Dərsliklərin qiymətləndirilməsi üzrə mütəxəssis xidmətləri tələb olunur

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir.

Seçilmiş mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığını, dəqiqliyini, inkişafyönümlülüyünü, tərbiyəyönümlülüyünü, dəyəryönümlülüyünü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğunu, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğunu, dizayn və tərtibatın məntiqliyini, estetikliyini və müasirliyini qiymətləndirəcəklər.

 Mütəxəssis xidmətləri aşağıdakı fənlər üzrə tələb edilir:

  1. Azərbaycan dili (tədris dili)
  2. Azərbaycan dili (dövlət dili)
  3. Ədəbiyyat
  4. Riyaziyyat
  5. İnformatika
  6. Azərbaycan tarixi
  7. Ümumi tarix
  8. Həyat bilgisi
  9. Kimya
  10. Fizika
  11. Biologiya
  12. Coğrafiya
  13. Texnologiya
  14. Təsviri incəsənət
  15. Musiqi
  16. Fiziki tərbiyə
  17. Gənclərin çağırışaqədərki hazırlığı
  18. Alman dili
  1. İngilis dili
  2. Fransız dili
  3. Rus dili (tədris dili)
  4. Русский язык (иностранный язык)
  5. Литература
  6. Математика
  7. Информатика
  8. История Азербайджана
  9. Всеобщая история
  10. Познание мира
  11. Химия
  12. Физика
  13. Биология
  14. География
  15. Технология
  16. Изобразительное искусство
  17. Музыка
  18. Физическое воспитание
  • Допризывная подготовка

Namizədlərə verilən tələblər:

  1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır.
  • Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır.
  • İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.

CELT Online – Ingilis dilini mükəmməl öyrənmək çox asandır!

 Üstünlük veriləcək namizədlər: Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları  ilə iş təcrübəsi olan; ingilis dilini bilən; xarici tədris resurslarının tərcümələrində iştirak edən; 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan; buraxılış imtahanlarında tətbiq edilən tapşırıqların, xüsusilə situasiya tapşırıqlarının hazırlanmasında təcrübəsi olanlar.

Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə öz qısa avtobioqrafiyasını (CV) 30.09.2020-ci il tarixədək vusala.aliyeva@edu.gov.az elektron poçtuna göndərə bilər.

Müraciətə baxılma qaydası: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uyğun namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.

 Əlavə məlumatları iş günləri saat 09:00-dan 18:00-dək bu ünvandan almaq olar:

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49 Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Vüsalə Firdovsi qızı Əliyeva E-poçt: vusala.aliyeva@edu.gov.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username