Avstriyanın Təhsil İncisi – Vyana Universiteti

Bu gün sizə Avropanın ən qədim və ən yaxşı universitetlərindən biri haqqında danışacağam. Avstriyada yerləşən bu universitet, minlərlə alimlərin, elm adamlarının təhsil aldığı təhsil ocağıdır ki, yüksək keyfiyyətli təhsil almaq istəyən şəxs və sözün əsl mənasında seçdiyi peşə üzrə peşəkar olmaq istəyən şəxs üçün ən uğurlu seçimdir.  Almaniya və Avstriya –  bu ölkələrin təhsil sistemləri və təhsil keyfiyyəti demək olar ki, eyni yüksək keyfiyyətə malikdir. Yəni siz əgər müəyyən səbəblərdən Almaniyada təhsil ala bilməmisinizsə, o zaman Almaniyaya alternativ ölkə kimi Avstriyanı seçə bilərsiniz.

İndisə sizə Vyana Universitetinin yerləşdiyi Vyana şəhər haqqında qısa məlumat verim. Bildiyimiz kimi Vyana Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən ¼-dir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə əhəmiyyətli beynəlxalq quruluşlar OPEK,ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyi yerləşir.

Vyana şəhəri haqqında danışdıq, indisə keçək əsas məsələyə – Vyana Universitetinə….

Vyana Universiteti qədim tarixə sahib universitetlərdəndir ki, 1365-ci ildən fəaliyyət göstərir, 9 Nobel mükafatına layiq görülmüşdür və universitetdə təxminən 91 minə qədər tələbə təhsil alır. Vyana universiteti ERASMUS/SOKRATES proqramına üzv olan universitetlərdəndir ki, o 331-ə yaxın universitetlə bu proqrama əsasən tələbə mübadiləsi aparır. Hər il 130-a yaxın ölkənin universitetlərindən on mindən çox tələbə  Vyana Universitetində leksiyalarda, seminarlarda və digər kurslarda iştirak etmək şansını qazanır. Vyana Universiteti tələbələrə 54 bakalavr, 112 master və 11 doktarantura proqramı üzrə ixtisaslar tədim edir.

Vyana Universiteti dövlət Universiteti olduğundan burada təhsil haqqı Avstriyanın “Ali təhsil haqqında” qanununa əsasən bütün dövlət universitetlərində olduğu kimi bir semestr üçün €363,36 –dır. Qeyd edim ki, bu qanun 2009-cu ildə qəbul olunmuşdur. Bundan başqa Vyana Universitetində “PULSUZ TƏHSİL” imkanı verilir ki, bu yalnız Avropa Birliyi ölkələrindən olan tələbələrə, Daueraufenthalt vizası olan tələbələr və Vyana Dövlət Universitetində təhsil alan Azərbaycan ,Belorus, Moldova, Ukrayna və digər dövlətlərin vətəndaşları üçündür.

Vyana Universitetinə qəbul olmaq üçün ilk öncə universitein rəsmi veb səhifəsinə daxil olub müvafiq linkdən qeydiyyatdan keçmək lazımdır və daha sonra qeydiyyat zamanı tələb olunan sənədləri hazırlayıb ingilis  yaxud alman dilinə tərcümə etdirib və Apostol təsdiqi etdirib poçtla müvafiq ünvana göndərmək lazımdır. Qeyd edim ki, Vyana Universitetində təhsil almaq istəyirsinizsə öz doğma ölkənizdə yəni Azərbaycanda ali təhsil müəssisələrinin birində ən azı bir il təhsil almış olmalısınız.

Mən bu universitetlə bağlı axtarışlar aparan zaman Vyana Universitetinin Kitabxanası gördüm. İnandırım sizi ki, mən bu kitabxanaını gördükdə istədim ki, hal-hazırda aldığım təhsildən vaz keçib məhz Vyana Universitetinə qəbul olum ki, bu kitabxanada günlərlə kitab oxuya bilim. Çox gözəl arxitekturaya malik və eləcə də nadir kitablara sahib bu kitabxana sözün əsl mənasında keçmişlə gələcəyin birgə ahəngini simvolizə edən çox gözəl məkandır.

Ümumilikdə təhsilin keyfiyyəti, təhsil xərcləri, yaşamaq xərcləri  və eləcədə pristij baxımından Vyana Universiteti çox əlverişlidir. Qeyd edim ki, hal-hazırda akademik sıralamaya görə Vyana Universiteti Avstriyada 1-ci, dünya üzrə isə 151-ci yerdə qərarlaşmışdır.

Dostlar, hələlik bu qədər 🙂

30 thoughts on “Avstriyanın Təhsil İncisi – Vyana Universiteti”

  1. Salam. Mənim kollec diplomum var onla hər hansı uniyə daxil ola bilərəm?və təhsil haqqı cəhətdən və ya pulsuz təhsil üçün Almaniya məsləhətlidi yoxsa Vyana?
    Əvvəlcədən təşəkkür edirəm

  2. Salam men ingilis dili tercume oxuyuram.Magistr ucun Viennada harda tehsil ala bilerem?birde Ielts-den basqa ne lazimdir ? Alman dilini bilmek vacibdir?

      1. Salam
        Vyana universitetində “Basın yayım ve İletişim Bilimləri”üzrə magistr təhsilinin ingiliscə yoxsa almanca olduğunu bilmək istərdim.

  3. salam. pulsuz master oxumaq üçün gpa ve ielts nə qədər olmalıdır? Və coğrafiya, təbiət elmləri üzrə Avstriyanın hansı unisini tövsiyyə edirsiz?

    1. İldə 20-30 min dollar arasıdır. Ama təbii bu şəhərə yaşama görə dəyişir. Ümid edirəm tələbə həyatını soruşursunuz ailə həyatını deyil)))

  4. Salam.Men Vyana universitetində ya da digər Avstriya unisinde ingilisce tibb təhsili almaq isteyerdim hansı imtahanlar lazımdır ?

    1. Salam. Almaniya və Avstriyada tibb almacadır. Bunun üçün ilk alman dilini C1 səviyyəsində bilmək lazımdır rəsmi sertifikat ilə. sonra bir il hazırlıq almanca və sonra 6 il tibb.

  5. Salam, men magistraturani Venada oxumaq isterdim, mene etrafli melumat ve konsultasiya lazimdi. Xaiw eliirem mennen elaqe saxliyasiz

    1. Salam. Vienna üçün bizim 28 may ofisində Həmidə xanımla danışın. Əgər ixtisasınız orda ingilizcə varsa bəli oxuya bilərsiniz.

  6. Salam axsaminiz xeir men vyana ya oxumaq ucun getmek isteyirem prosta. Atestatdan basqa hecbir diplomum yoxdu nece alindira bilerem ki orda oxuyum zehmet olmasa melumat vererdizde. Wp0559583560 indiden tesekkurlerimi bildirirem

      1. Salam.Yazilmisdirki Azərbaycan vətəndaşları üçün pulsuz təhsil imkanı var.Bunun üçün nə gərəklidir ?