Boğaziçi Universitetində necə təhsil ala bilərəm?

Türkiyənin ən güclü dövlət universitetlərindən olan Boğaziçi Universitetinə qəbul şərtləri və illik təhsil haqqılar barəsində sizə məlumat vermək istərdik. Boğaziçi Universiteti qəbul şərtləri ən sərt olan universitetlərdən biridir. Çünki Boğaziçi tələbəsi olmaq hər tələbəyə nəsib olmur. Beynəlxalq standartlarda təhsil verən bu universitetin təhsil dili ingiliscədir. Universitetdə 60 dan çox bakalavr və magistratura ixtisasları mövcuddur.

Boğaziçi Universiteti hər ixtisas üzrə 3-5 xarici tələbə qəbul etməkdədir. Nəzərə alsaq ki buraya bütün dünyadan tələbələr müraciət edir o zaman siz düşünün rəqabət qabiliyyəti nə qədər çox olacaq və minlərlər müraciət edən tələbə arasından seçilməklə universitetə qəbul olmaq nə qədər mümkündür. İlk öncə bakalavr təhsili necə almaq olar? qəbul şərtləri necədir? illik təhsil haqqı? qəbul tarixləri? bunlar haqqında sual tələbələrdə çox rast gəlinir.

Boğaziçi Universitetində təhsil almaq istəyən tələbələr məqsədlərini öncədən müəyyən edib bura hazırlaşmalıdırlar. Bəzi tələbələr Türkiyənin universitetlərinin YÖS (yabancı öğrenci sınavı) ilə qəbulunu düşünürsə burada yanlışlıq edirlər. Çünki Boğaziçi Universiteti YÖS imtahanı ilə deyil SAT imtahanı ilə qəbul aparır. SAT imtahanından 1600 ballıq sistemdən 1300 dən çox bal toplasanız və riyaziyyat balınız yüksəkdirsə sizin universitetə qəbul olma şansınız var deməkdir.

Əgər sizin  SAT balınız yüksəkdirsə bu sizin qəbul olmanıza zəmanət verməz çünki rəqabət güclüdür və universitetə yüksək nailiyyətləri olan tələbələr müraciət edir. Sizin imtahanlardan əlavə digər göstəriciləriniz də universitet üçün vacibdir Məsələn sizin olimpiada nəticələriniz, xarici tədbirlərdə iştiraktınız, sosial fəaliyyətdə aktivliyiniz, GPA balınız da burada böyük rol oynayır. Müraciət edərkən özünüzə aid nə ki yüksək göstəriciləriniz varsa onu universitetə qeyd etməniz sizin seçim şansınızı artıra bilər.

Bundan əlavə universitet sizi ya Türkiyəyə yada skype vasitəsi ilə müsahibəyə dəvət edə bilərlər. Bu müsahibə nəticənizdə böyük rol oynayacaq. Sizin əlavə olaraq referans məktubuna və motivasiya məktubunuza baxılacaq. Bundan əlavə 9-10-11 ci sinif qiymət cədvəlinizdəki balınız da çox önəmlidir.

Bəs siz seçildiniz qazandınız universiteti. Bu halda birinci kursdanmı başlayacaqsınız yoxsa hazırlıqmı oxuyacaqsınız? bu sualda tələbələrdə çox maraq doğurur. Qeyd etmək istəyirik ki, Boğaziçi Universitetində təhsil dili ingiliscədir. Əgər sizin ingilis dilini sübut edən beynəlxalq imtahan nəticəniz (TOEFL, IELTS və s) varsa bu halda siz birinci kursdan təhsilinizə başlaya bilərsiniz. Yox əgər sertifikatınız yoxdursa o zaman universitet sizə 2 seçim şansı verir: ya siz universitetin daxili imtahanına girərək ingilis dilindən imtahan verirsiniz əgər imtahanı keçsəniz birinci kursdan başlayırsınız yox imtahandan keçməsəniz siz bir illik universitet nəzdində hazırlıq oxuduqdan sonra ikinci il təhsilinizin birinci kursuna başlaya bilərsiniz.

Boğaziçi Universitetində təhsil haqqı nə qədərdir? Boğaziçi universiteti dövlət universiteti olduğu üçün burada təhsil haqqı yoxdur, lakin tələbələr yanlış anlamasın təhsil haqqı yoxdursa bu o demək deyilki heçnə ödəməyəcəksiniz. Universitetin adminstrativ xərcləri üçün sizdən ödəniş tələb edir. Bu ödəniş isə 5000-9000 TL arası dəyişir.

Boğaziçi Universitetinin qəbul tarixləri nə zamandır? Boğaziçi Universiteti hər il iyun-iyul aylarında qeydiyyatı açıq elan edir. Bu qeydiyyat müddəti çox qısa (7-8 gün) olur. Bu haqqda universitet əvvəlcədən məlumat verir.

Ətraflı məlumat üçün bizə müraciət edə bilərsiniz: (012) 492 68 53, 055 503 59 39

Elektron poçt: turkiye@celt.az

46 thoughts on “Boğaziçi Universitetində necə təhsil ala bilərəm?”

  1. Salm 11 ci sinifdə hansı imtahanlardan keçmək Turkiyədə Tibb universitetinə qəbul ola bilərəm? Bir neçə universitet adı deyə bilərsiniz və ödənişi ilə bağlı məlumat verərdiniz zəhmət olmasa

  2. Salam. Mən BMU’da oxuyuram, yəni tələbəyəm. Boğaziçi universiteti yalnız 11-i bitirib imtahan verənlər arasında uşaq qəbul edir, yoxsa 2-3-cü kurs tələbəsi də ora qəbul edilə bilər?

  3. Salam. SAT imtahanı ilə Boğaziçi universitetinin Bilgisayar Mühendisliği bölümünə qəbul ola bilərəm? Kontenjan sayı nə qədərdir yəni? Zəhmət olmasa məlumatlandırardınız

  4. Salam. Boğaziçi universitetində tam olaraq burslu oxumaq mümkündür? Mümkündürsə Sat imtahanından nə qədər bal toplamaq lazımdır?

  5. 2018 və 2019 cu illərdə Boğaziçi üniversitesi TQDK ilə qəbul aparıb yeni qarşıdakı illərdə TQDK ilə qəbul şansı var?Bi de TQDK ilə nə qədər kontenjan götürüb?

  6. sat imtahani ile turkiyede hansi universitetlere qebul olmag olur odenisleri 8mine qeder olan? ve yaxud sat imtahani ile hansi unviersitetlerde burs var ve hansi balda ne qeder

    1. SAT imtahanı ilə əsasən hamı qəbul edir. EGE qəbul etmir. Burs sadəcə Türkiyə Bursları var və bəzi özəllərin öz endirimləri var. Koç Sabancı kimi

      1. Salam. Hacettepe ve ya basqa universitetlere ingilisce tibb
        sahesi ucun SAT imtahani yeterlidir yoxsa basqa imtahan vermeliyik

      2. Salam. SAT imtahanı yetərlidir ama hər proqrama 3-5 Azərbaycalı qəbul kvotası olduğu üçün bəzən yüksək balınız olsa belə qəbul olmursunuz.

  7. Salam, mən Boğaziçi Universitetində Magistr təhsili almaq istərdim . Onun ödənişi ilə bağlı məlumat verə bilərsinizmi? Təşəkkürlər ❤️

  8. Salam men tqdk bali ile Türkiyede tehsil almaq isteyirem hansi üniversiteler tqdk qebul edir ve illik ne qederdir zehmet olmasa cavablandirin xais

  9. Salam) bu uni üçün tqdk (dim) balı neçə olmalıdı minimum? Və məktəb qiymətlərinə baxılarkən attestat da önəmli tutulur yəni hamısı 5 olmalıdır? Yoxsa bir və ya iki dənə 4 qiyməti olması problemdir?

    1. Çox çox üzr istiyirəm amma axır vaxtlar bir seçim etmək məcburiyyətindəyəm. Istanbul Universiteti TQDK balı qəbul edir? Edirsə əgər 1ci ixtisas qrupu üzrə orada psixologiya təhsili ala bilərəm? Bir də ki təhsil haqqı var?

      1. Yəni YOK TQDK tanıyır əslində hamı qəbul etməlidir. Ama unilər bəzən saytlarında qoysa belə qəbulda başqa imtahan götürənləri önə çəkirlər. TQDK ilə məşhur unilərə girmək çox çətindir. Əgər TQDK balınız 650 və yüksəkdirsə o zaman şansınız var.

    2. Salam, sizcə azərbaycanda tibb unisinə qəbul daha asandır yoxsa bir başa türkiyəyə tibb universitetinə qəbul daha asandır? Nəzərə alsaq ödənişişi ili 5000 ni keçməyən universtet

      1. Salam. Az DIM imtahanı tələb edir. Türkiyə SAT və TOEFL. Çətinlik hansına yaxşı hazırlaşa biləcəyinizdən asılıdr.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username