Bir gün kursa gələndə baxdım ki, qəbul mərkəzində bizim Aliko oturub.

Bir gün kursa gələndə baxdım ki, qəbul mərkəzində bizim Aliko (Əliağa Yüzbaşov) oturub. Mənə dedilər ki nə edirsiz edin amma, Əliağanı Sabancı Universitetinə göndərin. Elə onda öyrəndim ki Sabancıya getmək həm Əliağanın, həm də ailəsinin arzusudur. İmtahana yollanarkən biz də ən az Əliağa qədər həyəcanlı idik. Çünki aylardır çəkdiyimiz əziyyətin bəhrəsini görəcəkdik. Daha sonra qəbul prosesi başladı və biz əlimizdən gələni etdik ki, onun arzusu yerinə yetsin. Nəhayət, Aliko arzusuna çatdı. İndi həm o rahatdır, həm də biz. Universitet qəbulu ilə bağlı bütün prosedur demək olar ki başa çatıb. Bu gün səhər o artıq Türkiyəyə yola düşdü. Gələcək həftədən Əliağa Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Sabancı universitetində təhsil alacaq. İcəsənət və Sosial Elmlər fakultəsinə qəbul olan Aliko, iki illik ümumi təhsildən sonra əsas istiqamət kimi İqtisadiyyat ixtisasını seçmək istəyir. Uşaqlıqdan bu sahəyə marağı olduğunu deyən Əliağa universitet təliminin gələcək kariyerasında əhəmiyyətli rol oynayacağından əmindir. Oradan da xoş xəbərlərini gözləyirik. Ona bakalavr təhsilini sağ-salamat başa vurmaqla yanaşı magistratura pilləsinə qəbul olmağı da arzulayırıq.

Aliko isə öz növbəsində yazır: “Mənim bu kursu seçməyimin əsas səbəbi öz məqsədimə çatmağım idi. Buradaki müəllimlər sayəsində öz məqsədimə çatdım. Bu yolda mənə dəstək olan, yol göstərən və kömək edən hər kəsə dərin təşəkkürümü bildirirəm.”

Həyatı üçün əhəmiyyətli olan bir pilləni daha keçən Əliağa indi daha da məsuliyyətli olmalıdır. O çalışıb əlindəki şansı maksimum yaxşı qiymətləndirməlidir. Belə ki Sabancı universiteti uzaq şərqdən Amerikaya kimi bir çox ölkə universitetləri ilə tələbə mübadiləsi proqramları həyata keçirir. Eyni zamanda bir çox nüfuzlu şirkətdə təcrübə proqramı keçmək də universitetin tələbələri üçün əlçatandır.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

(050) 210 91 54

narimanov@celt.az

2 thoughts on “Bir gün kursa gələndə baxdım ki, qəbul mərkəzində bizim Aliko oturub.”

  1. Salam,men 10.sinifde oxuyuram Intermediate seviyyesini bitirmisem Amerikada tehsil almaq isteyirem,1.qrup fennlerini yaxsi bilirem,IT sahesinde tehsil almaq isteyirem,ne meslehet bilirsiniz,Sat, IELTS,Tofel?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next