Amerikada Təhsil – University of South Florida

CELT Colleges xaricdə təhsil işçiləri olaraq çalışırıq ki, əməkdaşlıq etdiyimiz xarici universitetlərə baş çəkərək onların akademik və tələbə həyatı ilə yaxından tanış olub tələbələrimizə və izləyicilərimizə ətraflı məlumat verə bilək. Bundan öncəki səfərlərim Almaniyanın IUBH Business universitetinə və Macarıstanın Szeged Universitetinə olmuşdur. Bir neçə gün öncə isə səfərim ABŞ-ın Florida ştatında yerləşən və yüksək reytinqə malik South Florida Universitetinə oldu.

İlk öncə South Florida Universitetinin yerləşdiyi Tampa şəhərindən danışım. Gəlin etiraf edək ki, tələbə və valideynlərə universitetin nüfuzu və təhsil səviyyəsi qədər yerləşdiyi şəhərin iqtisadi və sosial rifahı da çox önəmlidir. Tampa şəhəri Meksika körfəzinin yaxınlığında yerləşən Tampa körfəzinin sahilində yerləşir. Tampa şəhəri əhali sayına görə Florida ştatında Jacksonville və Miamidən sonra 3-cü ən böyük şəhərdir; təqribən 350 min insan burada məskunlaşmışdır. Tampa Bay Area adlanan Tampa şəhəri və qonşu qəsəbələrin cəmləşdiyi ərazidə isə cəmi 4 milyon yarım insan yaşayır.  Şəhər iqtisadi cəhətdən kifayət qədər inkişaf etmişdir. Bir neçə böyük korporasiyanın, əsasən də bank və telekommunikasiya şirkətlərinin regional ofisi Tampa şəhərində yerləşir. Bundan başqa Fortune 1000-ə daxil olan OSI Restauran Partners, Welcare, TECO Energy və Raymond James Financial kimi böyük şirkətlərin baş ofisi də məhz buradadır.

       

Turizm və mədəniyyətə gəldikdə isə, şəhər bir neçə teatr, muzey və böyük parklara ev sahibliyi edir. Tampa şəhərində Tampa teatrı, Qorilla teatrı və Midflordia Credit Union amfiteatrı fəaliyyət göstərir. Muzeylərdən Elm və Sənaye muzeyi,  Tampa İncəsənət muzeyi, Tampa Bay Tarix mərkəzini misal çəkmək olar. Bundan başqa təkcə şəhərin özündə 165 park var; сəmi ərazisi 10 kv.km-ə yaxındır. Ətraf ərazidəki parkları da toplasaq 280 kv.km ərazi şəhərli və turistlərin ixtiyarındadır. Tampa şəhərində Busch Gardens kimi tanınan safari parkı fəaliyyət göstərir. Bundan başqa Lowry Park Zoo və Florida Aquarium müxtəlif heyvan növləri ilə turistləri sevindirə bilirlər.

Tampa Bay ərazisi idman sahəsində xüsusilə güclüdür. Ən mötəbər xokkey liqası olan NHL liqasında çıxış edən Tampa Bay Lightning və NFL (ən yüksək futbol liqası) liqasında oyun göstərən Tampa Bay Buccaneers məhz bu şəhərin məhsuludur.

        

Qısaca USF kimi tanınan University of South Florida 48 min tələbə sayı ilə Florida ştatının 4-cü ən böyük universitetidir və kampusunun ərazisi də kifayət qədər böyükdür (7.7 kv.km). Bu əraziyə universitetin tədris və araşdırma binaları, teatrı, yataqxana və yeməkxanaları, idman zalları, böyük stadionu, idman meydançaları və inzibati binaları daxildir. Aşağıda çəkdiyim şəkil böyük kampusun sadəcə bir hissəsəsidir. Kampusun bir başından o biri başına piyada necə gedəcəyinizi dərd etməyin; universitetin şəxsi və tələbələrə pulsuz xidmət göstərən “Bull Runner” adlı 6 ədəd avtobusu sizi istədiyiniz ünvana çatdıracaq.

       

Tələbələrin ən çox maraqlandığı Muma Biznes Fakültəsi və Mühəndislik Fakültəsinin binalarında olduq. Biznes fakültəsinin girişində yerləşdirilmiş böyük elektron paneldə ən son iqtisadi xəbərlər, böyük şirkətlərin hissə sənədləri, neft və qızılın cari qiyməti ilə tanış olacaqsınız. Ümumiyyətlə universitet iqtisadiyyat və bizneslə əlaqəli sahələrə böyük önəm verir və fakültənin müəllimlərinin əksəriyyət biznes, marketinq və mühasibatlıq sahəsində çalışan peşəkarlardır. Universitetə tez-tez qonaq qismində böyük şirkət sahibləri gələrək tələbələrlə öz təcrübələrini paylaşır, suallarını cavablandırırlar. Məsələn fevral ayının 20-si 2018-ci ildə Apple şirkətinin həm-təsisçisi Steve Wozniak tələbələrlə görüşə gələcək və bu kimi görüşlər hər ay bir neçə dəfə təşkil olunur.

     

 

Universitet kimya, inşaat mühəndisliyi, kompyuter elmləri, kompyuter mühəndisliyi, informasiya texnologiyaları, elektrik, sənayə, tibbi biologiya və mexanika mühəndisliyi kimi bir sıra bakalavr və magistr proqramlarını təklif edir. Mühəndislik fakültəsinin üç böyük binası vardır və hər bir binası ən son texnoloji ləvazimatlarla təchiz olunmuşdur: 3D printerlər, simulyatorlar, laboratoriyalar və s. Eyni zamanda, ortaq marağa sahib mühəndislər öz klublarını yaradaraq müxtəlif beynəlxalq yarışlara, müsabiqələrə qatılırlar. Universitetin kampusu ilə tanış olduğumuz ərəfədə “USF Racing Team” klubunun ərsəyə gətirdiyi məhsullarla tanış olduq. Klub mexanika mühəndisliyinin tələbələri tərəfindən yaradılmış və yarış maşınları sənayəsində çalışmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.

      

Bundan başqa universitetin yeməkxanası və yataqxanasına da baş çəkdik. Univeristetin kampusunda 34 yataqxana var və 5000-dən çox tələbə burada yaşayır. Müxtəlif yataqxana seçimləri mövcuddur; mənzil-tipli, yalnız qızlar üçün, magistr tələbələr üçün, 2 nəfərlik tələbə otaqları və s. Hər yataqxanada ən azı bir nümayəndə tələbələrin təhlükəsizliyinə nəzarət edir və sorğularını qəbul edir.  Universitetin kampusunda 24 yeməkxana fəaliyyət göstərir; burada demək olar ki, hər millətin ağız dadına və tələblərinə uyğun yeməklər bişirilir: çin, meksikan mətbəxi, halal və vegetarian yeməklər, qlutensiz menyular və s. Həmçinin kampusda şəbəkə restoranlardan Papa John’s, Subway və Starbucks fəaliyyət göstərir.

     

Bununla yanaşı universitet tələbələri tamamilə ödənişsiz əsaslarla fitness zalları, basketbol və volleybol zalları, üzgüçülük hovuzundan istifadə edə bilərlər. Fitnes zalları yataqxananın lap yaxınlığında yerləşdiyindən uzun yol qət etmək lazım gəlməyəcək. Tampa şəhərində hava həmişə isti olduğundan tələbələr fitnes zalının həyətində açıq havada hovuzda çimə bilərlər.

     

Tələbə və valideynləri ən çox maraqlandıran xüsusiyyətlərdən biri də universitetin beynəlxalq aləmdəki reytinqidir. Universitet müxtəlif reytinq cədvəllərində müəyyən göstəricilərinə görə davamlı olaraq ABŞ-ın 100 ən yaxşı təhsil müəssisəsi içində yer ala bilmişdir. Bundan başqa patentlərinin sayına görə Amerikada 5-ci, dünyada isə 11-ci siradadır (Intellectual Property Owners Association/NAI (2016)). Araşdırmalara xərclənən vəsaitə görə ABŞ-da 45-ci yerdədir; bu da universitetin araşdırmaya və təkmilləşdirməyə böyük investisiya ayırmasının göstəricisidir. Bunun məntiqi nəticəsi olaraq təkcə 2016-cı ildə universitet 500 milyon dollar həcmində qrantla və müqavilələrlə mükafatlandırılmışdır.

      

Son olaraq qeyd edim ki, universitetdən yüksək fikirlərlə ayrıldım. South Florida Universiteti ən son texnologiya və innovativ tədris metodlarından istifadə etməklə tələbələri keyfiyyətli tədrislə təmin edir. Universitetin kampusunda olduğum 2 gün ərzində yaşadığım təcrübəni və əldə etdiyim məlumatları qısa şəkildə də olsa sizinlə bölüşmək istədim. Universitet barədə daha ətraflı məlumata sahib olmaq üçün çəkinmədən mənə müraciət edə bilərsiniz.

South Florida Universitetinin promo videosu ilə buradan tanış ola bilərsiniz: South Florida University

Universitetin kampusunda çəkdiyim şəkilləri Facebook səhifəmizdə izləyə bilərsiniz: South Florida Universiteti Facebook səhifəmizdə

Ünvan: İçərişəhər metrosu, İstiqlaliyyət 59, İqtisad universiteti ilə üzbəüz.

Tel: (012) 492 68 53

(055) 644 72 80

e-mail: anar@celt.az

Instagram: celticharishahar

facebook: https://www.facebook.com/celtscollege/

18 thoughts on “Amerikada Təhsil – University of South Florida”

  1. Salam.Sizdən soruşmaq istəyirəm ki əgər uşağın dil səviyyəsi pet b1-dirsə 3-4 hazirlasdiqdan sonra presat verbal başlaya bilər? Presat verbala başlasa səviyyəsi get-gedə qalxmayacaq onsuz?

  2. Salam. Qızım 1370 SAT balı toplayıb. Növbəti imtahanda da iştirak etməyi düşünür. Math göstəricisi 780 oldu. Bu balla South Florida Uni-də nə qədər endirim ala bilərik? Və ümumiyyətlə, USF-də oxumaq üçün 1 illik xərc nə qədər olur? Təhsil daxil olmaqla Əvvəlcədən təşəkkürlər. Böyük ehtimalla sizə müraciət edəcəyik.

    1. Oğlum hal hazırda orda oxuyur.Dərsler çox ağırdı.Ortalama gpa nəticə olmalıdı o düşəndə təqaüdün də,həmdə ixtisasında itire biler.Elavə xərclər çoxdu İllik hardasa 22-25000$ arası çıxır illik xərc.

      1. Salam. Dərslər sizin oğlunuza ağır gələ bilər. Getmədən öncə gərək bir az beynəxlaq fənnlər üzrə ingilis dilində oxuyaydı. TƏləbələr attestdan bir başa bakalvra gedəndə çətinlik olur. Çünki sistem fərqlidir. Ama Florida yaxşı dövlət universitetidir. Yəni yaxşı oxumalıdır ki təqaüdü itirməsin. Akademik təqaüdlər bütün yerlərdə eynidir. Amerikada nə etsəniz xərclər çıxacaq. Bunu hər kəs nəzərə almalıdır.

      2. Dərslər bəli çox ağırdı oxumaq çox çətindir.Amma universitet çox yaxşı, çox yüksək səviyyəli universitetdir.Mən universitetə bir söz demirəm,yataqxana şəraiti çox əladır.Oglumun qiymətləri A;B+ dur.Amma bunu almaq üçün gərək gecələr 3-saatdan artıq yatmayasan.Birdə dərslər sistemə atılır, onları sistemdən açıb hazirlamaq üçün əlavə pul ödəməlisən.Yəni əlavə xərcləri hədsiz çoxdu.

      3. Bəli. Amerikada bu normaldır. Avropa universitetlərində əlavə xərclər çox olmur. hamısını öncədən alırlar. Ama amerikada sistem fərqlidir. Mən orda oxumuşam. Bəzən universitetin öz kitabxanasında kitab çox baha olurdu və mən amazondan kitab kiralayırdım. Həm də bizim tələbələr üçün ilk il çətin olur. Sonra alışma olur. Təqaüdlər oxuyan üçün hər zaman intensiv hazırlaşmaq lazımdır. Universitet haqqında təcrübəni bölüşdüyünüz üçün çox sağ olun. Bu çox önəmlidir. Valideynlər universitetlərə uşaqları göndərəndə daha doğru qərar verəcəklər. Təşəkkürlər.

  3. Salam.Mən sizə yazmışdım.Bu universitetə özümüz müraciət etmisik və bütün prosedurları keçmişik.Vizani almisiq.Amma indi universitet başqa əlavə xərclər olan siyahı gondəribki orda lobaratoriya xərcləri,əlavə local fee,state fee,differential xərclər var.Biz bütün bu xərcləridə odəməliyik yoxsa bunlar könüllüdür?Birdə bunun içində təhsil haqqida var

    1. Salam. Təbriklər. Amerika başqa ölkələrdən fərqli olaraq əlavə xərcləri olur. Bu təbiidir. O xərclər məcburidir ama kitab və yaşayış xərcləri sizə aiddir.

  4. Salam.Mən sizə əvvəl yazmisdim endirim haqqında.Oglum bu endirimi qazandi.Amma qəbul sənədində yazilibki mayin 1-nə qədər 200$ rüsum odəməliyik.Birdə yataqxanada yer bron etmək lazimdi.Amma biz bu prosedurlari edə bilmirik Siz bu işdə köməklik edə bilərsiz?

  5. Salam.İntr saytinda oxudugum məlumata gorə universitetdə akademik gostəricilərə əsasən təhsil haqqina endirimlər edilir.1340+ sat nəticəsi olanlara 17000$ təhsil haqqina 12000$ endirim edilir.Əlbəttəki ielts nəticəsi və attestatda rol oynayir.
    1410 sat və 7 ieltslə bu endirimi qazanmaq mumkundurmu(comp science üzrə).Əlacidir.Siz əgər bu endirimi almaq mumkundur deyirsizsə sizə muraciət edək.

    1. Salam. Bəli. Bununla bağlı mənə zəng edə bilərsiniz (050 858 5114) IELTS və attestat onsuz olmalıdır ama endirim SAT balına görə verirlir.

  6. Bu universitetıə qəbul olmaq üçün hansı imtahanlar verilmılidir? Təqaüdlü təhsil almaq mümkündürmü? Bu universitetin illik ödənişi nə qədərdir?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next