Bu universitetdə biznesmenlərdən dərs alma şansınız var.

Xorvatiyanın ilk və tək, cənub-şərqi Avropanın isə ilk biznes məktəbləri assosasiyası tərəfindən akkreditə olunmuş universitetidir. Bu akkreditasiya yalnız təhsildə daimi inkişaf nümayiş etdirən universitetlərə verilir və dünya üzərində cəmi 5% biznes məktəbi bu sertifikata layiq görülüb. 2018-ci ildə universitet şərqi Avropadaki 3 ən yaxşı biznes məktəbindən biri kimi seçilib.

Bakalavr pilləsində seçim 2 ixtisasla məhdudlaşsa da, magistratura pilləsi üçün seçim imkanları çoxdur. Universitetdə 10 müxtəlif aspektli MBA programı təklif edilir. Lakin seçim edə bilməyən tələbələr ümumi MBA programı üzrə də ali təhsillərini davam etdirə bilərlər. Bakalavr təhsili biznesin idarə edilməsi və ya iqtisadiyyat olmayan tələbələr də, həmçinin, bir semester hazırlı        q oxumaqla daha sonra MBA ixtisasını seçə bilərlər. Bakalavrdan sonra 3 illik iş təcrübəsi olan kandidatlar üçün isə burada xüsusi magistr proqramı mövcuddur. Dünyanın bütün qitələrindən 150 universitetlə əməkdaşlıq edən universitetin tələbələrinə xariclə mübadilə üçün təklif etdiyi imkanlar da genişdir.

Kiçik və interaktiv qruplarda yerli və xarici müəllimlər tərəfindən keçirilən dərslər uğurlu kariyera üçün tələbələri hər cür bilik ehtiyacı ilə təmin edir.

Bakalavr pilləsi 4 illikdir və orta məktəbi uğurla başa vurmuş tələbələr müraciət edə bilərlər. Qəbul qazanmaq üçün tələbələrdən son 3 ilin akademik göstəriciləri, ingilis dili biliklərini təsdiq edən sertifikat və universitetin keçirdiyi daxili riyaziyyat imtahanının göstəricisi tələb edilir. Bakalavr pilləsinin illik təhsil haqqı 7400 avrodur.

Magistratura pilləsi 2 il davam edir. Seçilən MBA proqramından asılı olaraq illik təhsil haqqı 10.400- 12.400 avro aralığında dəyişir. Bakalavr ixtisası biznes və iqtisadiyyatdan fərqli olan tələbələr üçün olan hazırlıq semesterinin ödənişi isə 2000 avrodur.

Qeyd olunan ödənişlərlə yanaşı tələbələr bir çox göstəricilərə əsasən 10%-ə kimi endirim əldə edə bilərlər.

Zaqreb iqtisadiyyat və menecment məktəbi Avropanın ən yaxşı 60 universitetinin sırasındadır və statistika göstərir ki, universitet məzunlarının 95%-i məzun olduqdan sonraki bir il müddətində iş tapırlar.

Universitetin diqqət cəlb edən digər bir cəhəti isə burada dərs deyən professorların əksəriyyətinin şəxsi bizneslərinin olmasıdır. Bu fakt tələbələrə real praktikalardan faydalanmağa kömək edir.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012-496-45-76

050-588-15-18

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next