COVID-19 və İqlim dəyişikliyi… Təhsil dünyanı xilas edəcək!

Bildiyiniz kimi Koronavirus pandemiyası (COVID-19) səbəbindən bütün dünyada müxtəlif formada karantin rejimi elan edilib. Bu karantin rejimi müxtəlif iqtisadi problemlər və böhran aratsa da təbiətə xüsusilə də atmosfer qatına çox böyük müsbət təsirlərini göstərməkdədir. Bir çox fabrik və zavodların çalışmaması, insanların müxtəlif nəqliyyat vasitələrindən, xüsusilə avtomobillərdən az istifadə etməsi bir növ təbiətin canlanmasına səbəb olmuşdur.

Son illər müxtəlif KİV-lərdə iqlim dəyişikliyi ilə bağlı yazılar dərc olunurdu. Bu dəyişikliyin XXI-ci əsrin sonlarında baş verəcəyi ehtimal olunsa da son yayılan məlumatlar bu prosesin artıq başladığını göstərir.

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin qızma tempinin qorunub saxlanması halında yalnız əsrin sonunda baş verəcək. Alimlər səhv ediblər. Belə ki, yeni tədqiqatlara əsasən bu cür iqlim dəyişiklikləri artıq bütün qitələrdə başlayıb. Sözügedən iqlim dəyişiklikləri isə bir çox regionun iqtisadiyyatını məhv edəcək və orda yaşayan insanların fizioloji olaraq sağ qalma hüdudlarını yüksəldəcək. Bu barədə Phys.org saytı xəbər verib.

ABŞ-ın Kolumbiya Universitetinin alimləri tərəfindən aparılmış yeni tədqiqata əsasən görülməmiş istilik və nəmişlik Asiyanın, Afrikanın, Avstraliyanın, Meksika körfəzi də daxil olmaqla Şimali və Cənubi Amerikann bir çox yerlərində artıq reallığa çevrilir.

    Alimlər İran körfəzi boyunca insanın nəzəri cəhətdən sağ qalma hüdudunu keçmiş kiçik istilik dəyişikliklərini müşahidə ediblər. Hələ ki, bu cür hadisələr məhdudlaşdırılmış ərazilərdə və bir neçə saat ərzində baş verirlər. Lakin onların tezlikləri və intensivlikləri getdikcə artır. “Əvvəlki tədqiqatlar proqnozlaşdırırdılar ki, bu, bir neçə onillikdən sonra baş verəcək. Lakin bizim tədqiqatımız onu göstərir ki, bu artıq baş verir. Hadisələrin baş vermə müddətləri və təsir sahələri qlobal istilişməyə müvafiq olaraq yüksəlir” – deyə tədqiqat rəhbəri Colin Raymond qeyd edib.

Elmi araşdırmalara görə nəmişlik insan orqanizmi üçün çox təhlükəlidir. O, insan bədəninin tər vasitəsilə soyuması üzrə gedən təbii prosesi çətinləşdirir. Quru isti hava şəraiti insan bədənindəki nəmişliyi buxarlandıraraq bədən temperaturunu aşağı salır. Bununla yanaşı əgər hava üstəlik həm də nəmişli havadırsa, o zaman bu bədəndəki nəmişliyin buxarlanması prosesini ləngidə və ya ümumiyyətlə dayandıra bilər. Bu halda insan bədəni sağ qalma durumunu keçməyə qadir səviyyəyə kimi qızır. Nəticədə insanın daxili orqanları sıradan çıxmağa başlayır.

Dünyanıın müxtəlif yerlərini gəzmək ayrı, dünyanın müxtəlif ölkələrində təhsil almaq ayrı… Dünyanı təhsil ilə kəşf edin! Amerika, Avropa və digər qitələrin ƏN YAXŞI universitetlərində təhsil almaq arzunu və dünyanı kəşf etmə məqsədini CELT ilə reallaşdır.

Hətta fiziki cəhətdən yaxşı hazırlıqlı insan kölgədə qalsa və onun yanında yetəri qədər içməli su olsa da o, bir neçə saatdan sonra ölə bilər.

    Hava stansiyalarının 1979-cu ildən 2017-ci ilə kimi olmuş hər bir saat üzrə məlumatları ilk dəfə analiz edən zaman alimlər aşkar etmişdilər ki, yüksək temperatur və nəmişlik göstəriciləri analiz edilmiş period üzrə iki dəfə yüksəlib. Bu məsələ üzrə çoxlu sayda hadisə Hindistanda, Banqladeşdə, Pakistanda, Avstraliyanın şimal-qərb hissəsində, Qırmızı dənizin və Meksika körfəzinin sahil boyu regionunda və həmçinin Cənub-Şərqi Asiyanın, Çinin cənubunun, subtropik Afrikanın və Karib dənizinin bəzi regionlarında müşahidə olunub.

Bu qeyd edilən məlumatları analiz edərək belə bir sual yaranır:

“ Koronavirus pandemiyası səbəbilə ÜST tərəfindən elan edilən #EvdəQal kampaniyası və bu kampaniya səbəbilə bütün dünya ölkələrinin müxtəlif rejimli karantin elan etmələri ilə nəəlaqəsi ola bilərmi?

Bəlkə də biz Koronavirusla mübarizə apararaq özümüzlə yanaşı, dünyada yaşamaq üçün olan təbii şəraiti də qorumuş oluruq?

Bu haqda düşünməyə dəyər…

İllərdir təbiətə insanlığın vurduğu zərər səbəbilə yaranan iqlim dəyişikliyinin qarşısını bəlkə də biz bununla alacayıq…

Bilmək olmaz, lakin düşünməyə dəyər.

Unutmayaq ki, biz ayrı-ayrı şəhərlərdə, kəndlərdə hətda ölkələrdə yaşasaq da bizim evimiz birdir. Bu ev Yer kürəsidir. Gəlin onu qoruyaq.

Deyə bilərsiniz ki, biz onu necə qoruya bilərik?

Siz onu qorumağa onun haqda düşünüb, ətrafa zibil atmamaqla başlaya bilərsiniz. Daha sonra yaxşı təhsil alıb cəmiyyət üçün və ümumiyyətlə bütün dünya və təbiət üçün çox yararlı işlər görə bilərsiniz.

Təhsil və elm dünyamızı xilas edəcək!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe