Amerikada Təhsil Sistemi

Amerikanın təhsil sistemi – ABŞ-ın təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir.

Amerikada savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır.

Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-da təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış “universitetlər”lə mübarizəsində öz qanunları var. Akreditə olunmamışlar diplomu ödəmə haqqına görə verir, bu da nəzərəçarpan problemlər yaradır.

Yuxarı sinif

 ABŞ-da orta məktəbin axırıncı mərhələsi, doqquzuncu sinifdən on birinci sinifə kimi davam edir. Yuxarı siniflərdə şagirdlər əvvəlkinə nisbətən daha asanlıqla öz sinif seçimlərini edə bilir, diplomu almaq üçün məktəb şurasını təyin edən yalnız minimal tələbləri yerinə yetirməlidirlər.

Tələblər belədir: 3 il təbiət elmləri (kimya, biologiya, fizika) 3 il riyaziyyat, cəbr 4 il ədəbiyyat 2-4 il sosial elmlər, ABŞ-ın tarixi və dövlət quruculuğu ilə bağlı elmlər 1-2 il idman

Ali məktəblərə qəbul üçün daha böyük proqram nəzərdə tutulur, buraya 2-4 il xarici dillər də əlavə olunur.

Qalan sinifləri isə şagirdlər özləri seçirlər. Belə siniflərin seçimi kəmiyyətə və keyfiyyətə görədir, məktəbin maliyyə imkanlarından və məktəblilərin öz seçimlərindən asılıdır. Bu siniflərə qəbul belədir:

  • Əlavə elmlər (statistika, informatika)
  • Xarici dillər (daha çox ispan , fransız və alman dili; az hallarda yapon, çin, latın və yunan dili)
  • Təsviri incəsənət (rəssamlıq, heykəltaraşlıq, fotoqrafiya, kinematoqrafiya)
  • İncəsənət (teatr, orkestr, rəqs)
  • Nəşriyyat işi (jurnalistika, redaktorluq)
  • Əmək (ağacın təmizlənməsi, avtomobil təmiri)

Bəzi hallarda isə şagird ümumiyyətlə heç bir məktəbi seçmir. Axırıncı iki il ərzində, yuxarı sinifdə, irəlidəki sinfin yeni tipi yaradılır. Şagirdlər onları Advanced Placement və ya Beynəlxalq bakkalaureat imtahanlarına hazırlayan sinifləri seçə bilərlər.

Məktəblərdə olduğu kimi ali məktəblərdə də studentlər A/B/C/D/F – lə qiymətləndirilirlər. A – əla, F – qeyri-kafi, D isə bəzən kafi, bəzi hallarda isə qeyri-kafi ola bilir. F-dən başqa bütün qiymətlərə + və ya – əlavə edilə bilər. Bəzi məktəblərdə A+ və ya D- qiymətləri işlənmir. Bu qiymətlərdən orta qiymət çıxarılır(grade point average, GPA). Burada A – 4, B – 3 və s. bu cür ardıcıllıqla davam edir. İrəlidəki siniflər üçün verilən qiymətlərin üstünə isə çox vaxt xal əlavə edilir, A – 5 sayılır, bir sözlə qiymətlər artırılır.

Amerikada orta təhsilin bəzi problemlərinə baxmayaraq, ali təhsil dünyada ən yaxşı təhsil hesab olunur. Orada üç mindən çox müxtəlif ali təhsil məktəbləri var. 2001-ci ildə həmin təhsil müəssisələrində 17,5 milyon tələbə təhsil alırdı, onlardan 515 min nəfəri xarici tələbələr idi. Bu tələbələrin 60%-i Asiyadan gələnlər idi. Buna baxmayaraq, həm dövlət, həm də özəl universitetlərdə təhsil haqqı ilbəil artır. Harvardda ştat universitetlərində illik ödəniş 5 min dollardan 40 min dollaradək dəyişir. Hətta yoxsul tələbələrə yüksək stipendiya verilsə də onların ödədiyi təhsil haqqı ailə büdcələrinə böyük ziyan vurur. 2002-2003, 2003-2004-cü illərdə ştat məktəblərində təhsil haqqı 14%, özəllərdə 6% artmışdı, bu da həmin dövrdə inflyasiya səviyyəsindən yüksək idi.

Amerika məktəblərinin növləri

Amerikada bütün ali məktəblərə kollec deyirlər, hətta kollec olmayan məktəblərə belə. ABŞ ali məktəblərini bir-birlərindən böyüklüyünə və şəraitinə görə fərqlənən üç tipə bölürlər.

Əsas fərqlərdən biri universitetləri kolleclərdən fərqləndirən elmi-tədqiqat və aspirantura proqramlarının olmasıdır. Kollec – əsasən tələbələrə təhsil vermə ilə məşğul olur, elmi iş isə burada ikinci dərəcəlidir. Dördillik kolleclərin böyük əksəriyyəti kiçik və özəldir, buna baxmayaraq son zamanlar istedadlı tələbələr üçün ştat kollecləri də yaradılır.

Kolleclərin bir çoxu dini, bəzən də “Bibliya kollecləri” adlanan kiçik kolleclərlərdir. Universitetlər əsasən ştat (ştat hökuməti tərəfindən maliyyələşdirilir) və özəl universitetlərə bölünürlər. Ştat universitetləri adətən çox böyük olur və nüfuzuna görə özəl universitetlərdən geri qalırlar. Onların əsas məqsədi – öz ştatlarının tələbələrinə təhsil verməkdir. Ona görə də digər ştatlardan gəlmiş tələbələrə müsabiqədən keçmək daha çətin, təhsil haqqı isə daha yüksəkdir. Bir çox ştat universitetlərində təhsil siniflərdə tələbə sayının çox olmasından, müəllimlərin tələbələrə kifayət qədər diqqət göstərməməsindən və bürokratiyadan əziyyət çəkir. Buna baxmayaraq hətta digər ştatlardan və ölkələrdən gəlmiş tələbələr Berklidəki Kaliforniya universitetinə, Miçiqan və Virciniya kimi ən yaxşı ştat universitetlərinə hazırlaşırlar. Özəl universitetlər arasında ən məşhurları isə Harvard, İyel, Prinston, Stenford, MTT və Kaltexdir. Onların böyük əksəriyyəti orta böyüklükdədirlər, lakin çox kiçik (Kaltex kimi) və çox böyük universitetlər də (Cənubi Kaliforniya Universiteti) var.

Ali məktəblərə qəbul

Yerli kolleclər yerləşdikləri arazidəki sakinlərə təhsil alma imkanı verməlidirlər. Lakin Amerika dördillik ali təhsil məktəblərinə qəbul uzun və çətin prosesdir. Qəbul ərizəsində sənəd verən şəxs məktəbdə və standart imtahanlarda aldığı qiymətlərlə yanaşı, öz maraqları, məktəbdənkənar sahələrdə əldə etdiyi uğurlar və mükafatlar barədə məlumat verməli, həmçinin ona verilmiş mövzulara görə inşalar da yazmalıdır. Bundan başqa şagird müəllimlərindən özü haqda tövsiyələr verməli, bəzi ali təhsil müəssisələrində məzunlardan – könüllülərdən müsahibə də götürməlidir.

Məktəblərdə standartlar müxtəlifdir. Qiymətlər şagirdin hazırlığı barədə az məlumat verir. Məktəblilər, adətən SAT və AST adlanan iki imtahandan birini verməlidirlər. Bəzi hallarda isə SAT II imtahnlarından müəyyən fənlər üzrə biliyi yoxlayan bir və ya bir neçə imtahan verilir.

Bir çox universitetlər məktəblinin qiymətlərinə və imtahan nəticələrinə baxmayaraq onların bilik səviyyəsini yoxlayırlar. Kiçik ali məktəblər abiturientlərin məktəbdənkənar nailiyyətlərinə – idman, incəsənət, ictimai işlərdə olan uğurlarına nəzər yetirirlər və belə işlərdə xüsusi seçilən tələbələri qəbul edirlər ki, ali məktəb həyatına da rəngarənglik gətirə bilsin. Təkcə əldə etdiyi uğurun böyüklüyü yox, həm də bu uğuru hansı sahədə qazanmasına da diqqət yetirilir. Məsələn, əgər idmanın atletika növü ilə məşğuldursa, bu idman növündə idmançı çatmamazlığı olduğuna görə və ya faqot kimi lazımlı alətdə ifa edirsə, həmin abiturienti digər göstəriciləri aşağı olsa belə götürürlər.

Müəllim tövsiyələri çox vacibdir, çünki onlar şagirdin istedadından, bacarıqlarından və başqa keyfiyyətlərindən xəbər verir. Yazdıqları inşalar ən bacarıqlı və original düşüncəli şagirdlərin, müsahibələr isə şagirdin xasiyyəti ilə universitetin tələblərinin üst-üstə düşməsini yoxlamaq üçün kömək edən amillərdir. Buna görə də ərizədəki hər bir element imtahan verən haqda məlumat verməkdə böyük rol oynayır. Bu meyarların nə dərəcədə əhəmiyyət kəsb etməsi universitetin böyüklüyündən asılıdır. Prosesin qabaqcadan nə nəticə verəcəyini heç kəs bilmədiyinə görə, çox vaxt abiturientlər 10-a yaxın ali məktəbə sənəd verirlər. Və həmin yerlər arasında dəqiq qəbul olunacaqları yerə ehtimalı daha çox olan ali məktəbi mütləq qeyd edirlər. Kağızların sayını azaltmaq üçün bir çox universitetlər Standart ərizə adlanan sənəd qəbul edirlər.

Təhsilin əsas xüsusiyyətləri 

 Böyük universitetlərdə məktəbli, adətən, hər hansı bir fakültəyə sənəd verir, amma çox vaxt ümumiyyətlə universitetin özünə sənəd verilir. Hətda bəzi hallarda fakultədən fakultəyə keçmək və “qərara almamış” statusunu da almaq olar. Amma bu zaman bəzi fakultələrə girmək imkanı demək olar ki bağlanır.

Hər dinlənilən kursa görə tələbənin həftə ərzində kurs üzərində işlədiyi vaxta uyğun olaraq müəyyən miqdarda kredit, xal verilir.

Tələbə nə qədər universitetin və seçdiyi ixtisasların tələblərinə uyğun işləsə, o qədər onun sinifləri sərbəst seçmək imkanı olar. Tələblər konkret (“vektor analizi”) və ya ümumi (“humanitar elmlərin doqquz krediti”) ola bilər və diplom alana qədər istənilən vaxt yerinə yetirilə bilər.

Amerika universitetlərində qiymətlər semestrlərə və rüblərə görə çıxarıla bilər. Onlar əsasən semestrlər, rüblərarası (midterms) və ilin sonunda (finals) verilən imtahanlardan asılıdır. Həmçinin ev tapşırıqları, layihələr, prezentasiyalar, referatlar və s. də hesaba alına bilər.

ABŞ universitetlərinə qəbul

Amerika universitetlərinə qəbul olmaq üçün abituriyent aşağıdakı sənədləri əldə etməlidir:

  • ali məktəbdən verilmiş anketin doldurulması (application form) və sənədlərin baxılması üçün məbləğ (application fee);
  • hər bir universitetin öz qəbul qaydaları, formaları var. Bu formaları universitetin saytından əldə etmək mümkündür. Həmin formaya mütləq çek əlavə olunur, məbləğ isə təhsil müəssisəsindən asılıdır;
  • transkript (son üç ildə fənlərdən alınan qiymətlər) – attestat və ya diplomun surəti;
  • transkript, adətən, cədvəl formasında olur, həmçinin attestat və diplom ingilis dilinə tərcümə olunmalıdır;
  • 3 zəmanət məktubu (abituriyentin müəllimlərindən və ya elmi rəhbərlərindən), məktub transkript kimi ingilis dilinə tərcümə edilməli, notariusda təsdiq olunmalıdır;
  • 1 və ya 2 səhifədən ibarət olan, tərcümeyi-halı xatırladan personal statement (esse). Müvafiq sənəddə aşağıdakı suallara cavablar vermək lazımdır: “Bu universitetdən mən nələr gözləyirəm?”, “Nə üçün xaricdə oxumaq istəyirəm?”. Həmçinin abituriyent ali məktəbin onu nə ilə cəlb etdiyini, universitetin məşhur professorlarının adlarını, tanınmış laboratoriyalarını qeyd etməlidir;
  • imtahanın nəticələri – məktəb məzunları TOEFL və SAT-dən, ali məktəb məzunları isə TOEFL, GRE və ya GMAT-dan imtahan verməlidirlər. Test imtahanları ödənişli olur və qiymətlər 60-250 dollar arasında dəyişir. Əsas imtahanlar təhsil müəssisəsinin tələblərinə uyğun aparılır.

Qaydaya görə, ali məktəbdən verilmiş anketdə gələcək tələbə hər təhsil ili nə qədər məbləğ ödəyə biləcəyi haqqında məlumat verməlidir. Abituriyentin maliyyə durumu onların bank hesabında təsdiqlənməlidir. Bir çox ali məktəblər xarici tələbələrə maliyyə dəstəyi göstərir. Burada əsas rol abituriyentin akademik bacarığından, onun elmi və yaradıcı fəallığından asılıdır. Bundan başqa, xarici tələbələr üçün ABŞ hökuməti və müxtəlif fondlar tərəfindən maliyyələşən təqaüd proqramları və qrantlar mövcuddur.

72 thoughts on “Amerikada Təhsil Sistemi”

  1. Salam men 10 cu sinifde oxuyuram Amerikada komputer mühəndisliyi uxtisasinda oxumaq istəyirəm bunun üçün nə qədər atestat balı yığmalıya

  2. Salam, mən 10-cu sinifdə oxuyuram Amerikada top 50 universitetlərdə pulsuz oxumaq üçün yüksək attestat qiymətləri, SAT, AP, ACT, IELTSdən başqa nələr gərəkdir, və ya bunlardan hansı olmasa da olar?

    1. Salam. Pulsuz oxumaq belə konkret olsaydı hər kəs pulsuz oxuyardı. SAT, AP, TOEFL önəmlidir. Ama qalanları vacib deyil. Və pulsuz oxumaq ya da full təqaüd almaq yaradıcılıq motivasiya beynəlxalq olimpiadlarda qalib və sair digər işlər gərəkdirir ama yenə pulsuz oxuyacağınız qarantiya deyil yarışda kimin qalib gələcəyi qarantiya olmadığı üçün. Burda siz dünya ilə yarışırsınız.

  3. Salam.Amerikada təhsil üçün sosial təlimlər və fənn beynəlxalq fənn olimpiyadalarında yer tutmaq,yaxşı qiymət,İELTS,TOEFL qiymətləri bunlar olarsa təqaüd qazanma imkanı varmı??

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next