Məlumat üçün bildirək ki, qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi isə təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, bir il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsili müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.