Çexiyada təhsil -Charles universiteti

Hal-hazırda Çexiyada təhsilə artan tələbatla əlaqədar olaraq oxucularımıza belə bir məqalə təqdim etməyi məqsədəuyğun hesab etdik. Bundan əvvəlki Çexiyada təhsil məqaləmizdə bu ölkədə ingilis dilində ali təhsil almaq üçün az seçim olduğunu qeyd etmişdik. Bu dəfə isə qərara gəldik ki ingilis dilində təhsil almaq istəyən tələbələrimizi sevindirək.

Sizə Çexiyanın ən məşhur universitetlərindən biri olan Charles universiteti haqqında danışacağıq. Universitet Çexiyanın paytaxtı Praqada yerləşir. Çexiya haqqında isə, zənnimizcə, çox danışmağa ehtiyac yoxdur. Bir neçə cümlə ilə deyə bilərik ki, bura post-sovet ölkələri arasında ən çox inkişaf etmiş, qırmızı damlı binalar ölkəsidir. Ölkə turistik baxımdan çox inkişaf etməsi ilə yanaşı yüksək yaşayış və təhsil standartlarını da özündə cəmləməyə qadirdir.

Charles universitetinin yaranma tarixi 14-cü əsrə gedib çıxır və bu tarix onu dünyanın ən qədim universitetlərindən biri edir, amma bununla belə universitet arada ötən əsrlər ərzində bir xeyli inkişaf edib. Burada günümüzün ən çox tələb olunan müasir ixtisasları tədris edilir. Charlesin 17 müxtəlif fakultəsi, 20.000 bakalavr, 20.000 magistr, 7500 doktorantura tələbəsi, 300 magistratura proqramı və 4000 nəfərlik akademik heyəti var.

Azərbaycanlı tələbələr 11-ci sinifi bitirdikdən sonra birbaşa bakalavr pilləsinə müraciət edə bilirlər. Charles universitetinə müraciətlər yaz aylarında olur və əksər hallarda aprel ayında müraciətlər bitir. İngilis dili biliyini təsdiqləmək üçün IELTS imtahanından minimal 6.5 bal tələb edilir. İngilis dili zəif olan tələbələr isə bir semester və yaxud da bir illik xüsusi hazırlıq proqramları keçə bilərlər. Bununla yanaşı əksər ixtisaslara qəbul zamanı universitet tərəfindən riyaziyyat imtahanı keçirilir.

Tələbələri maraqlandıran digər bir məqam isə təhsil haqqıdır. Charlesdə təhsil haqqı üçün ödənilən məbləğ orta hesabla 4000-7000 avro aralığında dəyişir. Tibb təhsili 14.000 avrodur. Bundan əlavə qeyd edək ki, Çexiyada çex dilində təhsil ödənişsizdir. Digər vacib bir məlumat isə odur ki, Charles təkcə çex və ingilis dillərində deyil, həmçinin, alman və fransız dillərində də ali təhsil təklif edir.

Sizə isə indidən ixtisasınızı seçib yaza doğru CELT Colleges Xətai ofisinə müraciət etmək qalır))

Xanım Xəlilova

CELT Colleges Xətai

xanim@celt.az

012-496-45-76

3 thoughts on “Çexiyada təhsil -Charles universiteti”

  1. Salam, hər vaxtınız xeyir olsun!
    Charles Universitetində hal hazırda təhsil alan AZƏRBAYCANLI tələbələrlə əlaqə varmı və yaxud onların sosial şəbəkədə hər hansı bir qrupları varmı?

  2. Salam. Charles universiteti TOEFL qəbul edir? və yaxşı DIM balı + 1450 SAT balı + TOEFL ya da IELTS balı ilə 100% burs almaq mümkündür?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username