Böyük Britaniyada Foundation və A-level Təhsili – University of East Anglia

Xaricdə təhsil üzrə əməkdaşlarımız müntəzəm olaraq Avropa, Amerika və Türkiyə univeristetlərinə baş çəkərək universitetlər barədə real təcrübə toplayıb tələbələr və valideynlərə təhsil müəssisələri barədə dolğun məlumat çatdırmağa çalışırlar. Növbəti səfərimiz Böyük Britaniyanın nüfuzlu universitetlərindən olan University of East Anglia-ya olmuşdur.

University of East Anglia Böyük Britaniyanın cənub şərqində, Londondan avtomobil ilə təqribən 20 dəqiqəlik məsafədə yerləşir. 130 hektarlıq kampus 18 000 tələbənin xidmətindədir. Universitetin kampusunda tədris binaları, yataqxanalar, kitabxanalardan savayı tələbənin kampusda qaldığı müddətdə əyləncə, qida və idman məşğələlərini təmin etmək üçün mağazalar, restoranlar və idman parkları fəaliyyət göstərir.

Azərbaycanlı tələbələr 11 illik məktəb təhsilini bitirdikdən sonra Böyük Britaniyada, eləcə də University of East Angliada təhsil almaq üçün mütləq hazırlıq sinfi (foundation) götürməlidirlər. Foundation Azərbaycan universitetlərinin birinci kurs bakalavrına bərabərdir. Məsələn, əgər tələbə Böyük Britaniyada mühasibatlıq üzrə bakalavr oxumaq istəyirsə, foundation dövrü ərzində biznesin əsasları, iqtisadiyyat və maliyyə kimi dərslər götürəcək. Eyni zamanda hazırlıq sinfi, tələbənin Böyük Britaniya təhsilinə rahat inteqrasiyası üçün araşdırma metodlarını öyrədəcək və akademik ingilis dili biliyini gücləndirəcəkdir. Hər sinifdə təqribən 15-20 tələbə olduğuna görə tələbə müəllimlərdən daha çox diqqət görəcəkdir ki, bu da fərdi şəkildə tələbənin inkişafına təkan verəcək. Açıq kompyuter laboratoriyalarında isə tələbələr istənilən vaxt kompyuter arxasında dərslərini edə bilərlər.

Onu da qeyd edək ki, azərbaycanlı tələbələr 11 illik məktəb təhsilindən sonra Böyük Britaniyada Oxford, Cambridge, Imperial College kimi nüfuzlu universitetlərdə bakalavr təhsili almaq istəyirsə, eyni zamanda Böyük Britaniyada istənilən universitetdə tibb təhsili almaq istəyirsə, mütləq şəkildə 2 il A-level adlı proqrama qoşulmalıdırlar. Məsələn, əgər tələbə tibb üzrə təhsil almaq istəyirsə, 2 il A-level dövrü ərzində biologiya, kimya və fizika dərsləri görəcək. Adətən A-level proqramı Böyük Britaniyada məktəblərdə və kolleclərdə keçilir. Lakin, University of East Anglia yeganə universitetdir ki, A-level tədris proqramı universitetin nəzdində keçilir. A-level tələbəsi olsalar belə, onlar universitetin laboratiyalarından, kitabxanasından, kampus şəraitindən istifadə edərək, universitet mühitinə öyrəşəcək və A-level proqramından bakalavra keçid daha rahat baş verəcək. Orada olduğum müddətdə laboratoriyada kimya üzrə kiçik eksperiment aparmağa və tələbə təcrübəsini dadmağa imkan yaratdılar =)

Universitetin kampusundan görüntünü sizə təqdim edirəm. Qarşıda fərqli arxitekturaya malik binalar isə universitetin yataqxanasıdır.

Bu arada, Avengers: Age of Ultron kinosunun bəzi səhnələri bu gördüyünüz ərazidə çəkilib =)

Kampusdan görüntü

Universitetin yataqxanasından sizə şəkilləri təqdim edirəm. Hazırlıq sinfinin tələbələri birinci ildə sanuzeli şəxsi olan otaqlarda qalacaq. Lakin, hər mərtəbədə yerləşən ümumi mətbəxdən istifadə edə biləcək. Adətən mətbəx 5-6 tələbə arasında bölüşdürülür. Yataqxana həftənin 7 günü, 24 saat qorunur və yataqxananın işçilər ilin hər günü xidmətinizdə olacaq. Hazırlıq sinfinin yataqxanasının əsas xüsusiyyəti hazırlıq binasına bitişik olmasıdır, yəni sizə 2-3 dəqiqə kifayət edəcək ki, yataqxana otağınızdan sinif otağınıza yetişəsiniz. Tənbəlliyə meylli tələbələrə tam uyur.

Universitet Norwich şəhərinin mərkəzindən təqribən 10 dəqiqəlik avtomobil məsafəsində yerləşir. Universitet dünyanın 300, Böyük Britaniyanın isə 18 ən yaxşı universiteti arasındadır. Universitetin əsas fərqli cəhəti Böyük Britaniyanın ən təhlükəsiz şəhərlərindən birində yerləşməsidir. Belə ki, Norwich Böyük Britaniyanın 3 ən təhlükəsiz şəhərindən biri hesab olunur. Eləcə də tələbə məmnuniyyətinə görə də, universitet 3 ən yaxşı universitetdən biri kimi göstərilir. Təhlükəsiz olmasına baxmayaraq, şəhər kifayət qədər canlıdır, burada çeşidli sayda mağazalar, restoranlar, incəsənət qalereyaları, teatrlar, muzeylər, yarmarkalar sakinlərin xidmətindədir.

Eyni zamanda şəhər qədim tarixinə görə çox sayda turist cəlb edir. Norwich aeroportundan Britaniyanın müxtəlif şəhərlərinə və Amsterdama müntəzəm uçuşlar olduğundan rahat şəkildə Avropaya və Britaniyanın digər şəhərlərinə səyahət edə bilərsiniz. Ümid edirik ki, universitet barədə müəyyən fikir formalaşdıra bildik. Əgər sizin də bu universitet və Böyük Britaniyada başqa universitetlər barədə suallarınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz:

CELT Colleges Içərişəhər
Tel: (+994 12) 492 68 53
Mob: (+994 55) 644 72 80
anar@celt.az
elgunk12.sg-host.com
Ünvan: İstiqlaliyyət 59, Bakı, Azərbaycan AZ1001

Universitetlər barədə yenillikləri izləmək üçün bu linkə klik edərək qeydiyyatdan keçməklə xəbərlərimizə abunə ola bilərsiniz: http://bit.ly/celtabroad

3 thoughts on “Böyük Britaniyada Foundation və A-level Təhsili – University of East Anglia”