Budapest Business School

Budapeşt Biznes Universiteti (ing. Budapest Business University və ya qısaca BBU, mac. Budapesti Gazdasági Egyetem və ya qısaca BGE) – Macarıstanın ən qabaqcıl və dünyanın ən qədim biznes məktəblərindən biridir və paytaxt Budapeştdə yerləşir. Universitetdə 18000 tələbə 12 bakalavr proqramı (bunlardan dördü ingilis, fransız, alman dillərindədir), 6 magistr proqramı, 21 məktəbdən sonra hazırlıq proqramı, 48 magistr diplom kursları, Biznes İdarəetməsi doktorantura məktəbi və azyaşlılar üçün bir neçə təhsil proqramları çərçivəsində təhsil alır.

 

BBS-in əsas binaları Budapeştin müxxtəlif yerlərindədir. Yerli institutlar təkcə üç kollecin mərkəzi binalarından deyil, həmçinin digər binalardan da ibarətdir. Budapeşdin Alkotmani (Alkotmány ) küçəsində Ticarət, İaşə və Turizm Kollecinin, Dioş Layoş (Diósy Lajos) küçəsində Beynəlxalq Menecment və Biznes Kollecinin və Bujaqon (Buzogány) küçəsində Maliyyə və Mühasibat Kollecinin binaları və əsas korpusları yerləşir. Dördüncü kollec olan Zalaegerszeg Biznes İdarəetməsi Kolleci isə şəhər kənarında yerləşir. Bu binalardan başqa BBS-in Marko (Markó) küçəsində valehedici binası da var. Orada rektoratın bəzi ofisləri, BBS Dil İmtahanları Mərkəzi və Ticarət, İaşə və Turizm Kollecinin bəzi ofisləri var. Həmçinin, BBS-in Budapeştdə Liqet (Liget) küçəsində ali peşə təhsili üçün ayrı binası da yerləşir. Kolleclər, tələbələr üçün geniş xidmətlər göstərir. Yataqxana, iaşə, idman şəraiti, kitabxanalar, laboratoriyalar, kompyuter imkanlar və s. bura aid etmə olar. BBS, həmçinin, müxtəlif tətqiqat proqramlarında iştirak edir və əcnəbi və yerli təşkilatlarla əməkdaşlıq edib bu cür araşıdırmalar üçün qrantlara müraciət edir.

Bakalavr Proqramları:

  • Biznesin İdarə olunması və Menecment
  • Kommersiya və Marketing
  • Kommunikasiya və Mediya
  • Maliyyə və Mühasibat
  • Beynəlxalq Biznes və İqtisadiyyat

Magistr Programları:

  • Beynəlxalq İqtisadiyyat və Biznes
  • Beynəlxalq Münasibətlər
  • Turizm və Katering
  • Turizm Menecment

Dörd kollecin ayrı kitabxanaları var, orada tələbələr macar və xarici dilli kitabları və ya jurnalları tapıb istifadə edə bilərlər. Kitabxanlar hamı üçün açıqdır. Beynəlxalq Menecment və Biznes Kollecinin kirabxanasında 100 000 kitab var, Ticarət, İaşə və Turizm Kollecinin kitabxanasında yerli və beynəlxalq tətqiqatçıları cəlb edən iaşəlk sənayəsində dəyərli nəşrlər kolleksiyası mövcuddur. Maliyyə və Mühasibat Kollecinin və Zalaegerszeg Biznes İdarəetməsi Kollecinin kitabxanaları, maliyyə və mühasibat sahələrində ixtisaslaşırlar. Kitabxanalar həmçinin kitabxana şəbəkəsinin üzvləridirlər, buna görə də digər kitabxanalardan da məlumat əldə etmək olar.

Tələbələr, tələbə həyatlarının maraqlı keçməsi üçün müxtəlif təhsildən kənar təşkilatlanmayla məşğul olurlar, idman və mədəniyyət tədbirləri təşkil edirlər, digər institutlarla əlaqələr qurub saxlayırlar. Məktəbin öz xoru və teatr qrupu var. Biznes məktəbləri tələbələrinin beynəlxalq təşkilatı olan AIESEC, BBS tələbələrinin həyatında mühüm rol oynayır. AIESEC-in ən əsas fəaliyyətinə 80-ə yaxın ölkədə tələbələrə təhsillərni davam etdirilməsinə kömək edən beynəlxalq mübadilə proqramları daxildir

 

Hər kollecin ehtiyyacı olan tələbələrə yaşayış yerləri ilə təmin etmək üçün yataqxanaları var. Bu yataqxanalar əsasən kolleclərə yaxın olurlar. Yataqxananın iki və ya dörd çarpayılı otaqları, vanna otaqları, mətbəxləri, yuyucu qurğuları və kommunal otaqları olur. Həmçinin, idman yerləri, istirahət otaqları, internet zalları və tibbi xidmət yerləri də mövcuddur. Ticarət, İaşə və Turizm Kollecinin yataqxanası Budada yerləşir. Beynəlxalq Menecment və Biznes Kollecinin iki yataqxanası var. Bir yataqxanası Kollecin kampusunda, digər yataqxanası isə Maliyyə və Mühasibat Kollecinin yataqxanası ilə birlikdə yerləşir. Maliyyə və Mühasibat Kollecinin yataqxanası Budapeştdə mərkəzi kampusdadır, burada Beynəlxalq Menecment və Biznes Kollecinin tələbələri də qala bilər. Zalaegerszeg Biznes İdarəetməsi Kollecinin yataqxanasında yaşayış şəraitindən başqa, həmçinin geniş təhsil imkanları, idman yerləri və boş vaxtın səmərəli keçməsi üçün şəraitlər yaradılıb.

 

Reytinq

  • İspaniya Mlli Araşıdrma Şurasına görə, BBS biznes məktəbi olaraq Webometrics-in araşdırmasına görə Macarıstanda 1-ci, Avropada 40-cı, dünyada isə 112-ci yerdədir
  • com-a görə, BBS, Avropanın top 100 biznes məktəbləri arasında yeganə Macar biznes məktəbidir
  • 2009-cu ildə top menecerlər tərəindən aparılan İqtisadiyyat və Müəssisə Tətqiqat İnstitutunun (GVI) araşdırmasına əsasən, BBS, maliyyə, mühasibat, iqtisadi analiz, insan resursları menecmenti və turizm menecmenti sahələrində Macarıstanda bütün universitetlər arasında 1-ci yerdədir. Digər biznes və iqtisadi elmlər sahələrində isə top 3-ə daxildir.
  • 2007-ci ildə Népszabadság Top 25 Degrees tərəfindən edilən araşdırmaya əsasən, BBS, biznes menecmenti, insane resursları menecmenti, ticarət və marketinq, beynəlxalq biznes, maliyyə və mühasibat sahələrində ən dəyərli dərəcələri və ən keyfiyyətli təhsil verən institutdur.
  • hu Rankings-ə (Milli Ali Təhsil İnformasiya Mərkəzi) əsasən, 2011-ci ildə 14 986 ərizəçilərlə, BBS Macarıstanda ən populyar biznes məktəbidir və Eötvös Loránd Universitetindən sonra Budapeştin ən populyar universitetidir.
  • hu Rankings 2010-a görə, BBS, biznes təhsil iqtisadiyyatı keyfiyyətində bütün Macarıstan biznes məktəbləri arasında birincidir
  • hu Rankings 2010-a görə, biznes dərəcə proqramlarının çətinliyinə görə birincidir
  • Heti Válasz Rankings və CEMI (Mərkəzi Avropa Menecment Zəkası) 2011-ci ildəki biznes menecerləri və insan resursları şirkətlərinin etdiyi araşdırmasına görə, BBS Macarıstan universitetləri arasında birinci yerdədir

 

Ətraflı məlumat və müraciət üçün:
Tel: (+994 12) 441 36 65
Mob: (+994 70) 270 75 57
elgunk12.sg-host.com
Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,
Bakı, Azərbaycan AZ1014

2 thoughts on “Budapest Business School”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next