“Amerikada olmaq, yenidən doğulmaq kimidir”

Amerika təhsili bütün dünyada məşhurdur. Ümumiyyətlə bu ölkə hər kəs üçün arzuolunan ölkədir. Hər kəs bir dəfə də olsa bu ölkəyə getmək istəyir. Amerika  haqqında uzun uzadı danışa bilərik. Ancaq bu gün təhsilindən, Amerikada oxumağın mənfi və müsbət tərəflərindən danışacağıq. Görək bu ölkədə bütün dünyadan tələbə və aspirantları özünə cəlb edən nədir? Müsahibə əsasında bu suallara cavab tapacağıq. Müsahibimiz Mingəçevirdə doğulan, 2 saylı Mingəçevir orta Məktəbini bitirən Nurlana Əliyevadır. Hazırda Çikaqo Universitetində təhsil alır.

Amerikaya getmək fikrinə necə düşdünüz? Niyə məhz Amerika?

Məktəbdə oxuduğum vaxtlar Mingəçevirə amerikalılar çox sıx gəlirdilər. Məktəbimizə də gəlib dillərini təbliğ edirdilər. O vaxtan məqsədim ingilis dilini öyrənmək oldu. Sonra Bakıya köçdük. Xarici Dillər Uiversitetinə qəbul oldum. Amma bütün məqsədim Amerikada hansı universitet olur olsun təhsil almaq idi. Müraciət etmədiyim yer qalmamışdı. Amma bir gün arzum reallaşdı. Hətta getməmişdən qabaq özümə dostlarda tapmışdım.

Amerika seçiminə ailənin münasibəti necə oldu?

Ailəm qarşı çıxdı təbii ki…Nənəm, anam özlərini xəstəliyə qoydular ki, bu gün sabah öləcəyik, ordan bizim üstümüzə necə gələcəksən? Nənəm deyirdi, “a bala otur dizimin dibində oxu Amerqada nə işin var ?”. Atam sağ olsun mənə çox dəstək oldu. Sonuna qədər yanımda oldu.

Bəs Azərbaycan və Amerika təhsili arasında nə kimi fərqlər var?

Ümumilikdə götürsək, ABŞ-da təhsilə daha çox üstünlük verirlər, nəinki Azərbaycanda. Çünki orda hamı, bütün gənclər başa düşür ki, təhsil gələcəyə aparan yoldur. Onlar çalışır ki, özlərinə çox maraqlı dəsrlər seçsinlər, hansılar ki, onların gələcəklərində böyük rol oynaya bilər. Burda da bunu istəyirlər, amma burda məqsəd başqadır, yəni sadəcə universitetə qəbul olmaq, diplom almaqdır. Əsas fərq budur.

Dəyişən nədir?

Mən ABŞ-a getməzdən əvvəl oxumaq haqqında indiki kimi düşünmürdüm. Deyirdim, oxuyaram da, nə var ki burda. Amma ABŞ-a gedəndə başladım öyrənməyə ki, əslində, bunun insana xeyiri nədir. İnsan niyə aktiv olmalıdır? Mən gələcəyim haqqında düşünməyi ABŞ-da öyrəndim və bu məzunların çoxunda belədir. Bir məsələ də var ki, bizim məzunların bir qismi regionlardandır və dəyişiklik həm də onlara xeyirli olar. Hər bir məzun istəyir ki, cəmiyyət üçün xeyirli nəsə eləsin və bu onların təhsilindən çox asılıdır.

Amerikada insanların əcnəbilərə münasibətləri necədir?

Amerikan insanları çox səmimi və istiqanlıdırlar. İnsanı əcnəbi olduğu üçün gözümçıxdıya salmırlar. Deyilməyəcək qədər mehribandırlar. Yaşlıları da, gəncləri də aktiv insnlardılar, həyat dolu, çox pozetivdilər. Məsələn bizdə küçəyə çıxanda insanların üçündə qəribə bir kədər görünür. Amma Amerikada bu tamamilə fərqlidir. İnsanların üzlərində rahatlıq və xoşbəxtlik var.

Azərbaycan dilinə maraq necədir?

Fərqli ölkələrdən insanlarla eyni evdə qaldım və ən azı bir neçə dildə salam, necəsən deməyi öyrəndim və xarici yoldaşlarıma da azərbaycanca “salam” deməyi, “təşəkkür edirəm” deməyi öyrətdim. Bir Çinlinin ağzından bunları eşitməyin xoşbəxtliyini yalnız yaşayaraq hiss etmək mümkündür.

Nə kimi çətinlikləriniz olub?

Amerikada olmaq yenidən doğulmaq kimidir. Buna görə də, çətinliklərin olması normaldır. Bəs Amerikada həyatım qüsursuz idimi, heç pis günlər yaşamadınız desəniz cavabım belə olar: Evimizə oğru girdi, pasportum belə oğurlandı hətta qasırğadan ötəri işlədiyimiz şəhər boşaldıldı və qasırğa keçənə qədər sığınacaqda yaşadıq amma bu problemlərin hamısını geridə qoyduqdan sonra özümə güvənim pik nöqtəyə çatdı. Mən həyatdayam və hər şeyi bacararam deməyi və əməl etməyi öyrəndim. Amerika insana güclü olmağı öyrədir.

Yataqxanada yoxsa ailələrlə qalırsınız?

Ailə ilə qalıram. Ailə ilə qalmağın avantajları çoxdur. Əsasda maddi tərəfdən yaxşıdır.

Amerikada təhsil dedikdə  hər kəs Harvard kimi universitetlər haqqında düşünür. Ümumilikdə təhsil almaq üçün Amerikanın hansı universitetlərini seçmək lazımdır?

Universitetin prestijli adının olması ordakı təhsilin birbaşa göstəricisi deyil, amma onu da unutmamaq lazımdır ki, Stanford, Harvard, MIT kimi Univeristetlər müxtəlif təşkilatların aparmış olduğu sorğular nəticəsində dünyanın ən öndə gedən və keyfiyyətli universitetləri kimi səs toplamışlar. Belə univeristetlərdə təhsilin keyfiyyətli olmasının səbəbi orda oxuyan amerikalı tələbələrin Amerikadakı nüfuzlu  ve imkanlı ailələrin uşaqları olmasıdır ki, onlar məzun olduqdan sonra oxumuş olduqları universitetin elmi tədqiqat laboratoriyalarına, kitabxanasına və müxtəlif ləvazimatların alınmasına sponsorluq edirlər. Lakin ümumən baxası olsaq, bir universitetin nə qədər yaxşı olduğunu ölçmək üçün o universitetin müraciət olunan ixtisasda nə qədər yaxşı olduğuna baxmaq lazımdır.

2 thoughts on ““Amerikada olmaq, yenidən doğulmaq kimidir””

  1. Salam, hər vaxtınız xeyirr… Amerikada tehsil almaq üçün verdiyiniz melumatlara görə çox təşəkkür edirem. Bu haqda daha çox bilik əldə etdim cox sağ olun. Bəs mən flex ilə getsem və yaxud başqa bir proqramla orda 1 ilim bitəndən sonra yəni vaxdım bitəndə geri dönməmək üçün, orda yaşamaq üçün ne edə bilərəm? Viza almaq mecburdu ya qalmağın başqa yolu var?

    1. Salam. Ya normal qaydalarla viza alıb qalacaqsınız ya da qeyri-qanuni miqrant kimi qalacaqsınız. Düşünürəm ki bundan başqa yol yoxdur)

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.