CELT Elmlər

CELT Colleges 10 ildir ki, Azərbaycanda  təlim tədris işləri ilə məşğul olur və bu sahədə bir çox uğurlara imza atıb. Xaricdə təhsil, ingilis dilinin tədrisi və s. digər xidmətlərlə xeyli uğur qazanıb.

Təkcə Azərbaycanda deyil, dünyanın bir sıra aparıcı təhsil mərkəzləri, nüfuzlu universitetləri ilə kontraktlar bağlayaraq,onlarla birlikdə bir sıra önəmli  layihələr həyata keçirmişdir.Bunun nəticəsidir ki,  bu gün  CELT bir sıra beynəlxalq  təhsil mərkəzlərinin təmsilçisidir.

CELT Colleges şəhərin hər bir tərəfində insanlara mükəmməl xidmət göstərmək üçün filiallar açmağa başladı. Ümumilikdə cəmiyyətimizdə filiallarımız haqqında məlumat var, amma artıq hər ofisimiz haqqında haqqında yazılar dərc ediləcək. Ofislərimizi daha yaxından tanıtmaq məqsədilə. Bildiyimiz kimi Bakı şəhərində 9 ofisimiz fəaliyyət göstərir. Bu gün CELT-in əsas filiallarından olan CELT Elmlər ofisi haqqında söhbət açacayıq.

Elmlər Akademiyası bir çox universitetlərin yerləşdiyi yerdir.  CELT  bunu nəzərə alaraq  2006 – ci ildə Ələsgər Ələkbərov küç., 51 (Elmlər Akademiyası m/t.)  ünvanında  yeni bir  ofisi fəaliyyətə başlamışdır. Bu ofis yaxınlıqda universitetlərdə  oxuyan tələbələr üçün rahat şərait yaradır.

Belə ki, Bakı Dövlət universiteti, Texniki universitet, Memarlıq və İnşaat universiteti və s. universitetlər bu ofisdə olan xidmətlərdən istifadə edə bilər. CELT Elmlər neçə illərdir ki, fəaliyyət göstərir və hər il yeni proqramlar,layihlələr həyata keçirir.

Yerləşdiyi yer də o ətrafda yaşayan və digər yaxın yerlərdə yaşayan insanlar üçün əlverişli mövqedədir. Elmlər akademiyası metro stansiyasının yaxınlığında yerləşməsi tələbələrin gəlib-getmələrini rahatlaşdırır. CELT Elmlərdə aşağıdakı xidmətlərdən istifadə edə bilərsiz.

 

1. Ümumi İngilis dili kursları

2. TOEFL, IELTS, SAT, ALES,GRE,GMAT imtahanları

3. Dizayn proqramları

4. Microsoft Office proqramları

5. 1C proqramı

6. Work and Travel

                                                                                                                                     

Əlaqə:

CELT Elmlər Akademiyası

Ələsgər Ələkbərov küç. 535/27

Vergilər Nazirliyinin yanı

Tel: (012) 408 43 20

38 thoughts on “CELT Elmlər”

  1. Salam, men ingilis dili oyrenmek ucun enenevi qrup seklinde yazilmaq isteyirem, zehmet olmazsa ders saatlar, qiymet, qrupda max nece nefer olur o barede melumat vere bilersiz?

  2. Salam. Mən tibb universitetində təhsil alıram. Tibb universitetini bitirdikdən sonra ielts imtahanı verərək xaricdə hər hansı bir universitetdə ixtisas dəyişə bilərəm? Yəni master kimi. Mümkündürsə hansı ixtisasları seçə bilərəm öz ixtisasıma uyğun. Zəhmət olmasa bu haqda məlumat verərdiz.

  3. Salam. Mənim oğlum 7- ci sinifdə oxuyur. Gələcəkdə xaricdə təhsil almasını istəyirəm. Bunun üçün hansı kurslara getməlidir? Rus dilində təhsil alır.

    1. Salam Abba bəy, qiymətləri şərhdə yaza bilmirik. Bir müddət sonra qiymətlər dəiyişir və şərhlərdə qaldığı üçün anlaşılmazlıq olur. Qiymətlər üçün ya bizim ofislərə ya da facebook mesaj bölümündən soruşa bilərsiniz.

      1. Axı 1-2 ay bundan əvvəl 75 manat demişlərdi mənə.
        Birdə elmlərdə yerleşən ofisdə Günel müəllim haqqında fikirlərivizi bilmək olar.Təbii ki əgər tanıyırsınızsa

      2. Yəni bir müəllim kimi necə müəllimdir?Bilirəm indi deyəssiniz bizim kursda pis müəllim olmur:)
        amma sizin fikriniz bilmək istəyərdim.Məsləhətli müəllimdir?

      3. Fərid Kərimov (Admin)

        İbrahim, təbii ki, müəllimlərmiiz yaxşıdır. Amma biz bunu desək də inanmayacaqsız. Bunun üçün ən yaxşısı siz kursa yazılırsız 1 həftə ərzində müəllimdən xoşunuz gəlməsə dəyişə və yaxud da imtina edə bilərsiniz

  4. salam, Ferid m. Men ‘work and travel’ haqqinda melumat almaq isterdim. , Men Qafqaz universitetinde 1ci kursda oxuyuram , ingilisdilinden 4cu level-deyem, May ayina qeder 5 level keche bileceyem ,yayda ‘work and travel’ e qatilmaq uchun ne etmeliyem cox xahish edirem meni sertler barede melumatlandirasiniz, cvbinizi gozluyurem…..

    1. Fərid Kərimov (Admin)

      Salam Shahla. Work and Travle-la bizim elmler ofisi mesgul olur. Zehmet olmasa bu nomreye zeng vurun Ismail muellimle danisin. O size butun sertler barede melumat verecek. (012) 510 83 35

    1. Fərid Kərimov (Admin)

      Salam. Bəli dediyiniz kimidir. kursa istədiyinz vaxt yazıla bilərsiniz. Bu nömrə ilə əlaqə saxlayın.