycanda bakalavr pillesinde tehsil aliram. menim foundation proqramindan kecmeyim mutleqdir?

    1. Əgər 2 ildirsə bakalavr dərəcəsində təhsil alırsınızsa, foundation proqramına ehtiyac yoxdur. Birbaşa qəbul ola bilərsiniz. Amma IELTS və yaxud TOEFL nəticəniz olmalıdır

  4. salam. 6 aya fasiləsiz ingilis dili kursu keçmək istəyərəm. Eyni məbləqdir? həmçinin bilmək istəyərəm ki, əgər qrupla gəlmək istəsəm, qrupu özüm yaradıram ya hazır qrupla gəlirəm. cavablandırsanız şad olaram.

    1. Salam. Bildiyiniz kimi fasiləsiz ingilis dili kursları həftədə 6 dəfə olmaqla hər dərs 5 saat olur. Amma sürətli ingilis dili kursları həftədə 6 dəfə olmaqla 2.5 saat olur.
      Təbii ümumi ingilis dili kurları ilə fasiləsiz ingilis dili kurslarının məbləğlərində fərqlər vardır(Məbləği öyrənmək üçün 012 492 68 53 nömrəsi ilə əlaqə saxlayın). Qrupu özünüzdə yaradıb gələ bilərsiniz. Amma bizdə də yaradırlar. Özünüz yaradıb qrupla gəlsəniz dərslərə daha tez bir zamanda başlaya bilərsiniz.
      Təşəkkürlər

    1. Ingilis dilinin bütün səviyyələrini öyrənmək üçün 12 ay müddət tələb olunur. Qiymətlər hər ay fərdi 185, iki nəfərlik qrup 135 manat, 3 nəfərlik 96 manat…

  5. tahir 777