Bir tələbənin Uğur düsturu

Yəqin ki, hal-hazırda aranızda tələbə olanlar çoxluq təşkil edir. Bu yazımız tələbələr üçün çox böyük bir xəzinədir. Siz təhsil aldığınız illər ərzində nələrə nail ola biləcəyinizi düşünmüsünüzmü? Karyeranızın uğurlu olması üçün tələbəlik illərinin çox böyük rolu olduğunu düşünmüsünüzmü?

Sizə Endrü adlı bir tələbənin 3 illik təhsil həyatını necə planladığından və hansı prinsiplərlə nələrə nail olduğundan danışacağıq. Bu Sizə sizlərin görmədiyiniz lakin nail ola biləcəyiniz bir çox uğurları göstərəcəyindən əminik!

Endrü Avstriyanın Salszburq şəhərində doğulub və Vyanada universitetlərin birində təhsil alıb. O təhsilinə başlarkən heç bir fəaliyyətlə məşğul olmurmuş. Kitab oxumağı sevsə də bununla da tez -tez məşğul deyilmiş. Lakin dərslər başlayanda Vyanaya gedərkən qatarda oxuduğu “Kimyagər” romanı ona çox yaxşı motivasiya vermişdir. Bundan sonra o tələbəlik illərində həyatında çox şeyi dəyişəcəyinə qərar vermişdir. O təhsil aldığı 3 il ərzində planladığı tələbəlik həytı ilə çox böyük uğurlara imza atmışdır. O bu müddət ərzində Google IBM kimi şirkətlərdə təcrübə proqramlarında iştirak etmiş və universiteti bitirdikdən sonra Amazon şirkətində rəhbər vəzifələrin birində çalışmağa başlamışdır. Endrü öz uğurunun açarını ilkin olaraq dissiplində görür. O dissiplinli olmağı, və uğura doğru addımlamağın sirrini günü planlamağı bacarmaqda olduğunu qeyd edir.

Endrü bakalavr təhsilini bitirdikdən sonra magistr təhsilini təqaüdlə Amerikada Stanford Universitetində alır. O bu təhsil müddətində işləməsə belə bir çox şirkətlərdən iş təklifləri alır. Lakin o təhsilini tam başa vurduqdan sonra Amazon şirkətindən aldığı təklifi dəyərləndirir.hal hazırda o Amazonda şöbə rəhbəri vəzifəsində çalışır. 

Endrü tələbəlik illərini aşağıdakı prinsiplər üzrə qurdğunu və bu prinsiplər üzrə hərəkət etməyin hər bir tələbə üçün çox vacib olduğunu deyir.

  1. Diplom üçün təhsil almaq istəyən tələbələrdən uzaq olmaq
  2. Şəxsi və problemli münasibətlərdən qaçmaq
  3. Tələbə yoldaşları ilə əylənməyə çox az vaxt sərf etmək
  4. Hər gün istirahət etmək, açıq havada gəzmək və yuxusuz qalmamaq
  5. Daim axtarışda olmaq, müxtəlif sosial fəaliyyətlərlə məşğul olmaq
  6. Yaxşı təhsil alan tələbələrlə münasibət yaratmaq və onlarla daha çox vaxt keçirib fikir mübadiləsi aparmaq
  7. Kitablara pul verməkdən çəkinməmək
  8. Kitabxanada daha çox vaxt keçirmək
  9. Müəllimlərə daha çox sual vermək.

Müəllimlərə çox sual verməklə bağlı bildirək ki, Endrü IBM şirkətində təcrübə proqramına məhz çox sual atəşinə tutduğu müəlliminin tövsiyyəsi və dəstəyi ilə qəbul olmuşdur. IBM şirkətində çalışan müəllimi onun bacarığını görərək rəhbərlik etdiyi departamentdə təcrübə proqramında iştirak etməyi təklif etmişdir.  

Yuxarıda sadalanan prinspilər hər bir tələbə üçün çox önəmlidir. Çünki bir tələbəni müxtəlif şanslardan və imkanlardan yararlanmasına mane olan məqam onun dissiplinli olmaması və məqsədli olmamasından irəli gəlir. Məqsədli olmaq və bu məqsədi hər bir şeydən daha önəm vermək uğura gedən ən vacib amildir.

Əziz tələbələr yuxarıda qeyd edilən prinsipləri tətbiq etməklə həyatınızda çox şeyi dəyişə bilərsiniz və ən əsası öz gələcəyinizin çox uğurlu olmasına zəmin yaradarsınız. 

Çalışın ki, 3, 4 illik tələbəlik illərinizi həm mənalı və həmdə çox uğurlu keçirəsiniz. Ona görə ki, bu illər sizin  həyatınızda ən önəmli illərdir. Bu illər ərzində qazandığınızı ömür boyu xərcləyəcəksiniz. 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next