Chalmers University of Technology – Skandinaviyanın ən yaxşı texniki universiteti

1829-cu ildə əsası qoyulan Chalmers University of Technology, İsveçin Gothenburg şəhərində yerləşir və Skandinaviyanın ən yaxşı texniki universitetlərindən biri sayılır və həm də dünya üzrə 100 ən yaxşı texniki universitetdən biridir. Chalmers University of Technology, yüksək beynəlxalq səviyyədə texnologiya və təbiət elmləri sahəsində tədqiqat və təhsil aparır. Universitet 3100 işçisi və 10.000 çox tələbəyə sahibdir ki, bu da universitetin yerləşdiyi regionda önə çıxmasına səbəb olan göstəricilərdən biridir.  Universitetin təhsil və tədqiqatları əsasən texnologiya, təbiət elmləri, memarlıq, riyaziyyat, dənizçilik və digər idarəçilik sahələrinə fokuslanmışdır.

Universitet, Accreditation Council for Entrepreneurial and Engaged Universities (ACEEU) tərəfindən akkreditasiya edilmiş ilk universitetlərdən biridir. Qeyd etmək lazımdır ki, ACEEU universitetlərin qatılım və təşəbbüskarlığını qiymətləndirməyə yönəlmiş yeganə qlobal miqyasda fəaliyyət göstərən keyfiyyət təminat orqanıdır.

Chalmers University of Technology, tədris və tədqiqatları Johanneberg və Lindholmen kampuslarında və həmçinin, Onsala Kosmik Rəsədxanasında həyata keçirməkdədir. Chalmers’in şəhərcikləri il boyu insanları gecə-gündüz orada vaxt keçirməyə təşviq edən ruhlandırıcı yaradıcı mühitə sahibdirlər. Düşərgələrdəki binalar və xarici mühit, ekoloji idarəetmə sistemi çərçivəsində, qanuni tələblərə uyğun və davamlı fəaliyyəti daim inkişaf etdirməkdədir. Chalmers və Gothenburg Universiteti bu gün inteqrasiya olunmuş, uğurlu əməkdaşlığa sahibdirlər ki, bu da digər şeylər arasında Gothenburg’un güclənməsinə kömək edir.

Chalmers’də bakalavr pilləsi üsrə təhsil proqramları tamamilə İsveç dilində tədris olunur. Bu proqramlardan birinə müraciət edən zaman təbələr İsveç 3/B kursuna bərabər olan, İsveç dilində rəsmi biliklərini təsdiq edən sertifikatı təqdim etməlidirlər. Ayrıca bakalavr təhsilinə qəbul olmaq istəyən tələbələr ümumi giriş tələblərini və müraciət etmək istədikləri proqram üçün xüsusi giriş tələblərini yerinə yetirməlidirlər. Onu da qeyd etmək lazımdır ki, universitetdəki bir çox təhsil proqramı yüksək səviyyədə riyaziyyat, kimya və fizika tələb edir.

Universitetin magistr proqramları üzrə təhsil 2 il müddətində davam edir və tədris tamamilə ingilis dilində aparılır. Bu proqramlar demək olar ki, beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş və bu proqramlar üzrə təhsil alan tələbələrin böyük bir hissəsini müxtəlif ölkələrdən olan tələbələr təşkil etməkdədir. Təhsil aldığı müddətdə tələbələr üçün müxtəlif təqaüd proqramları təklif olunur və akademik göstəriciləri yüksək olan tələbələr bu proqramlardan faydalana bilirlər.

Chalmers University of Technology, magist pilləsi üzrə üzrə təhsil almaq istəyən tələbələr üçün aşağıdakı sahələr üzrə müxtəlif təhsil proqramları təklif edir:

– Architecture
– Automation and mechatronics
– Biotechnology and Chemical engineering
– Civil engineering
– Computer engineering
– Electrical engineering
– Engineering for sustainable development
– Engineering Physics, Mathematics
– Industrial engineering and management
– Information engineering
– Mechanical and Industrial design engineering
– Maritime management
– Technology and learning

Qəbul şərtləri

Universitetdə magistr təhsilinə müraciət etmək istəyən tələbələr müraciət etmək istədikləri sahəyə uyğun minimum 3 illik bakalavr təhsilinə və diplomuna sahib olmalı və ingilis dili biliklərini təsdiq edən müvafiq sertifikatı universitetə təqdim etməlidirlər. Bundan əlavə bir çox proqram üçün tələbələrin yüksək səviyyədə riyaziyyat, kimya və fizika bilikləri olmalıdır. Qeyd olunanlardan əlavə, tələbələr hər bir proqram üçün nəzərdə tutulmuş xüsusi şərtləri də ödəməlidirlər.

Təhsil haqqı və yaşam xərcləri

İsveçdə universitet təhsili Avropa Birliyindən, Avropa İqtisadi Bölgəsindən və İsveçrədən olan tələbələr üçün tamamilə ödənişsiz olsa da, digər ölkələrdən müraciət edən tələbələr təhsil aldıqları müddətdə müəyyən məbləğdən ibarət olan təhsil haqqını ödəməlidirlər.

Chalmers’də Memarlıq proqramı istisna olmaqla digər bütün bakalavr və magistr proqramları üzrə təhsil haqqı hər bir semester üçün təxminən 6.700 avrodan ibarətdir və magistr təhsili almaq istəyən tələbələr təhsil alacaqları iki il üçün ümumilikdə 26.800 avroya yaxın bir məbləğ ödəməlidirlər.
Memarlıq proqramı üzrə ödəniş isə hər bir semester üçün 9.000 avro təşkil edir və magistr təhsilinin ümumi ödənişi 36.000 avrodan ibarətdir.
İsveçdə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün illik yaşam xərləri minimum 12.000 avrodan ibarətdir ki, bu məbləğə də yaşayış üçün ev, ərzaq, əyləncə, gəzinti və digər xərclər daxildir.

Magistr təhsilini texnologiya sahəsi üzrə Skandinaviya və Avropada yüksək təhsil keyfiyyəti və uyğun ödəniş daxilində davam etdirmək istəyən tələbələr seçimlərini Chalmers University of Technology’dən yana edə bilərlər.

Xaricdə təhsillə bağlı bağlı yeniliklərdən mütəmadi olaraq xəbərdar olmaq istəyirsinizsə, yan tərəfdə qeyd olunmuş keçidə daxil olaraq formumuza abunə ola bilərsiniz: bit.ly/3gtu2IV

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil
Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir