“Anam mənə bizim yeməkləri bişirməyi skype vasitəsi ilə öyrədir”

1. Özünüz haqda qısa məlumat verin, zəhmət olmazsa.

1992-ci il mayın 10-da Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin biznes inzibatçılığı fakültəsinə qəbul oldum. 2012-ci ildə Azərbaycandakı təhsilimi dayandıraraq dövlət proqramı ilə Avstraliyanın La Trobe Universitetində təhsil almağa başladım. Hazırda bakalavr pilləsinin 3-cu kursunda oxuyuram.

2. Xaricdə oxumaq qərarına necə gəldiniz?

Məktəb illərindən başlayaraq valideynlərim məni xaricdə təhsil alan bir tələbə kimi görmək istəyirdilər. Onların mənə göstərdikləri ehtiram və inam nəticəsində qərara gəldim ki, məndə gələcəkdə xaricdə təhsil alacam. Universitetə qəbul olduqdan sonra Bakıda təşkil olunan bir sıra təhsil sərgilərində iştirak etdim və bu mənim əsas məqsədimə çevrildi.

3. Adətən bizim ailələr uşaqları gözlərindən kənar qoymur. Ailəniz sizin xaricdə təhsil almaq istəyinizi necə qarşıladı?

Səmimi olaraq bildirim ki, hər iki valideynim mənə inanır və dəstək olurdu. Ancaq anam Avstraliyaya gəlməyimə daha çox narahat olurdu. Məsafənin uzaq olmasından və məni tez-tez görə bilməyəcəyindən şikayətlənirdi. Atam isə bu barədə daha çox sakit davranırdı.

4. Niyə məhz Avstraliya?

Avstraliya dünyanın ən qabaqcıl təhsil sistemi olan ölkələrindən biridir. Xüsusilə mühasibat sahəsində bu ölkənin universitetlərinin əksəriyyəti, eləcə də mənim təhsil aldığım La Trobe Universiteti dünya universitetlərinin sıralamasında ilk yüzlükdədir. Ölkə dilinin məhz ingilis dili olması və müxtəlif etnik qrupların mövcudluğu bu ölkəni seçməyimə səbəb oldu.

5. Fərqli ölkə, fərqli insanlar, fərqli cəmiyyət…Öyrəşmək çətin oldu?

Təbii ki, ilk dəfə ailəmdən bu qədər uzaq məsafədə olduğum üçün öyrəşmək bir az çətin oldu. Ancaq mən həm ailəmlə və dostlarımla tez-tez əlaqə saxladığım üçün, həm də yeni mühitə tez öyrəşən biri olduğuma görə mən buna yeni bir təcrübə kimi yanaşdım. Çox qısa bir müddətdə müxtəlif millətlərdən çoxlu dostlar qazandım. Həmçinin mənim üçün yeni olan bir cəmiyyətin mədəniyyət və mentalitetini qəbul edib hörmətlə yanaşmağı öyrəndim. Ancaq nə qədər hörmətlə yanaşsam da, öz prinsiplərimi üstün tutub bir azərbaycanlı olaraq qalmağı özümə borc bilirəm.

6. Ümumiyyətlə, əsas çətinliklərin nələr olur?

Düzünü desəm, elə nəzərə çarpacaq çətinliklərim olmayıb. Amma yemək bişirmək problemi və fərqli mədəniyyətlərdən irəli gələn fərqli düşüncə tərzləri ilk başlarda çətinliklər yaradırdı. İlk gəldiyimdə Avstraliyanın yeməklərinə öyrəşə bilmirdim və özüm bişirməyə çalışırdım. Müəyyən vaxtdan sonra yavaş-yavaş uyğunlaşmağa başladım. Bəzən hazır alıram, bəzən isə özüm bişirirəm.

7. Problemlərin həlli üçün kimlərəsə müraciət edirsən?

Əlbəttə. Dərslə bağlı problemlərim olduqda müəllimlərə və digər çətin məsələlərdə azərbaycanlı tələbələrə müraciət edirəm.

8. Avstraliya və Azərbaycan təhsili arasında nə kimi fərqlər var?

Etiraf etməliyəm ki, Avstraliya təhsil sistemi Azərbaycan təhsil sistemindən müqayise edilməyəcək dərəcədə çox fərqlidir. Burda təhsil aldığım müddətdə bizim təhsil sistemimizdə olan boşluqların nə qədər çox olduğunu gördüm. Ən əsas fərqlərindən biri tələbələrin təhsilə göstərdiyi böyük maraq və oxumaq üçün yaradılan yüksək səviyyəli şəraitdir.

9. Azərbaycanlılara münasibət necədir?

İlk zamanlar Azərbaycan deyəndə çoxu tanımırdı, daha sonradan Şərqi Avropa deyəndə başa düsürdülər. Avstraliyalılarda sevdiyim bir başqa xüsusiyyət də başqalarını doğulduğu ölkəyə görə qiymətləndirmirlər.

10. Məlumdur ki, xaricə gedəndə çətinlik çəkdiyimiz məsələlərdən biri və birincisi yeməklə bağlı olur. Sizin yeməklə bağlı nə kimi probleminiz oldu?

Azərbaycan yeməklərini ürəyiniz istəyəndə nə edirdiniz?

Avstraliyaya gələndə yemək bişirmək bacarığım demək olar ki, yox idi. Bizim yeməkləri bişirməyi ya anam mənə skype vasitəsilə izah edirdi ya da özüm youtube-da hər hansı yeməyin bişirilmə qaydasını izləyirdim. Bir müddətdən sonra burda bir Azərbaycan restoranının olduğunu bildim.Vaxtaşırı dostlarımla ora bizim yeməkləri yeməyə gedirdik.

11. Bəzən tələbələr xaricdə həm təhsil alır, həm işləyir. Sizin işləmək imkanınız oldu?

Avstraliyaya ilk gəldiyimdə çalışırdım ki, daha çox dərslərimə fikir verim. Ancaq Sidney bahalı şəhərlərdən biri olduğuna görə və həmçinin xərclərin çox olması məni işləmək məcburiyyətində qoydu. Nəticədə müxtəlif işlərdə çalışdım. Hal-hazırda bir şirkətdə öz ixtisasım üzrə staj kecirəm.

12. Heç xarici vətəndaşla ailə qurmağı düşündünüz?

Tam səmimi deyirəm ki, elə bir düşüncəyə qapıldığım an olmayıb. Amma nə yalan deyim bunu normal qəbul edirəm. Yəni gələcəkdə belə bir vəziyyətlə qarşılaşsam cavabım müsbət olar. Onuda bildirim ki, burdaki ailələr bizim qədər ailəcanlı olmurlar.

13. Seçdiyiniz ölkənin tələbələri ilə Azərbaycandakı tələbələrin həyat tərzləri arasinda nə kimi fərqlər var?

Çox təəssüf ki, Azərbaycandakı tələbələrlə Avstraliyadakı tələbələr arasında fərqlər çoxdu. Burdakı tələbələr daha sərbəst, təhsilə diqqət ayıran və fərqli düşüncələrə malikdirlər.Sosial həyat anlayışları bizim tələbələrinkindən fərqlidi. Başqa sözlə desək bütün əziyyətləri özləri çəkirlər.

14. Xaricdə təhsil alan bir tələbə kimi necə düşünürsən, azərbaycanlı gənclərin xaricdə təhsil almasına ehtiyac varmı? Bu Azərbaycanın gələcəyinə nə verir?

Əlbətdə ki, azərbaycanlı tələbələrin xaricdə təhsil almasına ehtiyac var. Xaricdə təhsil tələbələrə cəmiyyət içərisində fərqlənmək imkanı, ali savad və gələcək üçün geniş karyera imkanları verir. Bundan başqa, düşüncə tərzlərində olan dəyişikliklər və gördükləri fərqli mədəniyyətlər dünyagörüşlərində bir sıra müxtəlifliklər yaratdır.

15. Xaricidə oxumaq istəyən tələbələrə nə kimi məsləhətləriniz var?

Xaricdə təhsil almaq istəyən tələbələrə məsləhətlərim odurki, çalışsınlar daha çox texniki və hal-hazırda qlobal dünyada vacib olan ixtisaslar secsinlər. Ingilis dili və riyaziyyatla mütəmadi şekildə məşqul olsunlar.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next