Avstraliyada Təhsil

Avstraliya inkişaf səviyyəsi, iqtisadiyyatın rifahı və təhsil keyfiyyəti ilə son zamanların ən çox diqqət çəkən ölkələri arasında yer almaqdadır. Bununla yanaşı zəngin mədəniyyətə sahib olan bu ölkədə təhsil almaq sizi hər anlamda inkişaf etdirəcək.  Əgər  Avstraliyaya təhsil almaq məqsədi ilə  getməyi planlayırsızsa, ilk öncə ölkənin təhsil sisteminin necə olduğunu bilməlisiniz.

Avstraliyada universitetlərin ümumi  quruluşu

  • Avstraliyada bakalavr təhsili bir çox sahədə 3- 4 il davam edir.
  • Tələbələrin müraciət edəcəkləri universitetə, İngilis dili səviyyəsinə və akademik göstəricilərinə görə bakalavr təhsilindən öncə foundation, yəni hazırlıq təhsili almaları lazım ola bilər.
  • Avstraliyada təhsil ili Şimal yarımkürədən fərqli olaraq fevralda başlayıb dekabr ayında qurtarır. Bir çox proqramın həm 1-ci semestrdə, yəni fevral ayında, həm də 2-ci semestrdə, yəni sentyabrda qəbulu olur.

Foundation proqramları bakalavr proqramları üçün ön hazırlıq olaraq təşkil olunub. Bir il davam edən bu təhsil, Avstraliya təhsil sistemi haqqında beynəlxalq tələbələrə bilgi və bacarıqlar qazandırmaqdadır. Tələbələr bakalavr təhsillərini hansı ixtisas üzrə almaq istəsələr həmin ixtisasın giriş dərslərinin verildiyi foundation proqramını seçə bilər. Bu proqramlarda İngils dili ilə paralel tələbələrə 4 və ya 6 dərs keçirilməkdədir və tələbələr bu dərslərin qiymətlərinə əsasən uiversitetdə fakültələrinə davam etməkdədir. Məsələn, menecment oxuyacaq tələbə menecment hazırlıq proqramını, mühəndislik üzrə təhsil almaq istəyən tələbə isə kimya, biologiya və ya mühəndislik hazırlıq təhsilini seçməlidir. Foundation proqramlarına qəbul üçün tələbələrin attestat qiymətlərinin çox yüksək olması şərt deyil amma bəlli bir səviyyədə İngilis dili bilgisi olmalıdır.

Xərclər

İllik akademik təhsil xərcləri16.000- 35.000 AU$ arasında dəyişir.Amma MBA kimi bəzi spesifik proqramlarda xarclər daha yüksək, bəzi kollec proqramlarında xərclər isə daha aşağıdır. Tələbələrin təhsil ödənişlərini hər semestr ödəmələri mümkündür.Yaşam xərcləri üçün isə gedəcəyiniz şəhər və sizin standartlarınıza görə illik xərclər 12.000- 18.000 AU$ olaraq dəyişir. Tələbə vizası ilə həftədə 20 saat, tətil vaxtlarında isə tam gün iş icazəsi verir. İş icazəsi təhsil almağa başladıqdan sonra qüvvəyə minir.

Əmək haqqı nə qədər olacaq? deyə soruşulan ortaq sual var ki, cavabı: Ümumilikdə restoranlarda saatlıq əmək haqqı 12- 20 $ arasında dəyişir, amma reseption ya da ofis işləri tapan tələbələr də mövcuddur. Avtraliyada bakalavr təhsili nəzəriyyədən əlavə praktiki təcrübə də verir. Həmçinin Macquarie Universitetində dərsdən çıxan tələbələr girdikləri dərsin səsyazmasını və təqdimatlarını dərhal internetdən yükləyib təkrar dinləyə bilər və ya kitabxanadan həmin dərsin DVD-ni istəyə bilər. Universitetdə tədris planına əsasən, tələbələr istədikləri sahəni seçdikdən sonra dərs seçimləri mövzusunda demək olar ki, sərbəstdirlər. Bunun sayəsində istədiyiniz sahədə ixtisaslaşma seçiminə sahib ola bilərsiniz. Bir çox Avstraliya Universiteti tələbələrə kampus içində və ya distant təhsil imkanı yaradır. Burada Tibb, Elm Texnologiyası, Media və Sənət kimi bir çox sahədə təhsil alma imkanı vardır.

 

Universitetlərlə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

elgunk12.sg-host.com

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

12 thoughts on “Avstraliyada Təhsil”

  1. Salam. Men magistr tehsilini Avstraliyada almaq isteyirem. Mumkundur odenishsiz qebul olmaq universitete ( Melburn Universiteti )ve yaxud teqaud vasitesi ile. Hal hazirda bakalavr pillesindeyem,3 kurs telebesiyem. Onceden teshekkur edirem.

    1. Salam. Əgər nəticələr yüksək olsa endirim ala bilərsiniz. Təqaüd üçün müraciət edə bilərsiniz, amma təqaüd alacağınıza qarantiya verilmir.

  2. salam menim 25 yasim var.Azerbaycan Texniki Universitetinin mexanika muhendisliyi ixtisasini bitirmisem.men ikinci defe Avstraliyada bakalavr tehsili ala bilerem
    IT sahesi uzre?

  3. Salam, Avstraliyada iqtisadiyyat üzrə təqaüdlə maqistr təhsili almaq mümkündür mü ? Əgər mümkündürsə hansı göstəricilər olsa, rahatlıqla qəbul almaq olar? Təqaüd tam yoxsa müəyyən qismi əhatə edir ödənişin?

    1. Salam. Rahat təqaüd yoxdur. Hər universitet özü təqaüd verir və şərtləri ayrı olur. Məsələn yüksək IELTS, diplomun qiyməti və əlavə iş təcrübəsi və ya bacarıqlar nə qədər yüksək olarsa o qədər şansınız çoxdur.

  4. Salam oglum 10cu sinifdə oxuyur onu avstriyada oxutdurmaq isteyirem hansı hazırlıq kurslarına göndere bilerem indidən necə hazırlayım

  5. Salam.Men Anar Mammadov.35 yasim var.Iqtisad Universitetinin mezunuyam.Dovlet sektorunda calisiram.
    Avstraliya kolleclerinden birine qebul proqrami ve odenis barede bilgi elde etmek isteyirem!
    Ilk onceden tesekkur edirem!

    1. Salam. Bu yaşda kollecə getmək miqrasiya anlamına gəlir. Normalda 15-20 min dollardır ama vizanız kəsin geri dönəcək. Siz mastere gedin.

  6. Salam hər vaxtınız xeyir, ödənişsiz təhsil almaq mümkündür mü? İngilis dili ən az hansı səviyyədə olmalıdır ki universitetlərə qəbul mümkün olsun?
    Öncədən təşəkkür edirəm

    1. Salam. Bakalavr yoxsa magistr? mümkündür əgər program ingilis dilində varsa. ama attestatla bir başa qəbul sadəcə özəllərədir

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next