Almaniyada Tibb Təhsili – Almaniya Tibb Universitetlərinə Qəbul

Almaniyada tibb ixtisasına qəbul qaydaları bir qədər sərtdir və qəbul son dərəcə rəqabətli bir mühitdə keçir. Burada tibb təhsili ödənişsizdir və qəbul üçün tələb edilən əsas şərtlər 12 illik orta məktəb təhsilinin sonunda yaxşı nəticə və alman dili biliyidir. İngilis dilində tibblə bağlı ixtisaslar isə yalnız magistratura pilləsində mövcuddur.

Bütün universitetlər tibb tələbələrini xüsusi diqqətlə seçirlər. Burada təkcə ümumi orta müvəffəqiyyət göstəricisi kifayət etmir. Qəbul komitəsi, həmçinin, tibblə bağlı olan fənlərə ayrı-ayrılıqda diqqət edir. Bundan əlavə isə müraciət edənlərin daha əvvəl iş təcrübəsi olub-olmaması, keçirilən intervyunun nəticəsi də onları kifayət qədər maraqlandırır.

Avropa Birliyinə üzv olan ölkələrdən, İslandiya, Norveç və Lixtenşteyndən olan müraciət edənlər alman tələbələri ilə bərabərhüquqda tutulur və qəbula onlar kimi almanlar üçün nəzərdə tutulmuş sistemdən müraciət edilir. Bu kriteriyadan olmayan beynəlxalq statuslu aplikantlar isə seçim etdikləri universitetə ya birbaşa, yaxud da Uniassist portalı vasitəsilə müraciət edirlər. Universitetdən asılı olaraq hər il ümumi universitet tərkibinin 5%-ə qədəri bu tələbələr üçün ayrılır.

Almaniyada tibb təhsili beynəlxalq nüfuza malikdir və bütün müasir standartlara cavab verir. Buradaki tibb təhsili universitetlər, xəstəxanalar, tədqiqat institutları və biznes müəssisələri ilə birbaşa əlaqəlidir. Dünyanın hər yerində olduğu kimi Almaniyada da tibb təhsilindən məzun olmaq məzunlar üçün həm həkim kimi, həm ictimai səhiyyədə və həm də sənayenin müxtəlif sahələrində iş imkanları yaradır.

Yuxarıda qeyd olunduğu kimi kandidatlar alman dili biliklərini təsdiqləməlidirlər. Hətta Almaniyada Studienkolleg oxuyan tələbələr belə universitet qəbulu zamanı alman dilini təsdiqləyən dil sertifikatına malik olmalıdırlar. Tələbələr DSH və ya TestDAF imtahanlarının birindən B1 səviyyəsini təsdiqləyən sertifikat əldə edə bilərlər.

Qəbul alındıqdan sonra isə ikinci səbr tələb edən mərhələ, viza mərhələsidir. Yaxşı olardı ki, viza prosedurları üçün tələbələr bir ay öncədən müraciət etsinlər. Çünki viza alıb-almamaqla bağlı cavab ən azı 15 gündən sonra çıxır.

Digər diqqət edilməli olan məqam tələbələrin tibbi sığortasının olmasıdır. Viza üçün müraciət edilən zaman artıq tələbənin tibbi sığortası hazır olmalıdır.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012 496 45 76

050 588 15 18

32 thoughts on “Almaniyada Tibb Təhsili – Almaniya Tibb Universitetlərinə Qəbul”

  1. Salam, mənim attestatımda bir dənə 4 var qalanları 5dir, ATUda oxuyuram.. Əgər C1 sertifikatı alsam Almaniyada sıfırdan tibb oxuya bilərəm?

  2. SaLam studienkolleg tam olaraq nədir,Almaniyada pulsuz təqaüdlə tibb təhsili almaq istəyirəm.Mektebi bitirmişəm atestatim var.1 il əlavə oxumalıyam,Alman dilini B1 olmalıdı başqa?

  3. Attestatım hamısı 5 olsa ,və ielts balım 6.5 və ya daha yüksək olsa,xaricdə pulsuz tibbə qəbul ola bilərəm?yaşayışı da baha olmayan.Və hansı ölkədə?

  4. Salam .Mən 11-ci sinifəm,ATU ya hazırlaşıram, ATUda 2 il tibb oxuyib,sonra Almaniyaya pulsuz Tibbə qəbul ola bilərəmmi?
    (Əgər,IELTS 6.5dən yüksək olsa və alman dili biliyim olsa)

  5. Salam. Mən ATU da istənilən fakültəyə düşsəm. Alman dilini B2 səviyyəsində bilsəm və atestatım da hamısı 5di.Almaniya da pulsuz tibb təhsili ala bilərəm?

    1. Salam. Almaniyada tibb təhsili bakalavr üçün çox zaman mümkünsüzdür. Hər uni dünyadan cəmi 4 tələbə qəbul edir. Yəni Alman dilini bilsəniz və qiymətləriniz 100 baldan 100 bal olsa qəbul olma şansınız 1%. Təbii ki müraciət edə bilərsiniz ama reallığı da bilmək lazımdır. Alman diliniz rəsmi sertifikat olmalıdır.

  6. Salam . Zehmet olmazsa cavablandirarsiz? Mən tibb universitetinde 3-cü kursda oxuyuram. Təhsilin davamını Almanyada davam etdirə bilərəm? Bilərəmsə nələri etməliyəm ? Öncədən təşəkkürlər!

    1. Salam. Xeyir. Alman tibb proqramları Alman dilindədir. İkincisi transfer qəbul etmir. üçüncüsü dünyadan hər il sadəcə 3 tələbə götürür bir universitet. Düzünü bilmək istəyirsinizsə şans sıfır. Ona görə iki yolunuz var. Bütün oxuduqlarınızı unudub sıfırdan başlamaq Turkiyə kimi ölkələrdə ama bu məsləhətli deyil. İkincisi Azərbaycanda tibb bitirib xaricdə rezidentura etmək və ona indidən hazırlaşmaq. dördüncüsü ümumiyyətlə bu sahəni dəyişmək əgər sevmirsinizsə.

    1. Salam. Bilmirəm siz hansı imtahanı deyirsiniz. Almaniyada tibb təhsil üçü artıq alman dilini bilmiş olmalısınız.

  7. salam men 9 sinifem Almaniyada tibb tehsili isteyirem bunun ucun sadece atestat qiymatim yuksek olmalidir B1 Almanca bes Universitete qebul ucun hansi imthanlari vermeliyem

    1. Salam. Orta məktəbdən sonra 1 il əlavə təhsil aldıqdan sonra Almaniyaya müraciət edə bilərsiniz. Qəbul üçün B2 alman dili minimal şərtdir.

  8. Salam.Mənim qızım 8 ci sinifdir , indidən alman dili hazırlıqına qoymaq istəyirəm , nə məsləhət görərdiz və studienkollegden sonra imtahan verilir? biologiya , kimya və s.

    1. Salam, mümkündür, amma tələbəni yormamaq üçün hazırlıqlara 9-cu sinifdən başlamağınız, zənnimizcə, daha düzgün olardı. İmtahan, bəli, olur.

  9. salam attestat 3 dene 4um var digerleri 5dir. DIM balim 500 yuksekdir. AtibbU qebul olsam 2 il tehsil alandan sonra , almaniyada sifirdan tehsil ala bilerem pulsuz? en az ne qeder yasayish xerci cixa biler?

  10. attestat 3dene 4 var digerleri 5dir balim 500 yuxaridir .2 il burda tehsil alsam AtibbU da .Sadece ielts bali ile qebul ola bilerem ? ( universitet qiymetlerimide yuksek tutsam )

      1. Salam mən 9-cu sinif tələbəsiyəm.tibbə hazırlaşıram
        1)əgər birinci buraxılış imtahanımdan 300 bal yığsam almaniyadan dəvət gəlir?
        2)Azərbaycanda oxuyaraq Alman dilini neçənci kursdan öyrənməyə başlasam mənim üçün daha yaxşı olar?

      2. Salam. 9-cu sinifi bitirərək heç bir universitetə qəbul ola bilməzsiniz. Dünyada belə praktika yoxdur. 11-ci sinifi bitirdikdən sonra Almaniyada sadəcə özəl məktəb oxuya bilərsiniz. Onlar extra olaraq DİM imtahanından minimum bal istəyəcəklər. Alman dilinə 2 il vaxt ayırmaq lazımdır. Getmədən öncə Alman dilində Akademik səviyyədə olmaq lazımdır. Özəllər 6 min avrodan başlayır. Sadəcə buraxılış imtahanı yetərli olmayacaq.

  11. Birde menim atestat balım yaxsi deyil sizce ieltsden 6.5 yigib qebul olma ihtimalim var ? Yoxsa menasizdi birde topike hazirlasiram belke atestata göre qebul elemeler elave polis kimi

      1. Salam. Mən 10cu sinifəm. Gələn il tibb universitetinə daxil olub 1 il oxuduqdan sonra Almaniyada pulsuz təqaüdlə oxuya bilərəm? Bu zaman 1 ildən əlavə 6 il oxumalı olacağam ya 5 il? Və hazırlıq üçün bircə alman dili lazımdı?

      2. Salam. Qanunən bəli, praktiki olaraq xeyir). 1. Almaniyada tibb Alamn dilindədir. 2. Almaniya uniləri tibb üzrə dünyadan hər il sadəcə 3-4 tələbə qəbul edir. Yəni qəbul şansınız hardasa 1%-dir. Bu situasiya Almaniyada bir başa tibb oxumağı imkansız edir. Başqa ölkələrə baxmanız məsləhətdir

    1. Salam.Almaniyada təhsilimə 9-cu sinif attestatının bir təsiri olur?Yəni əgər 9-vu sinif attestatımda imtahandan hər üç fənndən 5 ala bilməmişəm amma 11-ci sinifdə yüksək nəticə toplasam,9-un attestatının təsiri olur?

      1. Salam. Almiya üçün 9-un heç bir önəmi yoxdur. 11-in attestatı lazımdır və dim imtahanından nəticə. Az balda ola bilər.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next