Amerikada Koronavirus (COVID-19) epidemiyasından sonra təhsil…

Bildiyiniz kimi artıq Amerika Koronavirus (COVID-19) epidemiyasının yayıldığı ölkələr üzrə siyahıda ilk yerdədir. Bu ölkədə hal-hazırda yoluxanların sayı 116 mindən çoxdur. Pandemiyanın yayıldığı ilk vaxtlarda Amerikada virus daşıyıcıları müəyyən edilməsə də, son 1 ay ərzində Amerikada bu virusa yoluxanların sayı günbə-gün artır. Gündəlik 250 -yə yaxın yeni yoluxma qeydə alınır. Bu rəqəmlərin daha da artacağı gözlənilir. Bu məlumatlar Amerikaya getmək istəyən və xüsusilə Amerikada təhsil almaq istəyənlərə çox qorxulu görünür. Lakin bu qorxu sizi məqsədinizdən yayındırmamalıdır. Çünki dünyanın ən inkişaf etmiş ölkəsi olaraq Amerika arzuların reallaşdığı ölkədir.

Amerikada təhsil almağı planlayan gəncləri Koronavirus (COVID-19) pandemiyasından sonra Amerikada təhsilin hansı durumda olacağı çox maraqlandırır. Bu səbədən sizlərə bu pandemiyadan sonra Amerika təhsilində və ümumiyyətlə Amerikada hansı dəyişikliklərin baş verəcəyi haqda proqnozları təqdim edirik.

  1. Amerikada təhsil sahəsində, xüsusilə TOP universitetlərin qəbul qaydalarında dəyişikliklər baş verəcək. Bu dəyişikliklər xüsusilə qəbul şərtləri və universitetlərin illik haqqlarının endirilməsində özünü göstərə bilər. Təhsil ekspertlərinin proqnozlarına görə bu proses uzun müddətli baş verəcəkdir. Çünki 2019-cu ildə Amerikanın xarici tələbə payına görə digər ölkələrdən geridə qalması və bu il koronavirus pandemiyasının ölkədə geniş yayılması buna zərurət yaradacaqdır.
  2. Xarici tələbələrin qəbulu prosesində müxtəlif güzəştlər tətbiq edilə bilər. Bu güzəştlər ölkə xaricində yaşayan və yüksək göstəricilərə sahib gənclərin Amerika təhsilinə daha çox cəlb etmək üçün tətbiq edilməsi proqnozlaşdırılır. Amerika xaricdə yaşayan və yüksək intellektə sahib insanları öz ölkəsinə cəlb etməkdə həmişə maraqlı olub. Hətda bildiyiniz kimi Amerika vətəndaşlığına müraciət qaydalarından biri də yüksək intellektə və hər hansı kəşflər etmiş alimlərin və ya xüsusi istedadlı insanların vətəndaşlığa müraciət qaydasıdır. Bu müraciət forması ilə vətəndaşlığa müraciət edən şəxslərin 99%-ni Amerika vətəndaşlığa qəbul edilir. Bu səbəbdən bir çox ekspertlərin fikrincə Amerika koronavirus pandemiyasından sonra belə istedadlı şəxslərin ölkəyə cəlbi üçün daha çox addımlar atacaqdır ki, bu da universitetlərin qəbul qaydalarında bilavasitə özünü göstərəckdir.
  3. Amerika universitetləri reytinqdə yenə də öndə olacaqdır. Bu proqnoz bir çoxları üçün qeyr-real görünsə də lakin həqiqət bundan ibarətdir ki, Amerikada təhsil prosesi və ümumiyyətlə təhsil keyfiyyəti və tədris proqramları həmişə digər ölkələr üçün əsas örnək olub. Koronavirus pandemiyası səbəbindən universitetlərin təhsil və tədirs proqramlarında və ümumiyyətlə təhsil keyfiyyətinə təsir göstərəcəyi qeyr-realdır. Çünki bu ölkədə universitetlərin tədris metodikası və ümumiyyətlə təhsil strukturu araşdırma üzrərində qurulub. Bu səbəbdən yüksək keyfiyyətli təhsil almaq istəyən gənclər Amerikada təhsil almaq istəyirlərsə əsla bu istəkdən vaz keçməməlidirlər.
  4. Amerikanın tibb sahəsi üzrə təhsil daha da prestijli olacaqdır. Bu proqnoz əlbətdəki koronavirus pandemiyası səbəbindən verilib. Mütəxəsislərin fikrincə Amerikada COVID-19 virusunun peyvəndinin tapılması üzrə çox yaxşı kadr resurslarına ehtiyac duyulur və bu sahədə dövlət işlər aparır. Bu virusun peyvəndinin tapılmasına çox maliyyə ayrıldığı və bu səbəbdən Amerikada tibb sahəsində təhsilin daha prestijli olacağı proqnozlaşdırılır.

Yuxarıda qeyd etdiyimiz proqnozlardan əlavə Amerikada koronavirus pandemiyasından sonra təhsildə daha çox əngəllərin yaranacağı pronozunu verən mütəxəssislər də vardır. Onların fikrincə Amerika bu pandemiyadan sonra daha ehtiyyatlı davranacaqdır. Xarici tələbələrin qəbul prosesində müxtəlif əngəllərin yaranacağı və viza rejimində çox böyük dəyişikliklərin baş verəcəyi gözlənilir.

Amerikada yaşamaq və təhsil almaq çox insanın arzusudur. Bildiyimiz odur ki, qarşıya hər hansı əngəlin, problemin çıxmasından asılı olmayaq insan öz arzusunu reallaşdırmağa daim can atmalıdır. Əgər bir insan buna can atmırsa, o heç vaxt arzusuna çatmayacaq. Proqnozlar müxtəlif ola bilər və bu proqnozun mənfi ya müsbət olmasından asılı olmayaraq bilməlisiniz ki, Amerikada təshil almaq mümkündür. Bu arzunuzu bizimlə CELT ilə reallaşdıra bilərsiniz.

CELT Sizə dünyanın ƏN YAXŞI universitetlərində təhsil almağınıza imkan yaradır. Amerikada təhsil bir xəyal deyil, gerçəkdir!

Unutmayın! Arzunuzun reallaşmasına heç bir virus əngəl ola bilməz, beyninizdəki virusdan başqa… ?

Gəlin beynimizdəki virusları məhv edək!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next