Amerikada Təqaüdlər

Bu dəfəki blogumuz dünyanın ən güclü təhsil sisteminə malik olan Amerikada pulsuz təhsillə bağlıdır. Amerikada pulsuz təhsildən yararlanmaq istəyən beynəlxalq tələbələr üçün xüsusi təqaüd proqramları təklif edilir. Təqaüdlər bakalavr və magistr təhsili üçün keçərlidir. Bu Təqaüdlər 2 yerə bölünür :

              • Amerika Dövlətinin təqdim etdiyi təqaüd proqramları
              • Amerika Universitetlərinin təqdim etdiyi təqaüd Proqramları

Bir çoxlarımızın haqqında eşitdiyi Foreign Fullbright Proqramı:

Bu Proqram Amerika Dövləti tərəfindən magistr və doktorluğu oxumaq istəyən tələbələr  üçün təqaüd proqramıdır. Təqaüdə illik təhsil haqqı, yaşayış və gediş-gəliş xərci daxildir. Proqramma dünyanın bir çox ölkələrindən, həmçinin Azərbaycanlı tələbələrdə müraciət edə bilər. Ümumilikdə hər il 1800 tələbə bu təqaüdü qazanır. Son müraciət tarixi 15 İyul 2014

Tələblər bağlı :

FullBright

American University Schoolarship:

Bu təqaüd Proqrammı Amerikan Universitetinə Attestatla qəbul olmaq istəyənlər üçün nəzərdə tutulub. Belə ki, proqrama qoşulmaq üçün tələbənin Attestat qiymətləri minimum 4 olmalıdır. IELTS 6.5 və ya TOEFL 90 olmalıdır. Təqaüdə yol pulu və sağlamlıq sığortası istisna olmaqla, illik təhsil haqqı, yaşayış və yemək xərcləri daxildir. Dərslər Avqust ayında başlayır. Son müraciət tarixi 15 Yanvar 2014

Tələblərlər bağlı :

American University

Berea Colleges :

Bu təqaüd proqramı 4 illik bakalavr təhsilini əhatə edir. Proqramma 4 illik təhsil haqqı, əksər hallarda yaşayış və qalmaq xərcləridə daxil olur. Tələblərə Attestat qiymətləri minimum 3.5 olmalıdır, IELTS nəticə bütün bölmələrdən 5.0 olmalıdır.  Müraciət üçün son tarix  15 Yanvar 2014

Tələblərlə bağlı :

Berea Colleges

P.S : Növbəti yazılarımızda biz daha çox təqaüdlər barədə sizlərə məlumat verəcəyik

76 thoughts on “Amerikada Təqaüdlər”

  1. Salam qizim 9 cu v ə11 illiyi qirmizi atestatla bitirib və Tibb unidə 2 kursda oxuyur Amerikada Tibbi tam teqaudlu oxuya bilərmi SAT1 və SAT2 verse və biz nə etməliyik hara muraciət edə bilərik əvvəlcədən təşəkkür edirəm

  2. Salam. 11-ci sinfi bitirdikdən sonra Bakalavr dərəcəsi üzrə Amerikada tibb təhsili almaq olarmı? Yəni, təqaüd necə ala bilərəm? Kimə müraciət edim? Qırmızı attestat və qızıl medalımın orda önəmi varmı?

    Bu suallara cavab versəniz, çox sevinərəm. Öncədən təşəkkürlər…

  3. Salam.Amerikada təhsil üçün dərs programlarından alınan sertifikaların önəmi nə dərəcədə vacibdir və kənar təlimlərin ?