Conversation Club:Yerli yoxsa xarici?

Görkəmli filosoflardan biri demişdir: “Dünyam dilim qədərdir”. Deməli çox dil bilmək insanın həm dünyaya baxışında, həm də intelektual bir şəxs kimi formalaşmasında mühüm rol oynayır.  3-4 dil bilən şəxslərə poliqlot  deyirlər. Ən azından dünya dillərini bilən şəxslər kifayət qədər informasiya tapmaqda çətinlik çəkmirlər.                              Əvvəllər Sovet İttifaqı vaxtında Rus dili böyük əhəmiyyətə malik idi. Lakin Amerika, İngilitərə və digər qərb ölkələri dünyada aparıcı ölkə olduğundan bəri  ingilis dili dünyanın aparıcı dilinə çevrildi. Rus dili hələ də öz əhəmiyyətini itirməyib, lakin ingilis dili qədər gücə malik deyil.

Conversation Club-un  əhəmyyəti

Hər kəsə məlumdur ki, bir dili öyrənmək üçün  onu hərtərəfli çalışmaq lazımdır ki, bu dili öyrənmək mümkün olsun. Bir çox tələbələr var, yalnız qrammatika biliklərini mənimsəyirlər və artıq dili bildiklərini zənn edirlər. Lakin qrammatika ilə bərabər yazı,oxuma və danışıq bacarıqlarını da eyni zamanda inkişaf etdirmək vacib və əhəmiyyətlidir. Bunlar hər ikisi vəhdət təşkil edir. Danışığı inkişaf etdirmək üçün müxtəlif Conversation Clublarda iştirak etmək lazım gəlir. Conversation Clubun aşağıdakı əhəmiyyəti ola bilər:

  • Danışıq dilinizi inkişaf etdirəcəksiniz
  • Dilinizdə olan aksentlər aradan qalxacaq
  • Yeni sözlər mənimsəyəcəksiniz və bir sıra ifadələrin işlənmə yerlərini öyrənəcəksiniz
  • Söz ehtiyatınız artacaq
  • İstər qrammatik, istər də tələffüz səhvləri müəllim tərəfindən düzəliş ediləcək
  • Özünüzü sanki ingilisdilli ölkədə hiss edəcəksiniz
  • Həm müəllimlə, həm də digər qrup yoldaşları ilə söhbət etmək imkanı
  • Öyrəndiyiniz materialları tətbiq etmə imkanı

Bütün bunlar təbii ki, sizdən asılıdır. Conversation Club-da  həftənin ən azı üç günü, iki- üç saat ingilisdilli mühitdə olmaq, bəlkə də bir gün ingilis dili kitabı oxumaqdan daha əhəmiyyətlidir.Bəzən bəzi öyrəncilər söz ehtiyatlarını inkişaf etdirmək üçün  sadəcə lüğəti əzbərləyirlər və bunu düzgün metod hesab edirlər. Əslində onların öyrəndiyi sözlər bir neçə gündən sonra yaddından çıxır. Bundan başqa həmin öyrənilən söz bir neçə mənada işlənir ki, onları bilmək vacibdir. Lakin Conversation Club-da öyrənilən sözlər həm yadda qalır,həm də  işlənmə yerini rahat şəkildə mənimsəmək mümkündür. Bütün bunlarla bərabər biliklərini Conversation Club-da daha çox işlətməklə dəfələrlə təkrarlamaqla artıq vərdiş halını alır.

Conversation Club: Yerli yoxsa xarici müəllimlə?

Əslində ilk baxışdan yerli və xarici müəllim arasında elə də ciddi bir fərqin olmadığını düşünürlər. Amma əlbəttə ki, fərqlər var. Gəlin bu fərqləri nəzər yetirək.

Təbiidir ki, İngilis dili dərsini yerli müəllim normal xarici müəllim kimi tədris etmək qabiliyyətinə malik deyildir.Çünki ingilis dili xarici müəllimin ana dilidir. Ana dili olmağı ilə bərabər  bu sahə üzrə təhsil alıblar. Məlumdur ki, xarici müəllim dedikdə ana dili ingilis dili olan şəxsləri nəzərdə tuturam. Belə baxanda dünyada istənilən qədər ingilis dili bilən şəxs vardır,amma bu o demək deyil ki, bunların hamısı   ingilis dili müəllimi olmalıdır. Deməli ingilis dili biliyi olan şəxslər deyil, həm ingilis dili, həm  pedoqoji, həm də metodoloji  biliyi  malik olan şəxslər müəllimlik sənətinə yiyələnə bilərlər. Əslində bütün xaricdən dəvət olunan müəllimləri,yəni onların danışıqlarını başa düşmək mükün olmur. Çünki bəzi müəllimlərdə aksent problemi olduğuna görə anlamaqda çətinlik çəkirlər öyrəncilər. Əsl xarici müəllim aksentsiz, yuxarıda sadaladığım bilikləri olan müəllimdir.

Bu gün bir çox ingilis dili biliyi olan yerli müəllimlərimiz vardır. Bəzi ingilis dili müəllimlərimiz beynəlxalq dərəcədə sertifikatlar əldə etmiş və xarici müəllimin verəcəyi biliyi vermək qabiliyyətinə malik müəllimlərdir.

Conversation əsasən xarici müəllimlə etmək məsləhətdi. Bu bir tərəfdən xarici müəllimlə olduqda istər-istəməz məcburən də olsa ingilis dilinə danışmalı olursan. Çünki xarici müəllim Azərbaycan dilini başa düşmür. Amma əgər Conversation yerli müəllimlə edilsə, müəllim hər hansısa sual və yaxud da nəsə soruşanda cavabı ingilis dilində deyil, Azərbaycan dilində verməyə çalışacaq öyrənci. Bu səbəbdən də Conversation xarici müəllimlə etmək məsləhətdi.

Necə əldə etmək olar?

Bu gün Azərbaycanda bir çox Conversation Clublar vardır. Lakin keyfiyyət cəhətdən əsas məkanlar vardır. Artıq bu yaxınlarda CELT Colleges tədris mərkəzində  Avstraliyadan dəvət olunmuş müəllimlə  Conversation etmək imkanınız olacaq. Siz sadəcə burada iştirak edin və özünüzdə olan dəyişikləri hiss edəcəksiniz. Əgər ingilis dilində nitqinizi inkişaf etdirib dil biliklərinizi zənginləşdirmək istəyirsinizsə, Conversation Club-da yaradılan şəraitdən istifadə edin

 

CELT 28 May

Rəşid Behbudov küç. 56

Azərbaycan Xarici Dillər Universitetinin yanı

Tel: 012 441 3665, 012 4180867

2 thoughts on “Conversation Club:Yerli yoxsa xarici?”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe