Buraxılış imtahanına iştirak etməyən abituriyentlərin aqibəti necə olacaq?

Koronavirus pandemiyası dövründə DİM tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunması, onların təhlükəsiz şəraitdə imtahan verməsi üçün müəyyən şərtlərə əməl olunur. Əgər imtahan iştirakçısının bədən hərarəti 37°C və ondan yuxarıdırsa, həmin şəxslər imtahana buraxılmır. Ümumiyyətlə hər bir iştirakçı imtahan binasına daxil olarkən özünün və təmasda olduqları ailə üzvlərinin heç birində son 15 gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxma halının müəyyən edilməməsi, imtahana gələrkən bədən hərarətinin 37°C-dən aşağı olması, həmçinin tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcud olmaması haqqında bəyannamə imzalayır və bununla bağlı məsuliyyəti öz üzərinə götürür.

Bədən hərarəti olanlar üçün ayrıca bir otağın və nəzarətçinin ayrılması isə ictimai sağlamlıq baxımından düzgün və təhlükəsiz hesab oluna bilməz. Ötən il də buraxılış imtahanlarında sayları az olsa da, bədən hərarəti normadan yüksək olduğu üçün imtahana buraxılmayan şagirdlər var idi. Bununla bağlı biz hər dəfə məlumat təqdim edirdik.

Lakin buraxılış imtahanları 1 neçə istiqamət və günlərdə keçirildiyi üçün həmin şəxslər əvvəlcədən DİM-ə müraciət etdikdən və öz sağlamlıqları haqqında lazımi sənədləri təqdim etdikdən sonra digər imtahan günlərinin birində onların da imtahanlarda iştirakı təmin olunub.

DİM-ə istinadən xəbər veririk ki, ötən il DİM-ə müraciət edən və sırf bu xəstəliklə əlaqədar buraxılış imtahanından kənarda qalan bir nəfər də olmayıb. Bu il də belə hallar olarsa, eyni yanaşma tətbiq olunacaq. Ancaq nəzərə almaq lazımdır ki, buraxılış imtahanı günlərinin sayı məhduddur və bu proses sonsuzadək davam edə bilməz. İmtahanlarda on minlərlə insan iştirak edir və hər bir imtahandan sonra prosesin digər mərhələləri (nəticələrin yoxlanılması, elan olunması, ixtisas seçimi və s.) həyata keçirilməlidir. Bütün bunlar bir-birilə sıx bağlıdır və burada ləngimək olmaz. Qəbul imtahanlarına gəldikdə isə, sanitar epidemioloji vəziyyət əlverişli olarsa, bu imtahanların iki dəfə keçirilməsi planlaşdırılır. Abituriyentlərin iki şansının olması onları gözlənilməz hallardan sığortalamış olur.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next