Amerikada magistratura oxumaq üçün nə etmək lazımdır?

Hər il minlərlə bakalavr tələbəsi təhsillərinin növbəti mərhələsini Amerikada davam etdirmək üçün 16 mindən çox Amerika universitetinə müraciət edir. Əgər siz də onlardan biri olmaq istəyirsinizsə, o zaman aşağıda sizi gözləyən prosesi addım-addım izləyin.

Ümumiyyətlə, harda olmağından asılı olmayaraq magistratura oxumaq istəyirsinizsə, ilk növbətə gözləntilərinizə uyğun universiteti müəyyənləşdirməlisiniz. Sizə uyğun universiteti tapmaq üçün aşağıdakı önəmli amilləri nəzərə almalısınız:

Təhsil haqqı:
Unutmayın ki, adətən Amerika universitetlərinin təhsil haqqı yüksək olur. Ancaq əgər bakalavr qiymətlləriniz  və ingilizcə bilginiz  yüksəkdirsə, ehtimal çoxdur ki, təhsil haqqınızı qarşılamaq üçün təqaüd tapa bilərsiniz və ya universitet sizə təhsil haqqında endirim edə bilər.
İngilis dili sertifikatı:
Demək olar ki, bütün universitetlər xarici tələbələrdən akademik ingiliz dili göstəricisini sübut edən beynəlxalq ingilis dili imtahanlarının nəticəsini tələb edir. Buna görə siz universitetə müraciət edərkən, TOEFL və ya İELTS imtahanının nəticəsini də təqdim etməlisiniz. Nə vaxtsa bu imtahanlarından birini vermisiniz? Əgər cavabınız “yox” dursa, öncə bu imtahanlardan birinə hazırlaşmalısınız. TOEFL hazırlaşmaq üçün Amerikaya getməyə ehtiyac yoxdur. Bakıda xeyli sayda TOEFL hazırlıq kursları mövcuddur.
Universitet seçimi:
Ən çətin mərhələ. 16 mindən çox Amerika universiteti arasından sizə gözləntilərinizə və tələblərinizə uyğun ən yaxşı universiteti tapmaq çox çətindir. Bu mərhələdə Amerika universitetlərdən məzun olmuş insanların təcrübələri çox yararlı ola bilər. Buna görə də çəkinmədən Amerika universitetini bitirmiş dostlardan və tanışlardan məsləhət ala bilərsiniz. Bundan başqa internetdə xeyli sayda forumlar tapa bilərsiniz. Bu forumlarda universitetlərin hazırlı tələbələri və məzunları öz fikirlərini, universitet haqqında təəsüratlarını paylaşırlar.
Universitetə müraciət:
Ən çox diqqət ələb edən mərhələ. Unutmayın ki, bütün dünyadan olan tələbələr sizin rəqibinizdir. Ona görə də maksimum diqqətli olmalısınız. Amerika universitetlərinə qəbul prosesi uzun və səbr tələb edən prosesdir. Diqqət etməniz gərəkən ən önəmli məqam qəbul üçün son tarixlərdir (deadline). İndi Amerika universitetlərinin böyük əksəriyyəti online müraciətləri qəbul edir. Ancaq hələ də bəzi universitetlər ənəvi qaydada müraciətin və lazımlıq sənədlərin poçtla göndərilməsini tələb edir. Buna görə də, yaxşı olar ki, universitetə qəbul üçün bir neçə ay öncədən, hətta bir il öncədən hazırlaşasınız. 
Universitet Xərcləri:
Univeristet (ilk 100-200) illik 25000 $ – 40000 $
Universitet (orta keyfiyyət) illik 15000$ – 20000 $
Community College illik 8000$ – 10000 $

  • Tələb olunan sənədlər: 
  • Diqqət! Sənədlər ingilis dilində hazırlanmalıdır.
  • Online müraciət;
  • Müraciət olunan bölümə uyğun IELTS, TOEFL, SAT və ya ACT nəticələri;
  • Diplom və rəsmi şəhadətnamə transkripti;
  • Müraciət etdiyiniz təhsil mərkəzini niyə seçdiyinizi açıqlayan yazı;
  • Referans-tövsiyə məktubları (3 ədəd) – Bu məktubları son iki ildə dərsini aldığınız müəllimlərdən almanız tövsiyə olunur;
  • Maliyyə vəziyyəti haqqında sənəd:
  • Təhsil xərclərini qarşılaya biləcəyinizə dair  hesabınızda olan məbləği (dollarla) göstərən Bank arayışı.
  • Bank hesabı yoxdursa təhsil xərclərinizi ödəməyi öz üzərinə götürən şəxs (ailə üzvlərindən biri) və yaxud təhsil xərclərinizi ödəməyi öz üzərinə götürən şirkət və ya qurum bu barədə sənəd hazırlayaraq imzalamalıdır.
  • Qeyd: Bu sənədlər bir çox universitetə müraciət etmək üçün kifayətdir, lakin bəzi universitetlər əlavə sənədlər tələb edə bilər.

Günel Qulamova
CELT Colleges Elmlər
(IELTS / TOEFL / SAT preparation center) 
Mob: (+994) 55 737 83 06
Office: (+994) 12 538 38 33
Email: 
gulamova@celt.az





































11 thoughts on “Amerikada magistratura oxumaq üçün nə etmək lazımdır?”

  1. Salam.Amerikada mühəndislik üzrə hansı reytinqli unidən 75-50% endirim almaq şansı var magistr dərəcəsi üzrə.Bakalavr təhsili Amerika,ortalama 3,2-3.1gpa aşağı düşmür çünki təqaüd var.Amma Duke,Yale,Cikaqo,Georg tech və s unilər kimi reytinqli olanlar olsun.

  2. Sərtac Ələkpərov

    Salam Memarlıq üzrə amerikada magistratura təhsili almaq istəyirəm. Hansı universitetləri məsləhət görərdiniz? illik nə qədər olacaq? Tələbələrə işləmək üçün saat məhdudiyyəti varmı?

  3. Salam.Ingilis dili filologiyasini 2 ilden cox bir muddetde bitirenlerde tovsiyye mektubu ve IELTS,TOEFL kimi sertifkatlari hemin ixtisas uzre magistr tehsili ucun Amerika universitetlerine teqdim etmelidir?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next