Niyə bu gündən Azərbaycanda bütün təhsil müəssisələri bağlandı? CELT-in ofisləri 5 mart tarixindən etibarən fəaliyyət göstərəcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti ölkəmizdə Koronavirus infeksiyasının (COVİD – 19)  qarşısını almaq və bu virusun törədə biləcək fəsadlara qarşı tədbirlər görülməsi üçün Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələri 3 Mart tarixindən 9 mart tarixinədək bağlı elan edilmişdir. Bu təhsil müəssisələri yalnız Təhsil Nazirliyi tabeliyində olan təhsil müəssisələrinə aiddir.

Bu günlər ərzində nə baş verəcək?

Nazirlər Kabinetinin tapşırığına əsasən bu günlər ərzində Təhsil Nazirliyinin tabeliyində olan bütün məktəblərdə və ali təhsil ocaqlarında dezinfeksiya işləri görüləcəkdir. Bu proses bitdikdən sonra yəni 10 mart tarixindən etibarən bütün təhsil müəssisələri fəaliyyətinə başlayacaqdır. Yəni hər hansı təşvişə səbəb yoxdur. 

Lakin nəzərinizə çatdlrmaq istərdik ki, CELT -in bütün ofisləri 23 mart tarixindən etibarən öz fəaliyyətini davam etdirir. Bizim Təhsil Mərkəzlərimizin hər birinidə yəni bütün filiallarda dezinfeksiya işləri aparılmışdır və bu işlər mütamadi olaraq aparılır. Odur ki, xaricdə təhsil almaq istəyən, ingilis dilini öyrənmə və beynəlxalq dil imtahanlarına hazırlaşmaq istəyən hər kəs bizə müraciət edə bilər.

Aşağıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin operativ qərərgahının məlumatını sizə təqdim edirik.  

Azərbaycan Respublikası Nazirlər Kabineti operativ qərargahın MƏLUMATI

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılmışdır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir