CELT Yay Düşərgəsi Avropada

Turu nələr əhatə edir?

Yay kampı Avropada yerləşən və dünyanın top universitetlər siyahısına daxil olan Erasmus University Rotterdam, TU Delft və KU Leuven Universitetlərini əhatə edərək 25 iyun-6 iyul tarixində baş tutacaq. İştirakçılar 28 İyun TU Delft, 1 iyul Erasmus, 4 İyul isə KU Leuven Universitetləri ilə yaxından tanış olacaqlar. Bu zaman çərçivəsində universitetlərin ambassadorları və heyəti uşaqlar üçün hər növ şəraiti yaradıb onların gələcək təhsilləri ilə bağlı yaranan bütün sualları cavablandıracaqlar. Əlavə olaraq, ingilis dili və riyaziyyatdan maarifləndirici təlimlər keçiriləcək. Həmçinin, orada oxuyan Azərbaycanlı tələbələr universitetlər haqqında öz məlumat və məsləhətlərini verəcək.
Tur müddəti ərzində şagirdlər həmçinin Rotterdam, Amsterdam, Delft, Brussel, Leuven kimi şəhərləri gəzəcək, müzikl, zoopark, lunapark, muzeylərə baş çəkmək şansı qazanacaq. . Gəzməli yerlərdən əlavə olaraq, şagirdlər axşamlar rəhbər və müəllimlərlə birlikdə conversation clublar keçiriləcək. Qlobal mövzulara və sosiallaşmaya aid mövzularda müzakirələr edəcək, oyun axşamlarına qoşulacaq.

Hansı yaş aralığı iştirak edə bilər?

Yay düşərgəsində 8-11 sinif şagirdləri, həmçinin magistra hazırlaşan universitet tələbələri də iştirak edə bilər. Əlavə olaraq, övladı ilə səmərəli tətil arzusunda olan valideynlər də tura qoşula bilər.

Qeydiyyat keçmək üçün son tarix nə zamandır?

Viza prosesini nəzərə alaraq aprel ayının sonuna kimi qeydiyyatdan keçmək məsləhət görülür.

Ödəniş nə qədərdir və nəyi əhatə edir?

Ödəniş $2,000 təşkil edir. Bu paketə iştirak, gəzinti, hotel (səhər yeməyi daxil) və digər çıxa biləcək xərclər daxildir. Viza və təyyarə ödənişləri əlavə qiymət təşkil edəcək. Qiymətlərin dəqiq olmaması səbəbilə təyyarə biletlərinin təşkil edəcəyi xərc dəyişkən ola bilər. Viza və təyyarə prosesininin həlli tərəfimizdən qarşılanacaqdır, sizdən tələb olunanlar sadəcə lazım olan sənədlərin toplanmasıdır.

Erasmus University Rotterdam

Hollandiyanın iqlim baxımından əlverişli şəraitə malik və tələbə şəhərlərindən biri olan Rotterdamda yerləşən dövlət universitetidir. Universitetin əsası 1913-cü ildə qoyulmuşdur, burada 28,000-dən çox tələbə təhsil alır. Erasmus Rotterdam universitetinin tibb mərkəzi Hollandiyadakı ən böyük, qabaqcıl akademik tibb və travma mərkəzlərindən biridir. Eyni zamanda universitetin İqtisadiyyat və Menecment fakültəsi Avropada xüsusi bir nüfuza malikdir. 2017-ci ildə Financial Times ən yaxşı Biznes Universitetləri sıralamasında Erasmus University Rotterdam ilk 10-da yer almışdı. Times Higher Education dünya universitetləri sıralamasında 2011-ci ildə 159-cu yerdə sıralanan Erasmus University Rotterdam son 7 ildə böyük yüksəlişə nail olmuşdur. 2018-ci ildə universitet artıq 72-ci yerdə sıralanır. Dörd geniş kampusu olan universitetin kampusları müasir və təhlükəsiz mühitə sahibdir. Erasmus University Rotterdamın əsas kampusu olan Woudestein kampusundan şəhər mərkəzindən 15 dəqiqəlik velosiped məsafəsində yerləşir. Rotterdam şəhərində bir tələbə üçün lazım olan bütün vacib məlumatları tapa bilərsiniz: sənət kitabxanasından teatra qədər, böyük supermarketlər, tam təchizatlı fitness mərkəzi, sosial, idman, iş, siyasi və mədəni klublarda iştirak etmək üçün demək olar ki, limitsiz sayda klublar və cəmiyyətlər fəaliyyət göstərir.Universitet məzunları arasında məşhur Nobel mükafatçısı Jan Tinbergen və başqa görkəmli siyasətçilər, sahibkarlar, filosoflar, iqtisadçı və elm adamları olmuşdur. Bunlar misal olaraq Hollandiyanın sabiq baş naziri Jan Peter Balkenende, Almaniyanın sabiq kənd təssərüfatı naziri Cees Verman və bu kimi tanınmış simaları göstərmək olar.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

Beynəlxalq Biznes Administrasiyası

İqtisadiyyat

Filosofiya

Biznes və Menecment

Mühəndislik

Tibb elmləri

Təhsil elmləri

KU Leuven Universiteti

60,000 tələbəsi olan Leuven Katolik Universiteti Belçikanın əsrarəngiz təbiəti olan Leuven şəhərində yerləşir. Belçikanın ən qədim universiteti olan Leuven Universiteti də böyük nüfuza malikdir. Bu, Avropanın ən mühüm akademik təhsil müəssisələrindən biridir. 2013-cü ildə dünyanın 58-ci ən yaxşı universiteti, Avropanın 13-cü ən yaxşı və Benilüks regionunun isə ən yaxşı universiteti seçilmişdir. Leuven Brüsseldən cəmi 20 km məsafədədir və Brüsseldəki bir çox böyük şirkətlər bu universitetdən məzun olan tələbələri işə götürür.

Delft Texnologiya Universiteti

Niderlandın ən böyük və geniş miqyaslı texniki universitetlərindən biridir. Aralarında memarlıq, elektrik mühəndisliyi, texnologiya və iqtisadiyyat, sənaye dizayn mühəndisliyi, riyaziyyat və kompüter kimi sahələrin olduğu 8 fakültədə zəngin bakalavr və magistr proqramları ilə diqqət çəkir. Universitet fizika və kimya sahələrində Nobel mükafatı ilə təltif olunmuşdur. TU Delft-in üç rəsmi tanınmış tədqiqat institutu var: Bina Ətraf Mühitin Tədqiqatı İnstitutu, Telekommunikasiya-ötürmə və Radar üzrə Beynəlxalq Araşdırma Mərkəzi və Delft Reaktor İnstitutu. Delft Texnologiya Universiteti, dünyanın ən parlaq zəkalı tələbələrini universitetə cəlb etmək üçün çoxsaylı prestijli təqaüd imkanları da təklif edir.

*Avropa və ölkədaxili yay düşərgələri haqqında ətraflı məlumat əldə etmək üçün mərkəzlərimizə yaxınlaşa və ya sosial media hesablarından bizə müraciət edə bilərsiniz. celt.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next