“Bu həyatda 1 dəfə yaşayırıq ona görədə risk etmək lazımdır, mübarizə aparmaq lazımdır “

 Özünüz haqqında qısa məlumat verin zəhmət olmasa:

Günay Eyyubova, 1993-cü ildə Bakıda anadan olmuşam. İnşaat və Memarlıq Universitetində memar fakultəsinə daxil olub və təhsilimin bir hissəsini orda davam etdirmişəm. İndi hal-hazırda Portuqaliyanın Lissabon şəhərində yaşayıram və burda təhsil alaraq  memarlıq ixtisasımı davam etdirirəm. Portuqaliyada Erasmus Mundus proqramı vasitəsilə təhsil alıram.

Necə qərara gəldizki xaricdə oxumalısız? Adətən bu hər bir kəsin arzusudur, amma hərkəsdə buna risk etmir:

Mən səyahət  etməyi çox xoşlayıram və bundan əlavə doğurdan da xaricdə oxumaq mənim uşaqlıq arzum olub necəki çox adam bunu arzulayır. Bir il bundan qabaq Kiprdə memarlıq proqramlarını öyrənmək üçün yay məktəbinə qəbul olmuşdum. Orda olan mühit, əldə etdiyim bilikdən sonra özümə güvənim daha çox artdı. Həmişə arzu edirdim ki, başqa ölkədə, başqa dildə bir sözlə başqa abu-havada yaşayım, oxuyum və mənim üçun bir şans yarandı. Əvvəlcə çox qorxurdum, ancaq dostlarım və ailəm həmişə yanımda olaraq və bütün çətinliklərdə mənə dəstək olurdular, vaxt getdikcə o qorxuya qalib gəldim. Başladım xaricdə təhsillə maraqlanmağa. Və qarşıma çıxan mənim üçün ən optimal proqram Erasmus Mundus proqramı oldu. Sənədlərimi hazırladım göndərdim. Bir sözlə risk etdim, hal-hazırda isə uşaqlıq arzumu artıq reallaşdırıram və davam edirəm.

Necə olduki Portuqaliya, Lissabon?

Müraciət edərkən bir çox ölkəyə sənədlərimi göndərmişdim. Bunlara Litva, Latviya, İtaliya və nəhayət ən çox arzuladığım ölkə Portuqaliya idi. İlk cavab isə mənə Litvadan gəldi ancaq mən eyni zamanda Portuqaliyadan və İtaliyadan cavabları gözləyirdim (çünki daha önəm verdiyim 2 ölkə bunlar idi). Daha sonra İtaliyadan cavab gəldi, amma cavab belə idi:
“bu proqramla İtaliyada ancaq magistr təhsili almaq olar”. Düzdü bu məni məyus etdi, amma sonda arzuma çatdım! Portuqaliya mənim sənədlərimi qəbul etdi. Məni 2 ölkə arasında çox çətin bir seçim gözləyirdi, çünki məni hər 2 ölkə qəbul etdi və anlayırdım ki  1 il öz ailəmnən və dostlarımnan uzaq olacam, geri çəkilmək üçün artıq vaxt qalmamışdı. Litva yaxın idi, oradan öz ölkəmə tətil vaxtı qayıda bilərdim,Portuqaliya isə Litvaya nisbətən dünyanın o biri  üzündə idi. Ancaq yenədə mən bütün çətinliklərə baxmayaraq əvvəldən arzuladığım ölkəni seçdim və hal-hazırdada peşman deyiləm buna =)

Xaricdə təhsil almaqla bağlı ağlınıza gələn sizi çəkindirəcək, qorxudacaq ilk şey nə idi ?

Əslində elə böyük bir qorxum yoxuydu, kim istəməki xarici ölkədə təhsil almasın?! Amma yenədə başqa bir ölkədə tək yaşamaq, hansındakı yerli əhali heç İngiliscədə yox Portuqalca danışır. Şəhəri,ətrafında olan insanları tanımamaq bütövlükdə isə tək başına həyat sürmək bunlar adamı düşünməyə vadar edir.
Ailədən kənar, fərqli mühit və şəraitdə təhsil almağın mənfi və müsbət cəhətlərini deyə bilərsiz?
Müstəqil yaşayırsan, sənə görə özündən başqa heç kəs cavabdehlik daşımır, heç kimin köməyi olmadan bütün qərarları qəbul edirsən. Onlarsız yaşamağa öyrəşib, özünə rahatlıq yaratmalısan. Azad olursan, amma yenədə ailəmlə, dostlarımla bir yerdə vaxt keçirtmək üçün darıxıram. Ancaq ümumilikdə, bu səni yetkin həyata hazırlayır. Çətin vəziyyətlərdə heç kimin köməyi olmadan problemin həllini tapmağa vərdiş edirsən. Gələcəkdə ən əsas kömək edəcək şey isə, geniş düşünməyi öyrənirsən, budaki hər bir hadisəyə səni hazırlayır

Qarşılaşdığınız ilk “cultural shock” nədir?

İnsanlar tamamilə fərqlidir. Geyimlərindən tutmuş, davranışlarına kimi. Heçkim heçkimə fikir vermir, hərkəs başqadır. Oxşarları yoxdur belə

Yaşadığınız ölkədə təhsil almaqla yanaşı  işləyirsiz?

Buna işləmək deməzdim tam, amma aktiv sosial fəaliyyətlə məşğul oluram. AIESEC beynəlxalq gənclər təşkilatında işləyirəm. Mən həm AIESEC Azərbaycan, həmdəki AIESEC Portuqaliyanın üzvüyəm. Burda işim yerli tələbələrə digər ölkələrdə Internshiplərə( təcrübə proqramlarına) göndərməkdir. Bu iş cəmiyyətə, eyni zamandada mənə çox böyük töhfə verir. Mənim üçün potensialımı inkişaf etdirməkdə, iş qabiliyyətimi yüksəltməkdə əvəzsiz rol oynayır.

Yaşadığınız şəhəri təsvir edin ( buna mədəniyyətindən tutmuş, ən xırda detallarda aid ola bilər) :

Lissabon çox gözəl və yaradıcı şəhərdir. İnsanlar urəyi açıq və mülayimdirlər. Çox sakit, yaşıl və qabartmalı şəhərdir, gecələr isə şəhər canlanır. Memarlara isə  öz yaradıcılığını və istedadını artırmaq üçün ən yaxşı yerdir

 

Əgər sirr deyilsə orda olan xərclərinizlə bağlı yaza bilərsiz?

Burda nisbətən Bakıdan bahadır ( məhsullar, texnika, nəqliyyat vasitələri). Mən həmişə olduğum ölkələrlə müqayisə edirəmki bizdə nəqliyyat vasitələri çox ucuzdur, hətta su qiymətinədir. Bəlkədə bu bizdə neft, yanacağın olmasıyla bağlıdır. Ancaq 1 ay burda yaşadıqdan sonra nisbətən öyrəşirsən. Lahiyə qarantları həmişə yaşam üçün kifayyət olmur, xüsusi ilə əgər sən səyyahət adamısansa. Bir üstünlük varki, təyyarə biletlərinin qiymətlərini müqayisə etsək burda biletlər daha ucuzdur. Və həftəlik özümə ən çox lazım olan məhsul almaq üçün məndə hardasa 100 avro miqdarında pul xərclənir

Portuqaliya mətbəxi necə öyrəşə bilirsiz? Ölkənin mətbəxi bizim mətbəxlə nə ilə fəqrlənir?

Bəli, demək olarki alışmışam, ancaq bizim mətbəximizdən heç yerdə yoxdu. Bizim milli mətbəximizin yeməklərini heç bir ölkənin milli yeməkləri yerini verə bilmir. Çox darıxmışam bizim yeməklər üçün, bizdə məhsulların seçimi daha  çoxdu və mənim fikrimcə bizim məhsullar daha keyfiyyətlidir. Burda dəniz məhsulları daha üstünlük təşkil edir, bu ölkə mənim kimi əsl suşi sevənlər üçün şəhərdir. Burdaki insanlar çox yağlı yeməklər yemir və ədviyyatlardanda az istifadə edirlər. Ümumilikdə hər şey nisbidir, öyrəşmək olar
Qeyd edim ki, burdakı şirinniyatlar çox dadlıdır deyəsən kök qayıdacam =)

Təhsil aldığınız müddətcə sizdə nələrinsə dəyişdiyini hiss edirsiz? Və təhsildən sonra nələrinsə dəyişəcəyini gözləyirsiz?

Doğurdan çox şey dəyişilib mən daha müstəqil olmuşam, dünyagörüşum dəyişilib, sanki daha böyük olmuşam və mənim fikrimcə qayidana qədər dahada çox dəyişiləcəm. Burdada hərşeyi vaxtı vaxtında etmək və punktual olmaq lazımdır bizdə isə mən hərşeyi son vaxta saxlamağa öyrəşmişdim.

Qayıdıb Azərbacanda yaşamağı üstün tutarsız, yoxsa elə təhsilidə davam edib orda yaşamağı?

Başqa ölkədə təhsili davam edib yaşamağı üstün tutaram. Tək Portuqaliyada yox, ümumiyyətlə digər ölkələrdə. Demək istəmirəmki Azərbaycanda təhsil zəifdir  və yaxud Azərbaycanda pisdir, əksinə Bakıda memarlara verilən təhsil çox güclüdür və mən Bakıda verilən təhsil ilə məmnunam eyni zamanda öz ölkəm üçün çox darıxmışam. Sadecə mən səyahət etmək və daha çox ölkə görmək istəyirəm. Cürbəcür şəhərlərdə olub və özüm üçun yenilikləri aşkar etməyi xoşlayıram. Bu mənim üçün müstəqil həyat və eyni zamanda daxili potensialın kəşf edilməsi deməkdir

 
SondaxXaricdə təhsil almaq üçün cəhd etmiyən tələbələrə nə məsləhət görərdiz?

Bu həyatda 1 dəfə yaşayırıq ona görədə risk etmək lazımdır, öz istəyinə nail olmaq və gələcəyin üçün mübarizə aparmaq lazımdır. Buna görədə öz “comfort zone” tərk etmək və yeniliklərə əl uzatmaq lazımdır. Səyahət bizə gələcəkdə nə qədər yenilikləri görə bildiyimizi, özümüz üçün icad edə bildiyimizi  və öyrənə bildiyimizi göstərir. Ona görədə qorxmaq lazım deyil. Əksinə irəli getmək, öz arzularına və istəklərinə nail olmaq üçün mubarizə aparmaq lazımdır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next