CELT 28 May-da 1 GÜN/ Real Bloq

Həftənin cümə günü Celt 28 May ofisində oldum. Düzü bu ofis yerləşmə baxımından şəhərin mərkəzindədir və ən əsası Xarici Dillər Universitetinin 28 May-da yerləşən korpusunun tələbələri üçün çox əlverişlidir. Yəni sırf ixtisasları ingilis dili və tərcüməçilik olan və eləcə də ingilis dilini mükəmməl öyrənmək istəyən hər bir Xarici Dillər Universitetinin tələbəsi Celt Colleges 28 May ofisinə müraciət edib ingilis dili, IELTS TOEFL kimi beynəlxalq imtahanlara hazırlıq kurslarına yazıla bilərlər.

Mən bu ofisdə olduğum müddətdə Celt Colleges Şirkətinin təqdim etdiyi “Sürətli İngilis dili” və IELTS hazırlıq kursunda müşahidəçi qismində oldum. Hardasa ümumi olaraq orada olduğum 2-3 saat ərzində nələri müşahidə etdim və nələri öyrəndim bunları sizlərlə paylaşmaq istərdim.

İlk öncə qeyd edim ki, “Sürətli İngilis dili” dərslərinin ən böyük üstünlüyü odur ki, siz çox qısa vaxt zaman kəsiyində ingilis dilini mükəmməl öyrənə bilərsiniz. Mən bunun şahidi oldum, o nöqteyi nəzərdən ki, müşahidəçi qismində əyləşdiyim dərsdə məhz avqust ayından etibarən ingilis dilinə 0-dan başlayan bir tələbə var idi. O individual olaraq sürətli ingilis dili dərslərinə yazılıb və avqust ayından etibarən müntəzəm olaraq həftədə 5 dəfə olmaqla keçirilən dərslərdən bəhrələnmişdir ki, nəticədə o hal-hazırda IELTS imtahanlarına hazırlığa başlamışdır. Müşahidəçi qismində əyləşdiyim IELTS-ə hazırlıq dərsində Əziz müəllimin idi və digər ümumi İngilis dili dərsində isə xanım müəllimə idi ki, (adı nədənsə yadımdan çıxıb üzürlü hesab edin J) onlar mənimlə dərsdə fasilə zamanı fikirlərini və ümumilikdə tələbələrlə, dərslərlə bağlı suallarımı cavablandırıb fikirlərini  mənimlə paylaşdılar. Ümumilkdə dərslər bütün CeltColleges ofislərində olduğu kimi standart formada keçirlir, (Celt Colleges Şirkətinin bütün filiallında keçirilən ümumi ingilis dili dərsləri barədə məlumat üçün bu linkə tıklayın)  lakin hər bir tələbənin qavrama qabiliyyətinə uyğun olaraq əlavə dərslərin keçirilməsi və əlavə çalışmaların ( listening, reading,writening) verilməsi həyata keçirilir ki, bu da tələbələrə xüsusi qayğıdan və müəllim kollektivinin peşəkarlardan ibarət olduğunu göstərir. Hər iki müəllimlə söhbət edərkən onlar bu qeyd etdiklərimi xüsusi vurğuladılar ki, onlar üçün tələbənin məmmunluğu və tələbəyə yüksək keyfiyyətlə dərslərin tədris olunması onlar üçün əsas prinsipdir. Dərsdə iştirak etdiyim tələbə ilə də söhbət etdim. Onun ilk olaraq vurğuladığı o oldu ki, mən özümü burada yad hiss etmirəm və müəllimlərdən xüsusi diqqət və qayğı görürəm ki, bu da mənim dərslərə məsuliyyətlə yanaşmağıma səbəb olub. O, ilk olaraq dərslərə gələrkən 3 aydan sonra belə bir nəticə əldə edəcəyinə inanmadığını və dərslərə gəldikdən sonra müəllimlər sayəsində motivasiyalı olduğunu və hal-hazırda gördüyünüz nəticəni əldə etdiyini bildirdi. O inşallah yaxın 3-4 ay ərzində IELTS imtahanlarına hazırlığı da tam bitirəcəyini və imtahana hazır olacağını qarşısına məqsəd qoyduğunu bildirdi.

Celt Colleges 28 May ofisi ilk baxışdan sizlərə otaqların balaca olması ilə, biraz diskonfort görünə bilər. Lakin inadırım sizi ki, siz orda olduqda və dərslərə başladıqda olduğunuz yerin necə balaca, dar olduğunu unudacaqsınız. Çünki müsbət əhval ruhiyyə, müəllimlərin müsbət aurası və qayğıkeş yanaşma tərzləri sizə həm ruh yüksəkliyi verəcək və həmdə sizə məqsədinizdə çatmaqda daha iradəli və motivasiyalı olaraq irəliləyib uğur əldə etməyinizə səbəb olacaqdır. Xanım müəllimənim bir sözü yadımdan heç zaman çıxmaz. O çox gözəl bir ifadə işlətdi ki, “dil öyrənmək üçbucağa bənzəyir ki, onun aşağıdakı iki bucağı müəllim və təhsil,tədris forması, yuxarıdakı bucağı isə tələbədən ibarətdir  ki, keyfiyyətli dərslərlə, peşəkar müəllimin köməkliyi ilə əldə edilməsi nəzərdə tutulan irəliləyişi və uğurlu nəticəyə aparan məhz başda dayanan tələbənin özüdür. (ola bilsin tam dəqiq demədim, amma yadımda qalan budur). Yəni tələbə müəllimin peşəkarlığından və tədris formasının bütün imkanlarından yararlanıb uğur əldə etməlidir. Belədə ki, elə məhz kurslarda məqsəd budur : Tələbənin uğurlu nəticə əldə etməsi!

Mən Celt Colleges-də olduğum müddətdən müəllimlərlə söhbətdən, dərsin ümumi keçirilmə metodundan uzun-uzadı yaza bilərəm, çünki mən ordan sözün əsl mənasında çox gözəl əhval-ruhiyyə və enerji əldə edərək getdim.

Sonda onu vurğulamaq istərdim ki, əgər sizlər doğurdan da əlverişli, rahat yerdə yerləşən, evinizə yaxın və eviniz qədər doğmalıq, qayğı hiss edəcəyiniz kurslara yazılıb, ingilis dilini mükəmməl öyrənib, IELTS TOEFL kimi beynəlxalq imtahanlara yüksək keyfiyyətli tədris vasitələri və yöntəmləri ilə yiyələnmək istəyirsinizsə, o zaman Celt Colleges 28 May (Rəşid Behbudov küç. 56 Tel: (012) 441  36 65, (055) 760 76 76) ofisinə yaxınlaşıb kurslara yazılın. İnanın mənə çox məmmun olacaqsınız və ən əsası da məqsədinizə çatacaqsınız!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next
<