Avstriyada Təhsil İlə bağlı Sual və Cavablar

Avstriyada Təhsil İlə bağlı Sual və Cavablar

Avstriyada Təhsil İlə bağlı Sual və Cavablar  məqaləmiz sual və cavablardan ibarətdir. Bildiyiniz kimi Avstriya çox tələbələrimizin təhsil almaq istədiyi ölkədir. İndi baş nazirin yəni ölkənin rəhbərinin sadəcə 31 yaşı var. Bu da ölkənin nə qədər gənc olduğunu göstərir.

 

Salam , mene Avstriya universitet diplomlarinin Azerbaycanda ne dercede taninib taninmamasi maraqlidir . Bir de siz qebul qebul apariesinizmi IELTS 7 ve kollec ortalamam 68+dur. Etrafli melumat verseni secinersim , birdeki bu olkeni secmekde meqsed universitet illiklerinin nisbeten asagi olmasidir . Evvelceden tewekkur

Salam, bəli qəbul aparırrıq. Avstriyada hansı unidə oxumağınıza bağlı. Normalda Azərbaycanda yüksək qəbul olunur. Zəhmət olmasa bizim 28 may ofisinə zəng edin. 441 3665. Həmidə xanım Almaniya Avstiya ilə məşğuldur. Sizə yardımçı olacaq

Vyana dovlet universitetinde tehsil haqqi ne qederdir?

Salam Xarici vətəndaşlar üçün 1736 avro bütün universitetlərdə illik.

Avstriyada illik tehsil haqqi az olan Universitetler ,zehmet olmasa yazardiniz ,evvelceden tesekkurler.

Salam. İllik təhsil haqqı 500 avro civarındadır.

Salam, Xaricdə təhsilin ardıcllığın deyə bilərsiz? birinci viza alınmalıdır sonra müraciət olunmalıdır yoxsa necə? Məs. Avstriya viza 6 ay çəkir. Yəni proses necə həyata keçirilir. Bİr də sizin kursda ieltsa bir ay hazırlaşmaq mümkündür?

Salam. Əvvəlcə qəbul alınır, yataqxana seçilir, sonra vizaya müraciət edilir. Əgər güclü ingiliscəniz varsa, bir aya İELTS almaq olur bəzən. İntensiv şəkildə kurslarımıza qatılıb yüksək İELTS sertifikatı alan tələbələrimiz çox olub.

salam mən hal-hazırda tibb universitetində təhsil alıram. rezidentura təhsilimi avstriyada almaq istəyirəm. avstriyada alman dilində rezidentura oxuya bilərəmmi və alman dilini 0-dan öyrənmək üçün mənə nə qədər vaxt lazımdır?

Salam. Təəssüf ki, rezidentura təhsili ilə məşğul olmuruq

salam internetde oxudumki Avstriyada azerbaycan ukrayna moldova kimi olkelerin vetendaslari ucun tehsil haqqi pulsuzdur bu duzdur?

Avstriyada dövlət universitetlərində təhsil bütün vətəndaşlar üçün aşağı qiymətədir. Demək olar ki, pulsuzdur. İllik 500-600 avrodur.

salam avstriya dovlet universitetlerinde economy ixtisasi uzre magistr (ingilis) ixtisasinin illik tehsil haqqisi ne qederdir?ayliq yasam xerci?ve qebul sertleri ielts ve gpa?

Salam. Avstriyada təhsil haqqı 500-600 avro civarındadır. Aylıq yaşayış xərci 700 avro ətrafındadır. İELTS 6.5 və GPA 80+ olmasını məsləhət görürük.

Salam men hal hazirda bakalavr tehsil aliram ancaq viyana universitetinde tehsilimi davam etdirmek isteyirem ielts neticem var 6di. men bilmek isterdim ki viyanada dovlet universitetlerinde tehsil ne qederdir. ve ingilis dilinde bakalavr tehsili almaq mumkundurmu.bir seyide demek isterdim ki sizin avstriyada tehsil haqqinda melumatda illik 760 euraya yaxin pul edir bu helede kecerlimidir?

Salam. Vyanada universitetlərə keçsəiniz belə, gərək birinci kursdan başlayasınız. Transfer etmək mümkün deyil. Bəli, həmin qiymətədir.

salam avstriyada dovlet unilerinin tehsil haqqisi hansi araligdadir ve ayliq yasam xerci?

Salam. Avstriyada dövlət universitetlər xarici tələbələr üçün 1500 avroya kimidir. Aylıq şəhərdərn şəhərə fərqlənir. 700-1000 avro arası.

salam avstriyada pulsuz tehsil mumkundur?

Təhsil tam pulsuz deyil. Hər smestr 726 avrodur xaricilər üçün.

Avstriya dövlet univeristetleri tek attestatla telebe qebul edir?

Özəllər bəli amma dövlətlərdə gərək eyni ixtisas üzrə burda birinci kursda oxuyasınız.

Salam. Avstiyada orta mektebde tehsil almaga kömək ede bilersiniz? ve qiyməti neçiyə?

Salam işlədiyimiz orta məktləblər qapalı və özəl məktəblərdir. İllik 40 min avrodur. Hər şey daxil.

salam. mən Avstriyada ekonomika və ya maliyyə üzrə magistr təhsil almaq istəyirəm. zəhmət olmasa bunun üçün məndən nələr tələb olunduğu barədə məlumat verəsiniz. qeyd edim ki, mühasib vəzifəsində çalışsam da təhsilim filologiya fakültəsi üzrə bakalavrdır. Əlavə olaraq auditorlar palatasından vergi üçotu və mühasibat üçotu (F3) üzrə sertifkatlarım var.

Avstriyada sizdən eyni ixtisas üzrə olmağınız tələb olunur. Eyni zamanda burda magistrada girmiş olmalısınız. Təcrübəsinizi anlayıram amma bu halda yalnız özəl universitetlərdə oxuya bilərsiniz. Dövlət universitetləri bunu qəbul etməyəcəklər

Men Iqtisad Universitetinde 2ci kursu bitirdim. Ixtisasim Dunya Iqtisadiyyatidir. Bilmek isteyirem ki Avstriyada pulsuz Ingilis dilinde tehsilimi 4 cu kursda davam etdire bilerem.

Salam, Ümumiyyətlə Alman və Avstriya universitetlərinə transfer mümkün deyil. Bakalavr sıfırdan oxuya bilərsiniz. Amma transfer olmayacaq. İkincisi Avstriya pulsuz deyil. İllik təhsil haqqı 1500 avroya yaxındır xaricilər üçün.

salam avstryada almanca oxumaq ucun hansi seviyye lazimdi?

Salam, Ən azı B2 səviyyəsi lazımdır amma çoxları b1 və ya c1 istəyəcək. Hazırlaşıb imtahan verməlisiniz.

salam. avstriyada magistr tehsil almaq uchun ne qeder mebleqlik telebe hesabi açmaq lazimdir bankda? umumiyyetle serfeli olkeler hansilardir maddi cehetden?

Salam. Bank hesabında təhsil haqqı və yaşayış xərcini əhatə edəcək qədər pul hesabı olmalıdır. Amma ki, magistr təhsili üçün artıq Avstriyaya gecikmisiniz çünki oranın vizası 6 ay çəkir. İELTS sertifikatı və büdcəniz varsa, Böyük Britaniyanı məsləhət görərdik.

salam. memarliq ve ya dizayn ixtisasi uzre Avstriyada 1 ayliq kurs kecmek isteyirem. bele bir proqram var?

Təssüflər olsun ki, belə bir proqramımız yoxdur.

Salam.Men Avstriyanin Vyana universitetinde magistur tehsili almaq isteyirem komputer muhendisi uzre.Mene komeklik ede bilersiniz?Birde tehsil haqqi ne qederdi?Mumkunse tez cavablandurun

Salam, Vyanada oxumaq üçün gərək bakalavr qiymətləriniz yaxşı olsun. IELTS balınız olsun. İllik təhsil normalda 1500 avroya yaxın olur amma konkret ixtisasa görə də dəyişir.

Salam. Mən AZMİU’da oxuyuram. 2ci kursu bitirəcəm. İnşaat mühəndisliyidir. mən Avstryada oxuduğum ixtisas üzrə bakalavr oxuya bilərəm? bir də pulludur yoxsa pulsuz.

Salam, Bəli Avstriyada oxuya bilərsiniz. Amma sizin ixtisasınızın ingiliscə olması önəmlidir. Avstriyada az az ixtisaslar ingiliscədir. Zəhmət olmasa bizim ofisə yaxınlaşın. Əlaqə bölməsindən xaricdə təhsil olan şöbələrə baxın. Biz sizə ixtisas tapmaq da kömək edək. Avstriyada bütün universitetlər illik 1500 avroya yaxındır xaricilər üçün. Qalan xərclər sadəcə yaşayışdır.

Salam. avstryada bakalavr uzre en ucuz tehsil haqqi ne qederdir meselen komputer ixtisasi uzre? ilets ve ya toefl bali ile qebul mumkundurmu

Salam. Avstriyada dövlət universitetlərində illik təhsil haqqı 400-500 avrodur. Amma ilk öncə gərək Azərbaycanda ali məktəbə daxil olasan. Attestatla birbaşa oxumaq mümkün deyil. İELTS 6.0-6.5 balına ehtiyac olacaq.

Avstriyada BAKALAVR tehsili haqqinda etrafli melumat vere bilersiz? sertleri cox sadedir . bu o demekdir ki tehsil seviyyesi asagidir? hansi yaxsidir? Latviyada yoxsa Avstriyada tehsil ?birde qebul olmaq ucun hokman TQDK imtahani vermek lazimdir?

Avstriyada bakalavr təhsili üçün mütləq TQDK balınız olmalıdır və viza işi 6 ay çəkir. Deməzdim ki, şərtləri sadədir. Avstriya universitetlərində İngiliscə problem elə də çox deyil. Əgər bu il birbaşa bakalavra getmək və keyfiyyətli təhsil istəyirsinizsə məncə Hollandiya və ya Macarıstan variantı daha optimaldır.

salam men hal hazirda bakalavr tehsili aliram ve son kursam.turizm uzre avstryada magistr pillesi uzre tehsil almagim mumkundurmu.ve ne etmeliyem?

Salam. Avstriyada bir neçə universitet turizm proqramı var. Amma ortalama balınız yüksək olsun və IELTS balınız olsun. Avstriya tələbə vizası 6 aya kimi çəkə bilir və bunu nəzərə almalısınız.

salam. men filologiya fakültesinde oxumuşam. Men Avstriyada iqtiasiyyat üzre tehsil ala bilerem?

Salam. Əgər filologiya ixtisasını bitirmisinizsə, Avstriyada bakalavr dərəcəsini iqtisadiyyat üzrə oxuya bilərsiniz. Amma Magistr dərəcəsini iqtisadiyyat üzrə götürə bilməzsiniz, çünki bakalavr ixtisasınızla bağlılığı çox aşağıdır. Böyük Britaniyada iqtisadiyyat üzrə oxuya bilərsiniz, amma bunun üçün bir il orada pre-master dərsləri götürməlisiniz ki, magistr təhsili başlayan zaman müəyyən baza dərslərini görə biləsiniz.

Salam ielts balim 6.5 dir.Avstriyada pulsuz tehsil ala bilerem truzim ixtisasi uzre.hal hazirda bakalaviram

Salam. Bəli, İELTS 6.5 balı ilə Avstriyada təhsil ala bilərsiniz. Amma indidən müraciət etməyiniz məsləhətdir. Deadline-lara az qalıb və Avstriyanın viza işi uzun çəkir.

Salam.Men hal-hazirda Adiu-da Bakalavr tehsil aliram.Isteyiremki Avstriyada Magistr tehsil alam.Vyana universitetinde azerbaycan telebeler ucun pulsuzdur?ve nece ielts lazimdir?

Salam. Dövlət Universitetlərində bütün vətəndaşlar üçün illik 750-1500 avrodur. İELTS 6.0-6.5 lazımdır.

Salam, Avstriyada psixologiya ucun magistr proqramlari varmi? bunun ucun alman dili uzre bilik hansi seviyyede olmalidi? ve imtahan prosesi nece olur?

Salam. Avstiyada psixologiya oxumaq üçün B2 səviyyəsində alman diliniz olmalıdır. Ondan sonra Avstriya Universitetlərinə baş vura bilərsiniz.

salam sizden tarix(magistr) uzre avstriyada tehsil haqqinda maraqlanmisdim amma avstriyada tarix uzre kifayet qeder universitetlerin olmadigini dediniz.Bes sosialogiya,huquq,politalogiya bu ixtisaslardan birinden hansindan daha cox ingilisce (Avstriyada) pulsuz ya da ucuz tehsil almaq sansim var?Bakalavr ile maraqlaniram.

Avstriyada siz sadaladığınız sahələr üzrə pulsuz və ya ucuz universitetlər çox azdır. Avstriyada əsasən biznes, kompyuter sahələridir.

salam.Avstryada pulsuz ya ucuz tehsil yalniz alman dilinde tedrise aiddir?Ingilisce ucuz tehsil ala bilmerem? Tarix(bakalavr) maraqlaniram.Bura da 3-cu kursdayam.

Salam. Avstriyanın dövlət universitetlərində həm alman, həm də ingiliscə təhsil pulsuzdur. Lakin tarix üzrə bakalavr Avstriyada yoxdur. Ucuz təhsil üçün Macarıstana, Polşa və Latviyaya üz tuta bilərsiniz. Amma orada da seçim çox da geniş deyil. Böyük Britaniyanı büdcənizə uyğun olmadığına görə məsləhət görmürəm.

hal hazırda 11 ci sinifdə oxuyuram .Mən Avstriada təhsillə maraqlanıram. İelts balım 5 dir. Avstria dövlət universitetlərinin birində təhsil almaq istəyirəm.Mən biznes ekanomika idarə etmə ilə maraqlanıram.Siz mənə hansı köməyi göstərə bilərsiniz?

Salam. Avstriyada təhsil almaq üçün gərək Azərbaycanda bir il bakalavr oxuyasınız və ondan sonra Avstriya universitetlərinə müraciət edə bilərsiniz. Attestatla birbaşa Kanada və Hollandiya qəbul olmaq üçün İELTS 6.0-6.5 yığmalısınız. İELTS 5.0 balla Macarıstan və Pribaltika ölkələrinə (Latviya) qəbul ola bilərsiniz. İELTS-nizi qaldıra bilsəniz (6.0-6.5) və büdcəniz varsa (illik təhsil haqqı 8000 avrodan başlayır) , bizim İçərişəhər ofisimizə müraciət etməklə sizi Kanada və Hollandiyaya qəbul etdirə bilərik. İELTS 5.0 və büdcəniz bir az aşağıdırsa (illik təhsil haqqı 2000 manatdan başlayır) Macarıstan və ya Latviyaya qəbul işinə başlaya bilərik.

 

 

103 thoughts on “Avstriyada Təhsil İlə bağlı Sual və Cavablar”

  1. Salam. Mənim bakalavr təhsilim alman dili müəllimliyidir. Magistrı isə biznes və idarəçilik istəyiirəm-mba. Hansı universiteti məsləhət bilirsiniz mba üçün Avstriyada? Öncədən təşəkkürlər.

  2. Salam.men Almaniyada komputer muhendisliyin oxumaq isteyirem 15 yasindayam hansi tehsil sistemi ile hazirlasib rahat bir sekilde almaniyada mutexesis ola bilerem

  3. Salam. BSU-da bakalavr tehsili aliram(xarici dil muellloyi- alman dili üzre), men Avstriada bu uzre maqistratura oxuya bilerem?

  4. Salam.Avstriyada dish hekimliyi tehsili almaq ucun ne teleb olunur?SAT ve TOEFL sertifikatlari ile qebul olmaq olarmi?ve ya bashqa telebler var?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next