Amerikada 2+2 proqramı nədir?

Çoxları üçün xəyallar ölkəsi dedikdə ağıla gələn ilk yer şübhəsiz Amerika Birləşmiş Ştatlarıdır. Bəs nədir axı görəsən buranı milyonların xəyalına çevirən amil? Yüksək yaşayış standartları? Pul? Karyera? Təhsil? Fərqli mədəniyyətlərdən insanların bir yerdə toplanması? Bəlkədə Hollywood filmlərində gördüyümüz macəralar. Təbii ki bunların hər biri öz özlüyündə Amerikaya getmək üçün bir səbəbdir.

Lakin mənim düşündüyüm isə bu faktorların hamısının birləşdiyi ortaq nöqtədir. Amerikan təhsil sistemi. Məhz elə bu səbəbdəndir ki həmin bu ölkə bir çox Avropa ölkəsindən fərqli olaraq qədim bir tarixə sahib olmasa da günümüzdə dünyanın ən qabaqcıl və arzu olunan məkanı hesab edilir. Yüksək təhsil səviyyəsi və təhsildə yaradılan münasib şərtlər dünyanın hər bir ucqar nöqtəsindən tələbələri özünə cəlb etməyi bacarıb. Bəs nədir bu ölkənin təhsil sahəsindəki sirri?

Amerika dövləti başda öz vətəndaşlarına ibtidai sinifdən tutmuş ali məktəbi bitirənə qədər təhsil almaq üçün hər cür şəraiti təmin edir. Amerikan vətəndaşları arzu etdikləri orta məktəblərdə pulsuz təhsil almaq şansına malik olmaqla yanaşı ali təhsil alarkən dövlət tərəfindən dəstək almaqdadır. Amerikan vətəndaşı statusu alan hər bir şəxs öz xərclərini qarşılamaq üçün təhsil krediti ala bilər. Bu da 18 yaşını tamamlamış hər bir vətəndaşın ailələrindən asılı olmadan öz ayaqları üzərində yeriməsini təmin edir. Tələbələr part-time yəni yarım gün işləmək hüququna da sahibdirlər. Beləcə varlı-kasıb fərq etmədən hər bir şəxs nəalliyət əldə etmə şansına sahibdir.

Bəs ABŞ sadəcə öz vətəndaşlarınamı yüksək təhsil vəd edir? Bu sualın cavabı şübhəsiz XEYR olardı. Çünki bildiyimiz kimi demək olar ki dünyanın hər bir ölkəsindən insanlar ABŞ da təhsil almaq şansına malikdirlər və bu bəziləri üçün çətin də görünsə əslində heç də elə deyil.

Dünyanın bir çox fərqli ölkəsindən 100.000 dən çox beynəlxalq tələbə universitet həyatına Amerikada başlayır. Bəs bunun üçün ən rahat üsullardan biri nədir? 2+2 dediyimiz proqramla bu heçdə əl çatmaz deyil. Bu proqram həttə 11 illik orta məktəb təhsili bitirmiş (Azərbaycanda olduğu kimi) tələbələrin 2 illik Community College lərdə təhsil aldıqdan sonra 2 il də əlavə olaraq  fərqli universitetlərə transfer olaraq olaraq 4 illik bakalavr dərəcəsini tamamlamağa şərait yaradır. Bildiyimiz kimi birbaşa bakalavr dərəcəsinə başlamaq həm maddi həm də akademik cəhətdən daha çətin olduğuna görə 2 illik kollec təhsili tələbələrə həm seçəcəyi universitet haqqında sağlam qərar vermə imkanı verir, həm də onların təməl biliklərini daha da möhkəmləndirir.

Əsas üstünlüklərə nəzər salsaq,

  1. Daha ucuz təhsil haqqı
  2. Daha az tələbə sayı olan siniflər
  3. Student Support dediyimiz, tələbələrə fərdi yanaşma.
  4. General Education (Tələbələrin fundamental dərslərə yiyələnmə imkanı)

2+2 proqramına qəbul olmaq üçün hansı tələblər var?

  1. Orta məktəbi bitirmə haqqında attestat
  2. Orta məktəb qiymətləri
  3. IELTS və ya TOEFL kimi beynəlxalq ingilis dili imtahanları
  4. Tərcümeyi hal
  5. Niyə bu proqrama müraciət etmək istədiyimiz haqda esse.

İlkin suallardan biri isə bütün bu proqrama yiyələnmək üçün nə qədər xərcim çıxacaq?

Belə ki proqramın illik xərci 19-28 min dollar arası dəyişir. Qeyd edim ki bu xərclər yalnız təhsil xərclərini deyil tələbələrin evlə təmin edilməsini də qarşılayır. Təbii ki seçdiyiniz kollecdən və ştatdan asılı olaraq bu qiymətlər dəyişir. Amerikanın heçdə kiçik bir ölkə olmadığını və 50 ştatı olduğunu nəzərə alsaq bu heç də təəccüblü hal deyil. Bəs 2 illik kollec təhsilini bitirdikdən sonrakı xərclər? Belə ki bu da müraciət olunan universitetdən asılı olaraq dəyişir. Məlumat üçün deyim ki yazımızın əvvəlində də qeyd etdiyim kimi ABŞ da tələbələrə pulsuz təhsil alma şansı da verilir. Bunu qarşılamaq üçün isə yüksək akademik nailiyyətlər tələb olunur. Lakin qeyd edim ki, bu daha çox tələbənin fərdi keyfiyyətlərindən asılıdır və hər zaman mümkün deyidir.

Belə ki, xəyallar ölkəsinin qapılarını açmaq üçün yollardan birini sizlərə təqdim etməyə çalışdıq. Növbəti yazılarımda həm bu həm də başqa proqramlar haqqında da əlavə və daha dərin məlumatlar verməyə çalışacağam.

 

 

Ünvan:  Nərimanov rayonu, Təbriz küç. 100A

Tel:   (012) 566 48 23

         (050) 787 57 66

email:   baba.karimli@celt.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
</