Böyük Britaniyada Məktəb Təhsili – Earlscliffe College

Azərbaycanın dövlət məktəblərində təhsil 11 illik olduğundan və əksər Avropa ölkələrində təhsil 12-13 il olduğundan, azərbaycanlı tələbələlər dövlət attestatı ilə istədiyi Avropa ölkəsində bakalavr təhsilinə birbaşa başlaya bilmir. Böyük Britaniyada da məktəb təhsili 13 il olduğundan, azərbaycanlı məktəb məzunları Böyük Britaniyada dərhal təhsilə başlamaq üçün 2 əsas seçimləri var:

1) Britan vətəndaşları kimi 2 illik A-level proqramı

2) Beynəlxalq tələbələr üçün nəzərdə tutulan 1 illik Foundation (hazırlıq) proqramı

Ənənəvi Britan məktəbləri A-level tədrisini təklif edir, lakin son illər məktəblər dünya tələbələrinin üzünə açıldığı üçün A-level ilə yanaşı foundation təhsilinin tərdisini təklif etməyə başlayıblar. Belə məktəblərdən biri də Earlscliffe College-dir. Məktəb haqqında ətraflı məlumat verib, bu tədris müəssisəsini niyə seçməyinizlə bağlı fikirlərimi bölüşəcəyəm.

Earlscliffe College Böyük Britaniyanın cənubunda, Londondan təqribən 1 saatlıq avtomobil məsafəsində yerləşir. Məktəbin binası 1870-ci ildə tikilmiş və 1923-cü ildən etibarən isə təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Məktəbin beynəlxalq tələbələri qəbul etməklə bağlı keçmiş ənənələri var. Hətta ikinci dünya müharibəsində Almaniyada yaşayan yəhudi tələbələr Berlindən Böyük Britaniyaya köçürülərək, bu məktəbdə sığınacaq tapmışdılar.

Burada vurğuladığımız kimi beynəlxalq tələbələr üçün iki seçim vardır. Birinci seçim kimi tələbələr 2 illik A-level proqramı ərzində adətən3 fənn götürüb, yalnız bu fənləri dərindən öyrənməklə məşğul olacaqsınız. Təqribən 25-ə yaxın fənlər arasından seçim edəcəksiniz və seçimləri etməkdə məktəb vasitəçilik göstərəcək. Məsələn, iqtisadiyyat üzrə bakalavr təhsilinə başlamaq istəyirsinizsə, riyaziyyat, biznes elmləri və ali riyaziyyat kimi fənləri götürə bilərsiniz. Eyni zamanda tələbələrin bir əlavə fənn götürmək haqqı da vardır. Eyni zamanda, ingilis dili ana dili olmayanlar isə IELTS proqramını da götürəcəklər. Dərslər kiçik qruplarda keçirilir; təqribən hər sinifdə 7 tələbə olur və bu da imkan verir ki, hər tələbəyə individual qayğı və diqqət göstərilsin. A-level dərsləri kifayət qədər intensiv keçir və hər fənni həftə ərzində təqribən, hər dərs 45 dəqiqə olmaqla 9 dəfə görəcəksiniz. 2 ilin sonunda bu fənlərdən imtahan verməklə yekun nəticənizi alıb, universitetlərdən qəbul ala bilərsiniz.

Foundation isə A-level-dən fərqli olaraq sonda imtahan tələb etmir və 1 il boyunca tələbələr imtahanlar, kurs işləri və prezentasiyalar etməklə əldə etdikləri yekun balla universitetlərə qəbul ala bilərlər. A-level üçün minimum yaş 16 olsa da, foundation üçün minimum 17 yaşın olması tələb olunur. Earlscliffe College-ə qəbul olmaq üçün orta məktəb attestatı və İELTS 5.0 bal kifayətdir. Foundation proqramının əsas üstünlüyü, bu proqram vasitəsilə Böyük Britaniyada Cambridge, Imperial College və Oxford kimi universitetləri xaric, istənilən Britan universitetinə qəbul ala bilməyinizdir. Digər səbəbi isə, A-leveldəki kimi yekun imtahanla deyil, il ərzində yığdığınız ballar əsas sayılacaq və buna görə də tələbələr daha az stress yaşayacaq və öz bacarıqlarını tədris böyü göstərə biləcəklər.

Earlcliffe College-də 4 hazırlıq istiqaməti var:
1) STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) və proqram Böyük Britaniyanın ən güclü məktəbi olan Cardiff Sixth Form College tərəfindən hazırlanıb

2) Biznes, İqtisadiyyat və Menecment

3) Humanitar Elmlər

4) İncəsənət

Göründüyü kimi, tibbdən başqa demək olar ki, istənilən ixtisas üzrə bakalavr təhsilinizi davam edə bilərsiniz və siz ən azı 40 faiz toplamalısınız ki, proqramdan məzun ola biləsiniz. Lakin, təbii ki, Britaniyanın ən yaxşı universitetlərinə qəbul olmaq üçün daha yüksək bal toplamalısınız və 85 faizdən yuxarı balla əksər top universitetlərə qəbulunuzu zəmanət altına ala bilərsiniz.

Niyə məhz Earlscliffe sizə uyğun foundation proqramını tədris edir?

• Akademik inkişaf və uğurunuz üçün təməl bazanız olacaq. Məktəbin TRAC (Test, Rank and Coach) adlı yoxlama sistemi ilə sizin akademik göstəriciləriniz daima nəzarət altında olacaq. Hər həftə tələbələr 3 fənn üzrə test ediləcəklər və valideynə nəticələr göndərilir. Müəllimlər də öz növbəsində tələbənin nöqsanları üzərində işləyərək onları aradan qaldırmağa dəstək olacaq.

• Təqribən hər sinifdə 7 tələbə olan kiçik bir mühitdə müəllimlərin davamlı qayğı və dəstəyi ilə qarşılaşacaqsınız

• Hər fənn 9 dəfə intensiv şəkildə keçiriləcək və hər fənni daha dərindən öyrənə biləcəksiniz.

• Dünyanın 30-dan çox ölkəsindən gələn 100-ə yaxın tələbə ilə tanış olacaqsınız. Fərqli mədəniyyətlərlə tanış olmaq dünyagörüşünüzün artmasına və gələcəkdən beynəlxalq əlaqələr qurmağınıza şərait yaradacaq.

• Dərsdən kənar müxtəlif klublara, cəmiyyətlərə və idman komandalarına qoşulub dünyagörüşünüzü artıracaqsınız və sağlamlığınızı möhkəmləndirəcəksiniz.

• Məktəb Londondan təqribən 1 saatlıq məsafədə yerləşdiyindən, məktəbə Londondan rahat şəkildə yetişə bilərsiniz.

• Məktəb Britaniyada 4303 məktəb arasında “The Telegraph” dərgisinə əsasən top 40 məktəb arasındadır. Dövlət nəzarəti hesabatına əsasən bütün kateqoriyalarda Böyük Britaniyanın ən yaxşı təhsil müəssisəsi seçilib. ST Star Awards-a əsasən Böyük Britaniyanın 5 ən yaxşı məktəbindən biri seçilmişdir.

Ətraflı məlumat və müraciət üçün:

Məktəb haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

CELT Colleges Içərişəhər
Tel: (+994 12) 492 68 53
Mob: (+994 55) 644 72 80
anar@celt.az
elgunk12.sg-host.com
Ünvan: İstiqlaliyyət 59, Bakı, Azərbaycan AZ1001




2 thoughts on “Böyük Britaniyada Məktəb Təhsili – Earlscliffe College”

  1. Salam,foundation və A-level proqramlarının təhsil haqqı nə qədərdir ?
    və bunlardan birini bitirdikdən sonra Britaniyada təhsil haqqı olmayan universitetdə təhsil almaq mümkündürmü ?

    1. Salam. İllik 15 min funtdan başlayır. Britaniyada nə xaricilər üçün nə də yerlilər üçün təhsil haqqı olmayan universitet yoxdur. Hər kəs ödəniş edir

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir