Avropa qiymətləri ilə Amerikan təhsili alın!

Rochester Texnologiya İnstitutu Amerikanın ən böyük özəl universitetlərindən biridir. Əsas mərkəzi Amerikada yerləşən Rochester texnologiya institutunun ümumilikdə Çin, Xorvatiya və Kosovo da daxil olmaq üzrə 4 fərqli ölkədə kampüsü var. Amerikadaki özəl universitetlər arasında elm, texnologiya, mühəndislik və riyaziyyat dördlüyü (STEM) üzrə ən yaxşı bakalavr təhsili verən 3-cü universitet kimi seçilib. Son üç ilin göstəricilərinə əsasən 95% məzununun bitirdikdən sonraki 6 ay müddətdə iş tapdığı hesablanıb. İndiyə kimi 100-dən artıq müxtəlif millətin nümayəndəsinə təhsil verən universitetin təxminən 19.000 tələbəsi və 135.000 məzunu var.

Rochester texnologiya institutunun Xorvatiyada paytaxt Zagreb və Dubrovnik olmaqla 2 müxtəlif şəhərdə kampüsü var. Hər iki kampüsdə təklif edilən bütün ixtisaslar tamamilə ingilis dilində keçirilir.

Təhsil müddətini uğurla başa vurmuş tələbələr sonda həm iki Xorvatiya dərəcəsi ilə (Avropa və Boloniya) və həm də Amerikan diplomu ilə təltif edilir. Xorvatiyadaki Rochesterdə tələbələrə beynəlxalq biznes, qonaqlama və turizm menecmenti, informasiya texnologiyaları kimi bakalavr, informasiya texnologiyaları və servis idarəçiliyi və innovasiyalar ixtisaslarında isə magistr təhsili təklif olunur.

Xorvatiyadaki Rochester İnstitutunda təhsil almağın tələbələr üçün bir neçə üstünlüyü var. Universitetin bütün mərkəzlərində vahid kurikulumdan istifadə edilir. Bu sayədə tələbələr Avropada əsl Amerikan təhsili alırlar. Tələbələr üçün ən böyük üstünlük isə odur ki, Amerika standartlarındaki təhsil orta Avropa qiymət standartları çərçivəsində əldə edilir.

Burada illik təhsil haqqı təqribən 7000 avro dəyərindədir, bundan əlavə tələbələrə müxtəlif təqaüd və maddi dəstək də mövcuddur.

Bütün sadalananlarla yanaşı Xorvatiya Rochesterdə oxumağın digər bir üstünlüyü tələbələrin eyni təhsil haqqı ilə universitetin digər 3 ölkədəki kampüsündə təhsillərini 2 semesterlik davam etdirə bilərlər. Həmçinin, bütünlükdə universitetin Amerika kampüsünə transfer oluna bilərlər. Bu şərt daxilində bütün dərs kreditləri asanlıqla kampüslər arası transfer edilsə də, tam transfer zamanı ödəniş fərqləri mümkündür.

Təhsil ingilis dilində olduğu üçün qəbul zamanı ingilis dili biliyi tələb edilir.

Xanım Xəlilova

CELT Colleges Xətai

xanim@celt.az

012-496-45-76

050-588-15-18

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next