Bakalavr və Magistr fərqli ixtisaslar

Bakalavr və Magistr dərəcələrində uyğunluq vacibdirmi?

Əgər bakalavr dərəcəsini bitirdikdən sonra karyera dəyişikliyi etmək istəsəniz, narahatçılığa heç bir səbəb yoxdur. Bir çox universitet yüksək standartlarda olan qəbul şərtlərini saxlayaraq, bunu asan bir proses halına gətirib.

Universitetlərin qəbul şərtlərini öyrənin

İlk mərhələ müraciət edəcəyiniz universitetləri dəqiqləşdirmək, daha sonra isə ya həmin universitetlərin internet saytından ya da xaricdə təhsil mütəxəssisinizdən universitetin qəbul şərtləri haqqında məlumat almaqdır.

Magistr təhsili almaq üçün minimal tələblər

Unutmayın ki universitetlərin tələbləri fərqli ola bilər. Oxuduğunuz sahədən asılı olmayaraq GRE və GMAT kimi imtahanlardan keçmək və ya müvafiq sahədə iş təcrübəsi qazanmaq müraciət etdiyiniz universitet üçün bakalavr dərəcəsini nəzərə almadan magistr pilləsinə qəbul almağınıza kömək edə bilər. Lakin yadda saxlamaq lazımdır ki bu hər bir universitetə şamil edilən bir qəbul forması deyil.

Standartlaşdırılmış testlər

Graduate Record Examination (GRE) adlı testlə demək olar ki bir çox ixtisasa qəbul almaq şanslarınız yüksəlir. Bu ümumi bilik testi sizin riyaziyyat və ingilis dilində qavrama bacarıqlarınızı və ümumi analiz etmə qabiliyyətinizi yoxlayır. Bəzi ixtisaslar və universitetlər isə daha spesifik imtahanlar tələb edirlər. Məsələn, Biznes universitetləri və MBA proqramları GMAT (Graduate Management Admission Test), Tibb universitetləri MCAT (Medical College Admission Test), və Hüquq universitetləri LSAT (Law School Admission Test) kimi imtahanlar olduğu halda bir başa qəbul imkanı verirlər.

İş təcrübəsi

Akademik imtahanlardan başqa hansı üstünlüklər var deyirsinizsə, iş təcrübəsini unutmamalısınız. Əgər təhsil alacağınız sahəyə uyğun ən az 2 illik iş təcrübəniz varsa və bunu təsdiq edəcək sənədləri universitetə göndərsəniz, sizdən bir başa eyni sahədə bakalavr dərəcəsi tələb olunmaya bilər.

Digər üstünlüklər

İş təcrübəsi və akademik imtahanlardan başqa nə kimi üstünlüklərimiz ola bilər sualına isə cavab sadədir. Əgər universitetə sizin haqlı səbəblərə və güclü motivasiyaya görə ixtisas dəyişmək istədiyinizi təsdiq edə bilsəniz, bunu anlayışla qarşılaya bilərlər. Bunun isə yolu sadədir. Recommendation Letter və Motivation Letter dediyimiz akademik yazıları universitetə təqdim etməlisiniz.

Yekun olaraq qeyd etmək istəyirəm ki, ilk öncə universitet və ixtisas seçimi edib daha sonra bu faktorlar barədə düşünmək lazımdır.

Əlaqə 

CELT Colleges Nizami (Məhəmməd Naxçıvani 10)

Tel: 012 436 86 87

mob: 050 787 57 66

email: baba.karimli@celt.az

295 thoughts on “Bakalavr və Magistr fərqli ixtisaslar”

  1. Nəzrin Məmmədli

    Salam.
    Mən hal hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Kinoşünas ixtisası üzrə təhsil alıram. Magistratura üçün başqa hansı universitetə verə bilərəm?

  2. Salam. Mən ixtisas iqtisadiyyat üzrə universiteti bitirmişəm, magistraturanı fəlsəfə üzrə oxuya bilərəmmi?

      1. Salam. Mən neft qaz mühendisliyi üzrə bakalavr derecem var. Magistr dərəcəsi olaraq nə oxuya bilərəm? Tərcüməçilik mümkündü ?((

  3. Salam. Mən Riyaziyyat və informatika müəllimliyi üzrə oxuyuram. Magistrda hansi ixtisasları oxuya bilərəm? Bunu necə öyrənmək olar?

  4. Salam. Mən biznesin idarə edilməsi üzrə təhsil alıram. Bitirdikdən sonra magistraturanı coğrafiya müəllimliyi olaraq seçə bilərəm ya da hər hansı bir məktəbdə bu ixtisasim üzrə işləyə bilərəm
    ?

  5. Salam.Mən Türkiyədə Fizioterapi təhsili almışam və Azərbaycanda magistatura təhsili almaq istəyirəm mümükünmü?

  6. Salam, xaricdə magistr təhsili üçün secəcəyim ixtisasin buradaki bakalavr ilə əlaqəsi olmalidir, ya fərqi yoxdur? Məs ingilis dilj muəllimliyi bakalavrda amma huququ və ya ikinci qrup ixtisaslardan magistr oxuya bilərəm?

  7. Salam men biologiya ixtisası üzre bakalavr tehsili alıram.Magistraturada korreksiyaedici telimin metodika ve metodologiyası üzre tehsil ala bilerem?Yoxsa ancaq biologiya ixtisasını ehate eden sahe seçe bilerem?

  8. İsmayıl İsmayilov

    Salam, mən tərcümə ixtisasında oxuyuram. Kursa gedib beynəlxalq səviyyədə tanınan sertifikartlar alsam bu mənə xaricdə magistratura səviyyəsində İT sahəsi üzrə oxumağa köməklik edə bilər?