Azərbaycanda jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Jurnalistika ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq müddətdə DİM-in internet səhifəsində müvafiq bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Həmçinin aşağıda qeyd edilən kateqoriyalardan olan abituriyentlərin “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

-şəhid ailəsinin üzvləri;

-valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-məcburi köçkün statusu olan şəxslər;

-I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Qeydiyyatdan keçən abituriyentlər DİM tərəfindən elan olunacaq tarixdə qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next