Dərslər necə təşkil edilməlidir?

Zaman çox qiymətli və dəyərlidir. Bu anlayışın tədris prosesində də əhəmiyyətli rolu var. Belə ki, dərs vaxtını düzgün qurmaq üçün ona ayrılan müddətdən səmərəli istifadə etmək olduqca vacibdir. Dərsin düzgün və səmərəli təşkili üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.

1.Planlama;

Planlama vaxtınızı səmərəli istifadə etməyə imkan verir. Müəllim əvvəlcədən dərs zamanı nə edəcəyini müəyyənləşdirməlidir.

Planlar özləri də 3 yerə ayrılır:

1.Bütün ili və ya semestri əhatə edən uzunmüddətli planlama;

2.Həftəni və ayı əhatə edən orta müddətli planlama;

3.Bir və iki dərs saatını əhatə edən qısamüddətli planlama.

Uzunmüddətli planlar müəllimlərə tədris ilini nəzərdən keçirməyə imkan verir. Orta və qısamüddətli planlar isə sinifdə ediləcək fəaliyyətləri müəyyənləşdirir. Bu,  material seçimi və vaxtdan səmərəli istifadə edilməsi baxımından daha təsirlidir. Xüsusi ilə  dərs planlarında müəllimlər vaxtdan istifadə ilə bağlı proqnozlar verirlər.Bir fəaliyyətin gözləniləndən əvvəl bitməsi və ya uzadılması təhsil işçilərinin tez-tez qarşılaşdıqları vəziyyətlərdir. Hər iki halda müəllimin ikinci bir planı olmalıdır.

2.Tapşırıq vermək;

Şagirdlər çox vaxt tapşırıqları tam olaraq dinləmirlər. Ona görə də müəllim dəfələrlə izah etmək məcburiyyətində qalır. Bu həm enerji, həm də vaxt itkisinə səbəb olur.   

Tapşırıq verərkən əvvəlcə görüləcək işləri izah etməliyik.  Sonra işin necə aparılacağı və materiallar izah olunmalıdır.  İşlənəcək tapşırıq, mövzu və ya kitab səhifəsi son olaraq göstərilməlidir. Tapşırıqların lövhədə qeyd edilməsi şagirdlərin dəfələrlə soruşmanın qarşısını alacaq. 

 3.Gündəlik qaydalar;

Gündəlik qaydalar  vaxt idarəçiliyinin əsasını təşkil edir.  Bunlar demək olar ki, hər dərs zamanı təkrarlanır.  Məsələn: növbə ilə dəftərləri paylayıb vaxta qənaət edə bilərsiniz.

4.Dəvamiyyətin yoxlanması;

Dərs başlayan kimi, ağla gələn ilk şey davamiyyətin yoxlanması və ev tapşırıqlarına nəzarətdir. Davamiyyəti izləmək qanuni öhdəlikdir. Şagirdlərin təhlükəsizliyi və ola biləcək mənfi halların qarşısı almaq üçün dərsin əvvəlində davamiyyət yoxlanmalıdır.  İlk dərsdən sonra dərsə gəlməyən şagird haqqında mümkün qədər tez məktəb rəhbərliyinə məlumat verilməlidir.  Böyük siniflərdə davamiyyət prosesi tələbələrə həvalə edilə bilər, lakin bu, bəzi mənfi cəhətləri də özü ilə gətirir.  Tələbələrin say və adlarını bir-bir oxumaq bir az vaxt itkisinə səbəb olsa da, ola biləcək mənfi nəticələrin qarşısını alır.

5.Sinifdəki digər qaydalar;

Müəllim tərəfindən yaradılacaq qayda, vaxt itkisini azaldacaq. Qələm axtarmaq, karandaşı itiləmək vaxt aparan proseslərdir. İstifadəyə hazır qələmləri rəfdə və ya müəllim masasında saxlamaq daha əlverişli olacaqdır.

6.Hadisələr arasında keçid; 

Bir fəaliyyətdən digərinə keçid çox vaxt aparır.  Müəllim planı elə qurmalıdır ki, iki iş mümkün qədər bir-birinə uyğun olsun. Şagirdlərin qrup və fərdi iş zamanı özlərinə ən yaxın olan sinif yoldaşı ilə işləməsi daha praktikdir. Müəllim planına bu mövzuda qərarları da daxil etməlidir.

7.Dərsin sonu;

Müəllim ev tapşırığı verdikdən sonra “ bu gün nə öyrəndik ? “ sualını şagirdlərə ünvanlayıb maraqlı söhbət edə bilər . 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next