Böyük Britaniyada Foundation Təhsil – University of Manchester

Xaricdə təhsil əməkdaşlarımız Böyük Britaniya, Almaniya, ABŞ, Türkiyə və Şərqi Avropanın bir neçə universitetinə baş çəkərək universitetlər barədə ətraflı məlumat toplayıb tələbə və valideynlərə maksimum informasiya verməyə çalışır. Növbəti səfərimiz Böyük Britaniyanın nüfuzlu universitetlərindən sayılan Manchester Universitetinə olmuşdur.

Əvvəla Böyük Britaniyada təhsil sistemi barədə məlumat verək:

Hər ölkənin özünəməxsus təhsil sistemi var. Britanlar 13 illik məktəb proqramına qoşulmalıdır ki, burada bakalavr təhsilinə başlaya bilsinlər. Lakin, Azərbaycanda təhsil sistemi 11 il olduğuna görə azərbaycanlı tələbələr Böyük Britaniyada birbaşa bakalavr təhsilinə başlaya bilmir. Arada 2 il fərq yarandığına görə, azərbaycanlı tələbələlər kolleclərdə və ya məktəblərdə britan vətəndaşları kimi 2 illik A-level adlı proqrama qatılmalıdır və yaxud da ki, beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş 1 illik foundationa (hazırlıq ili) qoşula bilər. Foundation dövrü ərzində ixtisasına uyğun dərslərə qatılmaqla yanaşı britan mədəniyyəti və təhsili öyrənəcəksiniz və britan mühitinə alışacaq.

Foundation (Hazıqlıq) binasının kitabxanası

Çox nadir hallarda britan universitetləri Azərbaycan məktəb attestatlı ilə bakalavr proqramlarına qəbul edər və bu universitetlər yüksək reytinqli sayılmaz. Mançester Universiteti prestijli və reytinqli ali təhsil olduğundan tələbələr mütləq şəkildə ən azı 1 illik foundationa qoşulmalıdır. Universitet dünyanın 30 ən yaxşı universitetindən biridir, bundan başqa 25 nobel mükafatçısı universitet məzunu olmuşdur. Aldığınız diplom sizə ömür boyu lazım olacaq; odur ki, məsləhətdir ki, bacardığınız qədər ən yaxşı universitetlərdə təhsil alasınız və akademik cəhətdən böyük uğurlar qazanasınız. oundationu bitirənlərin 60-70 faizi Manchester universitetində təhsilə başlaya bilir. 2014-2015-ci illərdə foundationa qatılıb, 3 illik bakalavr təhsilini bitirənlərin 30 faizi universiteti ən yüksək qiymətlərlə bitirmişdir.

Manchester Universitetinin Foundation Binası

Foundation dövrü ərzində tələbələr hansı dərsləri götürəcək? Foundationda müxtəlif ixtisaslaşma istiqamətləri var və tələbələri bu seçimlərini öncədən etməlidir. İxtisas istiqamətləri bunlardır: 1) mühəndislik və təbiət elmləri 2) biznes və sosial Elmlər 3) farmakologiya 4) biologiya elmləri 5) psixologiya.  Siz mühəndislik və ya təbiət elmləri üzrə foundationa başlayırsınızsa sizə 5 fənn verilir və onlardan 3-nü seçib başlamalısınız: biologiya, kimya, fizika, riyaziyyat və ali riyaziyyat. Məsələn, mexanika mühəndisliyi tələbələri adətən fizika, riyaziyyat və kimya fənlərini götürürlər. Təqribən hər həftə universitetdə 25 saat dərs götürmək lazımdır və universitetin proqram meneceri fənn seçimlərini etməkdə tələbələrə kömək olur. Bundan başqa akademik bacarıqları daha da gücləndirmək üçün ingilis dili dərsləri götürülür. Foundation proqramına qəbul olmaq üçün IELTS 5.5 balı kifayət edir. Foundation dövrü ərzində əlimizdən gələni edəcəyik ki, tələbələr bu fənlərdən maksimum bilik əldə edib bakalavr proqramına qoşula bilsin.

Manchester şəhərindən görüntü

Universitetin əksər ixtisasları dünya reytinqində qabaqcıl yer tutur. Manchester universitetinin fizika laboratoriyası. 2010-cu ildə fizika üzrə Nobel mükafatı almış Nobel Andre Geim və Konstantin Novoselov Manchester Universitetinin fizika və astronomiya fakültəsində çalışmışdır və burada işlədikləri dövrdə laureat qazanmışdılar.

Manchester Universitetinin fizika laboratoriyası

Ümumiyyətlə, bugünə qədər bu universitetin tələbə və müəllim heyətindən 25 nəfər Nobel mükafatına layiq görülüb. Məşhur QS reytinq cədvəlinə əsasən University of Manchester Dünyanın 27-ci, Böyük Britaniyanın isə 6-cı ən güclü üniversiteti hesab olunur. Universitetin Farmakologiyası ixtisası dünyada 11-ci, Maliyyə və Mühasibatlıq, Kimya Mühəndisliyi 21-ci, Biznes və Menecment isə 35-ci ən güclü ixtisas kimi reytinq cədvəllərində yer alır.

Manchester School of Art (Manchester Universitetin İncəsənət fakültəsi) Arxitektura sinfi

Universitetin yataqxanasına da baş çəkdik. Foundationa gələn əksər azərbaycanlı tələbələrin yaşı 18-dən aşağı olduğu üçün Liberty Point yataqxanasına yerləşirlər. Hər otaq yalnız bir tələbə üçün nəzərdə tutulub və sanuzel də otağın içindədir. Mətbəx isə digər tələbələrlə bölüşdürülür. Yataqxanası kampus şəklindədir və yataqxana həyətinə giriş nəzarət altındadır.

Liberty Point yataqxanası

Yataqxanada tələbələrin əyləncəsi və sosiallaşması üçün müxtəlif stolüstü və video oyunları ilə təchiz olunub. Eyni zamanda yataqxananın həyətində barbekyu üçün manqal da quraşdırılıb.

Yataqxana həyəti

Manchester şəhəri əhalisinin sayına görə Böyük Britaniyada 5-ci ən böyük şəhərdir. Turistlərin sayına görə isə təkcə London və Edinburqdan geri qalır. Şəhərin muzey və qallereyaları, musiqi zalları və ən əsası Britanıyanın, eləcə də dünyanın iki mötəbər futbol klubu, Manchester United və Manchester city-nin futbol stadionları dünyanın hər bir yanında turistləri özünə cəlb etməkdədir. Manchesteri şəhərini tələbə şəhəri də adlandırmaq olar, burada Manchester Universitetindən başqa iqtisadiyyatın bir sıra bakalavr və magistr proqramlarını tədris edən Manchester Metropolitan Universiteti və daha çox texnologiya üzrə ixtisaslaşmış Salford Universiteti yerləşir. Yalnız bu 3 universitetdə 100 minə yaxın tələbə təhsil alır. Şəhərdə addımbaşı universitetin və şəhərin kitabxanalarına rast gəlmək mümkündür.

Manchester Universitetinin məzuniyyət günündə tələbələr burada ənənəvi fotosessiya etməyi xüsusilə sevir

Əgər sizin də bu universitet və Böyük Britaniyada başqa universitetlər barədə suallarınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz:

CELT Colleges Içərişəhər
Tel: (+994 12) 492 68 53
Mob: (+994 55) 644 72 80
anar@celt.az
elgunk12.sg-host.com
Ünvan: İstiqlaliyyət 59, Bakı, Azərbaycan AZ1001

Universitetlər barədə yenillikləri izləmək üçün bu linkə klik edərək qeydiyyatdan keçməklə xəbərlərimizə abunə ola bilərsiniz: http://bit.ly/celtabroad

10 thoughts on “Böyük Britaniyada Foundation Təhsil – University of Manchester”