almanyada pulsuz tehsil al

Almaniyada Təhsil ilə bağlı Sual və Cavablar

Almaniyada Təhsil ilə bağlı Sual və Cavablar bloqu bir neçə il ərzində Almaniyada bakalavr və Magistr təhsili ilə əlaqədar tələbələrimiz tərəfindən soruşulan suallar və verilmiş cavablardır.

Tələbələrin soruşduğu sualları dəyişmədən təqdim edirik. Azərbaycan əlifbasına uymayan hərfl səhvlərinə görə öncədən üzr istəyirik.

Ümid edirik ki burda çox yerdə tapa bilmədiyiniz cavabları tapacaqsınız.

 

 

Almaniyada dovlet universitetide GPA 75 IELTS 6-6.5 OLARSA QEBUL MUMKUNDURMU? EGER ALINMAZSA OZELLERDE MINIMUM TEHSIL HAQQI NEDERDI?

Salam, İxtisas və rəqabətdən asılı olaraq dəyişə bilər. Amma şans kimidir. Normalda unilər 80 və yuxarı olan GPA lər üçün baxırlar. Özlərlərdə problem olmaz. Yaxşı özəllərdən EU və İUBH 10-12 min avrodur illik. BU inilərə qəbul apararırıq pulsuz. Əlaqə 012 492 68 53, Anar müəllim

Salam.Bilmek isterdim ki almaniyada bakalavr tehsilini burada 11 ci sinifi qutardiqdan sonra almaq olur? Olursa şərtləri və məbləği..Indiden tesekkurler

Salam, 11-dən sonra yəni attestatla sadəcə özəllərdə oxuya bilərsiniz. Dövlət unilərində oxumaq üçün burda iki uni təhsili almalısınız. Almaniya ilə bağlı sizə daha çox yardım etmək üçün zəhmət olmasa bizim 28 May ofisinə zəng edin. 012 441 3665. Həmidə xanım sizə yardımçı olacaq.

Salam. Almaniyada universitete magistr ucun IELTS neticesini ne vaxt teqdim etmek lazimdir

Universitetin istəyinə bağlıdır. son müraciət tarixi nə vaxtsa o vaxt. Sadəcə özəllər gözləyə bilər. Dövlətlər bütün sənədləri eyni anda istəyir.

Almaniyada dovlet universitetlerinde bakalavr tehsil almaq ucun neler teleb olunur ?

Burda 1 il universitetdə oxumağınız və IELTS 6.5 bal lazımdır

Almaniyada magistr tehsili ucun GPA sertdir? yeni asagi olsa mumkun deyil?

Aşağı olanda sadəcə qəbul olmursunuz. Çünki rəqabət böyükdür və ingilis dili programlarına yer az.

Хотела спросить сотрудничаете ли вы с Cambridge? И можно ли сам экзамен сдать у вас? Если да то сколько будет стоимость и есть ли у вас документ доказывающий,что экзамен был сдан и действует ли он в Германии и вообще в Европе (именно ваш диплом или сертификат)

Salam, Imtahanı biz və ya digər şirkətlər keçirə bilər. Amma CAE imtahanı yəni IETLS 6.5 ekvivalenti Azərbaycanda keçirilmir. Cambridge imtahanları hər yerdə tanınır. Cambridge Exams Center baxın googledan. Bizim mərkəzi görə bilərsiniz. Bizim adımız olmur sertifikatda. Sertifikatı Cambridge Universitetinin imtahan mərkəzi verir. Biz sadəcə onların hazırlıq və imtahan mərkəziyik.

Salam eger Azerbaycanda kimyaciliq oxusam bakalavr pillesi uzre almaniyada yeniden sifirdan tibb uzre bakalavr tehsili ala bileremmi? ve ya burda 3 il kimyaciliq oxuyub almaniyada tibb kimi davam etdire bilerem hemi tehsili

Salam burda bakalavr bitirsəniz bəli Almaniyada sıfırdan TİBB oxuya bilərsiniz. Amma bunun üçün Alman dilini C1 səviyyəsində bilməniz lazımdır və gedib həmin universitetdə imtahan verməlisiniz. Bu xüsusi haldır ona görə hər universitet fərqli qərar verə bilər. Bunun üçün universitetlə ayrı danışmalısınız. Amma öncə Alman dili. Çünki alman dili proqramları üçün kimsə ingiliscə danışmır.

Salam zehmet olmasa almaniyada bakalavr pillesinde tibb tehsili almag ucun illik teqriben ne qeder xerc cixdigi ve qebul sertleri haqda melumat vermeyinizi isteyirem

Salam. Almaniyada TİBB yalnız Alman dilindədir. Bunun üçün Alman dilini bilmək və burdan 3 illik tibb təhsili almalısınız. Təhsil xərci yoxdur. Yaşayış üçün illik 8 min avro. Attestatla qəbul üçün mütləq orda Studien Kolleg oxumalısınız.

Student collegin ne oldugun aciqlaya bilersiniz bes?

Studien Kolleg hər ştatda bir dənə olur və həmin ştatın bütün unilərinə keçərlidir. Bir növ Alman dilini bilməyənlər və bir başa Alman bakalavr proqramlarına girə bilməyənlər üçündür. İngiltərənin Foundation Year proqramı kimidir.

Salam. bir sualım var . mən 11 ci sinifəm və Almaniyada təhsil almağı planlaşdırıram. Sadəcə məlumatım oqədərdə çox deyil. TQDK imtahanına hal – hazırda hazırlaşıram.Burada Bakalavrı 1-2 il oxuduqdan sonra Almaniyada bakalavra başlamaq istəyirəm. Sadəcə TestDaf imtahanı mütləq verilməlidir ? əgər belədirsə , heç olmasa nəqədər hazırlaşmalıyamki “TestDaf” dan normal nəticə əldə edim ?

Salam, Almaniyada attestat və IELTS sertifikatı ilə bir başa bakalavrda ancaq özəl universitetlərdə oxuya bilərsiniz. Dövlətlərdə ingilis dilində oxusanız IELTS və ya Almanca oxusanız TESTDAF verilməlidir. Amma attestatla keçərli deyil. Ən azı iki il universitet təhsili olmalıdır eyni ixtisas üzrə. Ondan sonra baş vura bilərsiniz. İmtahanı vermək üçün Alman səfirliyinə zəng edin. İmtahan tarixləri onlardadır. İmtahanı onlar keçirir.

Salam. Almaniyada bakalavr oxumaq ucun 2 il azərbaycanda təhsil almaq tələb olunduğunu oxumuşdum. bu yalnız azərbaycandakı universitet olmalıdı? mən bu il debrecenə qəbul olmuşam. debrecenden 2ci kursdan sonra almaniyadakı universitetlərə qəbul ola bilərəm?

Salam. Bəli, Debrecendən sonra davam etdirə bilərsiniz.

Salam men bilmek isterdim ki, Almaniyada qiyabi bakalavr tehsili mumkundur? Universitet ferqi yoxdur, muhasibatliq ixtisasi uzre. Odenish olacaq ya yox? Onceden teshekkur.

Salam. Almaniyada ümumiyyətlə qiyabi təhsil yoxdur. Azərbaycan tələbələri üçün yalnız Türkiyə və Britaniyada mümkündür. Qalan ölkələrdə qiyabi təhsil öz vətəndaşları üçündür.

Salam. Mən Almaniyada Doktorantura Phd təhsili ilə maraqlanıram. Halhazırda Tibb Universiteti 5ci kurs tələbəsiyəm. Lakin ixtisasım Almaniyada tanınmadığı üçün rezidantura oxumaq imkanım yoxdur

Salam. Tibb təhsili bir az problemlidir Almaniyada. Bəzən Azərbaycanın diplomu tanınmır, bəzən də qiymətlər aşağı olduğundan yenidən tibb oxumağı məsləhət görürlər.

Salam, Almaniya, Isvechre, ve Norvech-de (Avropa olkelerinde) magistr tehsili almaq uchun Azerbaijan-da dovlet teqaudune dushmek uchun hara muraciet etmek lazimdir? Esas telebler ne ola biler? Diplomatik Akademiyasi telebesi, Beynelxalq Munasibetler fakultesi.Tehsil Ingilis dilindedir.

Salam, Dövlət təqaüdü bu il yoxdur. Növbəti il üçün universitetlərdən qəbul almaq lazımdır və dövlət proqramlara müraciəti elan edəndə baş vurmaq lazıımdır.

Salam. Men hal-hazirda huquq fakultesinde oxuyuram ve 2ci kursam. Almaniyada huquq uzre magistr tehsili almagim sizce meqsede uygundur? eledirse, mene hansi universitetleri tovsiye edirsiz ve orada magistr tehsili ala bilmeyim ucun neler etmeliyem?

Salam, Almaniyada bəzi universitetlər magistr təhsili verir hüquq üzrə amma ödənişlidir. Yəni 3-8 min avro arasında dəyişir. Bunun üçün yaxşı IELTS və yüksək GPA lazımdır.

Salam Almaniyada neft emali ixtisasi uzre hansi uniler var.ozum ADNA nin kimya muhendisliyinin neftin emali bolmesi uzre oxuyuram.Birde 66 gpa ile magistr oxumaq wansim var?

Salam, Almaniyada bir universitetdə magistr üzrə Neft mühəndisliyi var. İngilis dilindədir. Amma 66 GPA ilə Almaniya çox çətindir və demək olar ki ümid yoxdur. Məsləhətdir siz İngiltərədə bir il hazırlıq ondan sonra magistr götürün. Və ya Türkiyədə.

Salam, men hal hazirda University of Bradford-da Biomedical science (BSc) oxuyuram. Ilk ilimdir ve xarice pulsuz oxuya bileceyim bir universitete transfer olmaq isteyirem. Almaniya ve Turkiyede Biomedical yada Medicine Ingilis dilinde oxuya bileceyim universitetler hansilardir? Ielts balim 7.5 (overall) ve yayda SAT imtahani verecem (3 il evvel 1300 toplamisdim, amma 2 il kecdiyine gore kecersizdir). 1ci ilimi bitirecem bu iyunda ve gerek olarsa yeniden baslamayi dusunurem. Tesekkurler

Salam, Almaniyada TİBB almancadır və gərək UK-də ən azı iki il oxuyasınız ki sonra ALmaniyaya gedə bilərsiniz. Türkiyə üçün daha güclü SAT lazımdır. Yazını çıxmaqla, iki hissədən 1400 və yuxarı olsun ki Türkiyədə dövlətdə oxuya bilərsiniz. Bizim Türkiyə üzrə mütəxəssismizlə 012 492 68 53 zəng edərək danışa bilərsiniz. Və ya Facebookdan Həsən Əliyev yaza bilərsiniz.

Bildiyim qədəri ilə univeritetlərə lazimi sənədləri təqdim edib dəvət məktubu alinir yəni uni yə qəbul olunur , bu qəbul müəyyən period üçün olur? , yəni məsələn mən indi 11ci sinifdə oxuyuram (vəya 1ci kurs), sənədləri təqdim edib qəbul olsam , 2ci kursun sonundan Almaniyada qəbul olduğum uni də oxuya bilərəmmi? soruşmaqğımın səbəbi mart ayında İELTS sertifikatını almağımdır, əgər qəbul olmaq üçün 2ci kursun sonundan müraciət etməli olsam onda bu il sertifikatı almağımın mənası qalmır ( sertifikat 2il müddətində etibarlə olduğu üçün)

Salam, Almaniyada bir başa bakalavr oxumaq istəyirsinizsə, Azərbaycanda iki il oxuduqdan sonra müraciət edə bilərsiniz. Və Almaniyanın təhsil nazirliyindən təsdiq sənədi almaq lazımdır.

 

Gpa nedi? Almaniyada munchen universitetinde oxumaq ucun ne etmeliyem ?

GPA bütün qiymətlərinizin orta rəqəmidir. Münxendə nə oxumanızdan asılıdır.

salam menim sualim almaniyada magistr tehsili ucundur
1)almaniyada mahistr tehsili ucun 4cu kursu qutarandan sonra muraciet etmek lazimdir yoxsa nece?
2)birdeki unini qutarandan sonra diplom 6 aya verilir diplomu almagi gozlemeliyem?

Salam. 1) Bəzi universitetlər diplom olmamış, bəzi universitetlər isə diplom olandan sonra qəbulu verir 2) Diplom istəyirlərsə, gözləməlisiniz. Diplom aldıqdan sonra apply edə bilərsiniz.

Salam.Men Baki Musiqi Akademiyasinda fortepiano uzre ali tehsil aliram..Almaniyada oz ixtisasim uzre magistr tehsili ala bilerem?Illik teqaud haqqini bilmek isterdim.cox sag olun.

Salam. Almaniyada musiqi ixtisaslarında oxumaq üçün gərək yaxşı səviyyədə Almancanız olsun. Bundan başqa qəbul üçün portfolionuz olmalıdır və qabiliyyət imtahanından keçməlisiniz. İngiliscə oxumaq istəyirsinizsə, Böyük Britaniya və ya Macarıstanda oxuya bilərsiniz. Böyük Britaniyada illik təhsil haqqı 20 min funt civarındadır. Macarıstanda isə 8500 dollardır.

salam almaniyada dovlet unileri ucun bal ortalamasini az isdeyen uniler var?(yeni 80 den az)

Salam. Almaniyada dəqiq bal ortalamasının nə qədər olması göstərilmir. Sadəcə rəqabətli mühit yarandığına görə keçid balı 80-dən yuxarı qalxır. Hər bir universitetdə 80-dən aşağı qəbul olmaq şansınız var, amma qəbul olma ehtimalınız aşağı olacaq.

Salam men bakalavr tehsilimi ingils dilinde almisham Ve bakalaviri ingilis dilinde bititdiyime dair sened almisham bitirdiyim universitetden Almaniyada ielts olmadan bakalavr ingilisce bitirdiyim senedi teqdim ederek universitete qebul ola bilerem?

Salam. Əgər ingilis dilli ölkədə təhsil almısınızsa, ehtiyac yoxdur. Əks halda İELTS 6.0-6.5 sertifikatı lazım olacaq.

salam almaniyada hansi universitetlerin teqaud proqrami var?(magistr ucun)

Salam. DAAD proqramı var. Müraciət edə bilərsiniz həmin proqrama.

Salam. Almaniyada Turizm universiteti varmi? varsa orada teqaud almaq mumkunmu varmi? və semestr odənişi ne qeder?

Turizmə aid ixtisaslar var ingiliscə. 2-3 universitetdə var. Təhsil haqqı 1500 avrodur. Universitetin özünün təqaüd proqramı yoxdur.

Salam Almaniyada neft-qaz ixtisasi uzre hansi uversitetler var. Birde men burda 72 GPA ile pulsuz tehsil ala bilerem?

Salam. Almaniyada bu sahə üzrə 1-2 universitet var ki, dərslər ingiliscə keçirilir. 72 balla ora qəbul olma ehtimalınız aşağıdır. Ən azı GPA 80 olmalıdır ki, şansınız yaransın.

salam almaniyada 1 otaqli kommunal daxil neceye tutmaq olar(boyuk seherlerde?

Təqribən 300-350 avro olar. Amma yenə də dəqiq məlumat üçün gedəciyiniz şəhərdə kirayə evlər təklif edən saytlara baxmağınızı məsləhət görürük.

salam menim gpam 60 dir almaniyada iqtisadiyat elmleri uzre magistr tehsili ala bilerem?guclu universitetler olmasada orta seviyelilere

Salam. GPA 60-dırsa, Almaniyanın özəllərində oxuya bilərsiniz. Dövlət universitetləri üçün 80+ lazımdır.

Salam,maraqlanmaq isteyirdim,menim bakalavr orta balim 74,Almaniya universitetleri bu bal ile qebul edirler?Ozum biologiya fakultesini bitirmiwem, bu ixtisas uzre deadline ne vaxta kimidir?Onceden tewekkurler

Salam. Bu GPA balı ilə Almaniyada təhsil almaq şansınız aşağıdır. Alman universitetlərində deadlinelar iyuna kimi davam edə bilir. Qəbul olmaq istədiyiniz universitetlə dəqiqləşdirin, zəhmət olmasa.

Salam. Almaniyanin Berlin seherinde hansi ozel universitetleri meslehet gorursunuz ve hansina qebul aparirsiz?. Tehsil haqqi neceden baslayir?

Salam. Berlində İnternational University of Bad Honnefə qəbul aparırıq. Həmin universitetin rəsmi tərəfdaşıyıq. Almaniyada ən reytinqli özəl universitetdir və Almaniya təhsil Nazirliyi tərəfindən akkreditasiya olunub. Təhsil haqqı 12 min avrodur.

Salam Almayiyada MBA uzre odenishsiz nece tehsil ala bilerem? Bakalavr derecem muellimlikdir. hal -hazirda da ADIU-da mba tehsil aliram.

Salam. MBA təhsili Almaniyada yalnız özəl universitetlərdə var və minimum təhsil haqqı 12 min avrodur.

salam menim qiymet ortalamam zeifdir burda iqtisadiyyat oxuyuram ama iqtisadiyyata aid fenler pis deyil qebul almag sansim var?

Salam. Almaniya üçün minimum GPA 80 olmalıdır. Ümumi ortalama əsasdır. Alternativ ölkələri məsləhət görərdim. Almaniyadan qəbul almaq şansınız azdır GPA aşağıdırsa.

salam Almaniyada magistratura nece oxumaq olar magistır imtahnını harda vermeliyem bir de ixtisası nece secmeliyem hələ 3 kursda oxuyuram

ALmaniyada magistr ucun IELTS imtahanı lazimdir

Salam. Almaniyanin Berlin sheherinde hansi unileri meslehet gorursuz? Dersler ingilis dili ve biraz uygun qiymet olsun. Ve qebul sherterliyle tanish ederdiz zehmet olmasa

Salam. Free University və Humboldt sayılıb seçilənlərdir. Qəbul üçün uyğun bakalavr diplomu, İELTS 6.5 və akademik orta balınız 80+ olmalıdır.

Humboldt da bakalavr qiymetleri neceden bashalyir?

Alman dövlət universitetlərinin əksəriyyətində təhsil haqqı 500-1500 avro civarındadır.

Men 11.sinif telebesiyem bakalavr tehsilimi Almanyada almaq istiyirem. Bunun ucun ne etmek lazimdir?

Azərbaycanda qəbul olduqdan iki il sonra Almaniyada bakalavr təhsili ala bilərsiniz. Təhsil haqqı 500-1500 avro olacaq. Amma 11-ci sinfi bitirən kimi yalnız özəllərə gedə bilərsiniz. Təhsil haqqı 12 min avro olacaq.

Salam. Bakıda özəl bankların birində çalışıram. Almaniyada bank işi üzrə təhsil almaq istəyirəm və orda olduğum müddətdə bank və ya digər sektorda işləmək istəyirəm. Zəhmət olmasa bu haqda məsləhətlərivizi verərdiniz

Salam. Almaniyada bu sahə üzrə təhsil ala bilərsiniz. Almaniyada sırf tələbələri iş həyatına hazırlaşdırmaq üçün müxtəlif məcburi staj proqramları var. Onlara qatıla bilərsiniz. Amma sırf pul qazanmaq məqsədilə istəyirsinizsə, həftədə 20 saatdan artıq işləyə bilməzsiniz və almanca çox yaxşı bilməlisiniz

salam almaniyanin en ucuz seherleri hansilardir aylig yadam xercinin 650 den az cixmasi ucun?

Salam. Böyük şəhərlər xaric az xərc çıxa bilər. Amma orta yaşayış xərci elə 650 avro çıxacaq.

salam men 4 kursam almaniyada magistr ucun ne vaxt muraciet etmeliyem ?

Salam. Almaniyada magistraturaya müraciət etmək üçün indidən müraciətə başlamalısınız. Universitetlərin deadlineları fərqlidir. Bəzilərindən dekabrda bitir, bəzilərində iyulun ortaları.

salam almaniyada magistr fikirlesirem gpa butun unilere lazimdir?en azi ne qeder olmalidir?

Salam. Ən azı 80 olsun. Özəllərdə oxumaq istəyirsinizsə, elə də yüksək olmasının önəmi yoxdur.

Almaniyada siyaset oxumaq chetindir? Qeyd edimki alman dilinde oxuyacam . Bakalvr olacaq.Studienkollege chetindir ? studienkollege da kesilmek ehtimali var? Bankda mutleq 8000 euro gostermeliyem? Almaniya yerine italiyada oxumaq ne derecede duz gun olardi? qeyd edimki almaniyada oxusam 5 il italiyada oxusam 4 il vaxt gedecek.Bu iki olkenin tehsil ferqleri nelerdir? Mutleq dovlet proqraminda olana getmeliyem diplomun taninmasi ucun? bu haqda melumat vererdiz cunki meni cox nerahat edir

Salam. Almaniyada təhsil dərslərə qarşı nisbətən daha çox diqqət tələb edir. Studienkollegdə oxumaq üçün ilk öncə B2 səviyyəsində Alman diliniz olmalıdır. Bankda hesabınız olmalıdır, bəli. Əgər məktəbi bu il bitirirsinizə, İtaliyada oxuya bilməyəcəksiniz. Birbaşa attestatla bakalavr təhsilinə (və ya hazırlıq) başlamaq istəyirsinizsə, Avropada özəl universitetlərə, Böyük Britaniyadakı universitetlərə və Şərqi Avropa ölkələrinə gedə bilərsiniz. Təhsil Nazirliyi hələ də dövlət səviyyəsində tanınan universitetlərin siyahısını açıqlamayıb. Açıqlandıqdan sonra, saytımızda paylaşacağıq.

Salam mən hərbi xidməti təzə başa vurmuşam.İELTS 6.5 nəticəm var.GPA 82 olmalıdır. Almaniyada universitet pulsuz oxumaq istəyirəm.Amma viza ilə bağlı dəqiq məlumatım yoxdur.Həmçinin öyrənmək istərdimki hal hazırda sənəd yollasam ən tezi nə zaman təhsilə başlaya bilərəm

Salam. Bu balla Almaniyaya qəbul ola bilərsiniz. Martda təhsili başlayan bir neçə universitet var. Sizin ixtisas nədir?

Salam.Men Azerbaycanda Tibb uzre Universiteti bitirmisem.Anabin saytinda Universitetin statusu H+/- olaraq gosterilir. Men bu statusla Almaniyada Bakalavr oxuya bilerem ?

Salam, ALmaniyada TIBB sadəcə alman dilindədir. Biz yalnız ingilis dilli proqramlara göndəririk. Burda tibbi bitirminizsə Almaniyada təzədən tibb oxuya bilərsiniz. Amma Alman dili və imtahanlardan keçməlisiniz. Amma tədris almanca olduğundan biz bu sahəni etmirik. Təşəkkürlər anlayışınız üçün

Azerbaycan Diller Universtetinde ingilis ve alman dili pedaqoji fakultede oxuyuram.Almaniyada magistr tehsil almaq ucun TOEFL yada IELTS imtahani vermeliyem?

Almaniyada ingilis dilində oxuyacaqsınızsa bəli IELTS və ya CELT şirkətinin C1 imtahanlarını verməlisiniz.

men 100%scholarship programi ile Almaniyada tehsil almagim ucun Alman dilini bilmeyim shertdir?

Salam. Almaniyada təqaüd proqramları ilə məşğul olmuruq deyə, bu barədə məlumat verə bilməyəcəyik sizə.

Men almaniyada bakalvr tehsili almaq isteyirem ingilis dilinde.Men burda 1 ci kursu bitirsem orada 1ci kursa basliya bierem dovlet universitetinde? Oxumaq istediyim ixtisaslar sosyal elmler veya humanitar ixtisaslaridir.Ieltsden nece bal yigmaliyam ? muraciet etmezden evvel universitetden imtina etmeliyem yoxsa etmesemde olar? gpa nin nese onemi var? ( 1ci kursun) eger 1 ci kursu bitirdikden sonra baslamaq mumkun deyilse bu halda 1 il studeint kollegde oxuya bilerem buna gore almanca hansi seviyede bilmeliyem? studient kolleg ucun atestat qiymetlerin hamsi 5 veya ferqlenme ile bitirmeliyem ? bagislayin cox suala gore umid edirem etrafli melumat vereceksiniz

Almaniyada birinci kursa başlamaq üçün gərək Azərbaycanda ikinci kursu bitirib, sonra gedəsiniz. Dəqiq hansı ixtisas üzrə oxumaq istəyirsiniz? Çünki, elə humanitar ixtisaslar var ki, onlar Almaniyada mövcud deyil. İELTS 6.5 yığmalısınız. GPA 80-85 + olmalıdır. Əgər hazırlıq oxumaq istəyirsinizsə, gərək B2 səviyyəsində almancanız olsun. Alman dili biliyiniz yoxdursa, foundation oxumağınızı məsləhət görmürük.

Salam.Menim eger 2-ci kursu bitirdikde kesrim olarsa, lakin GPA yuKsek olarsa Almaniyada tehsilimi davam etdire bileremmi?

Salam. İkinci kursu bitirdikdən sonra qiymətləriniz yaxşı olsa, alman universitetlərinə sənədlərini təqdim etmək olar. Üçüncü kursu bitirdikdən sonra orada 3 illik bakalavrın birinci kursuna başlaya bilərsiniz. Azərbaycandan transfer etmək mümkün deyil Almaniyaya. Çünki orada təhsil 13 illik olduğu halda, Azərbaycanda 11 illikdir. Gərək Azərbaycanda 13 il təhsil alasınız ki, Almaniyada birinci kursdan dərslərə başlayasınız. Məsləhətdir ki, yaxşı qiymətlərlə bitirib Almaniyaya magistr oxumağa gedəsiniz.

Salam.pedaqoji kolleci bitirmiwem 2008-2011ci ilde. Fakultem ibtida tehsil eyani.almaniyada oxumaq iwlemek orda yawamaq isteyirem .mene nece komeklik gostere bilersiz ?yani bu diplomla men davam edib orda nese ede bilerem ?yoxsa elave tehsil secib oxuyub iwlemeliyem?

İbtidai təhsil müəllimliyi üzrə ingiliscə proqram Almaniyada tapmayacaqsız. Onsuz da Almaniyada işləmək üçün, ələxsus da bu sahədə, Almanca bilməlisiniz. Məsləhətim ola ola bilər ki, Almaniya işləmək istəyirsinizsə, ilk öncə Alman dilinə yiyələnin, ondan sonra bakalavr oxumaq üçün müraciət edin. Təhsiliniz tam deyil deyə magistr oxuya bilməzsiniz və orada işləyə bilməzsiniz müəllim kimi.

Salam mən almaniyada ingilis dilinde magistratura oxumaq isteyirəm. Ama diploma əlavə qiymətlərim yaxshı deyil.

Salam, Almaniyada Dövlət universitetlərində oxumaq üçün gərək ən azı GPA 80 və yuxarı olmalıdır amma özəllər üçün belə bir problem yoxdur. İngilis dilindən də 6.5 sertifikatınız olmalıdır.

Salam men bakida a level programina hazirlasib almaniyada universitete baslamaq isteyirem.International relation hansi universitetde oxuya bilerem ingilizce?

Salam. Almaniyada ingiliscə İnternational Relations bakalavr ixtisası üzrə yoxdur. Almaniyada oxumaq istəyirsinizsə, özəl universitetləri məsləhət görürəm. Azərbaycanda təşkil olunan a-level proqramlarından İngiltərə universitetlərindən daha çox aşağı reytinqli universitetlərinə qəbul olmaq olur. Alman universitetləri bizim burada təşkil olunan A-level proqramını tanımaya da bilərlər.

Salam.menim ali herbi tehsilim var ve bakalavr seviyyesinde muhendis diplomum var.indiAlmaniyada huquq uzre distant tehsil almaq istiyirem.bakalavr ve magistr seviyyesinde tehsil Almaq ucun men mece etmeliyem.zehmet olmasa ilk goreceyim iwlerden sece bileceyim universtetlere qeder etrafli melumat vererdiz

Salam. Almaniyada hüquq üzrə cəmi 3-4 universitetdə hüquq üzrə ingilis dilində tədris olunan proqram var və hamısı da əyanidir. Ümumiyyətlə, Almaniya daha çox əyani təhsilə üstünlük verir, distant təhsil demək olar ki, yoxdur orada. Ondan başqa sizin mühəndis diplomunuz varsa, hüquq üzrə magistr oxuya bilmərsiniz. Əgər hüquq sahəsində iş stajınız varsa, hüquq sahəsi üzrə magistr təhsilinə malik ola bilərsiniz.

Mənim bakalavr qiymətlərim aşağıdır. Mən Almanyada magistr təhsili ala bilərəm?

Pulsuz təhsil ala bilmərsiz, ancaq Özəl Universitetlərdə ödənişli təhsil ala bilərsiniz.

Mən Universitet oxuyuram, Universiteti bitirib Almaniyada necə təhsil ala bilərəm və ya bitirməmiş?

Almaniyada təhsil almaq üçün siz Azərbaycan Universitetin 2ci kursunu bitirməlisiz və sonra bakalavr təhsilinə qəbul ola bilərsiz

Mən 11-ci sinfi bitirdikdən sonra Almaniyada neçə il foundation oxumalıyam və bunun üçün nə qədər məbləğ tələb olunur?

Foundation təhsili 1 il davam edir, məbləğ isə 10.000-12.000 avro arası dəyişir. Və ya bəzi Özəl Universitetlər 4 illik təhsil olmaqla birbaşa bakalavr təhsilinə qəbul edir.

Mən 11-ci sinifdə oxuyuram və bitirib Almaniyada təhsilimi davam etdirmək istəyirəm. Burada 1 və 2-ci kursu bitirmədən mümkündür bu? Foundation year nədir? Necə keçə bilərim? Təhsil haqqı nə qədərdir?

Siz qeyd etdiyiniz şərtlərlə ancaq İnternational Bonn University-də təhsil ala bilərsiz. İllik təhsil haqqı 10.000 avrodur. 1il foundation keçirsiz (baza təhsili) sonra isə 3 illik bakalavr təhsili alırsız

Aviasiya sahəsi üzrə Almaniyada ödənişsiz magistr təhsili ala bilərəm? Baklavr qiymətlərim neçə olmalıdır?

Bəli ancaq aviasiya management təhsili ala bilərsiz. Bakalavr qiymətləriniz 85-dən yuxarı olmalıdır

Almaniyada pulsuz təhsillə magistrə qəbul olmaq üçün 75 GPA kifayətdir?

Xeyr, bunun üçün GPA 80-dən yuxarı olmalıdır

Almaniyada təhsil neçə ildir? Tibb sahəsi üzrə 1 illik ödəniş nə qədərdir?

Almaniyada tibb təhsili ancaq alman dilində mümkündür. İllik təhsil haqqı isə Universitetdən asılı olaraq dəyişir. 14.000 Avroyadək.

Almaniyada pulsuz təhsil almaq ucun bakalavr qiymətləri minimum neçə olmalıdır? Mənim orta balım 70-dir. Bu qədər kifayət edirmi?

Almaniyada təhsil pulsuz və yüksək keyfiyyətli olduğu üçün bütün Dünya ölkələri bura üz tutur. Və bu da ciddi rəqabət mühiti yaradır. Ümumilikdə qəbul olmaq üçün 80-dan çox olmalıdır orta bal.

salam men 2 kursda oxuyuram 1 kursdan kesrlerim var gelen ilden almaniyada baslaya bilerem kesrim ola-ola yeni gpa lazimdir?

Kəsiriniz varsa, qəbul etməyəcəklər. ikinci kursun bütün sahələrini tam bitirməlisiniz ki, orda birinci kursa başlaya biləsiniz. Amma bu özəl universitetlərə aid deyil.

salam almaniyada bakalvri qurtardiqdam sonra nece islemey olar bes esgerliy?

Salam, Əsgərlik Azərbaycana aid olan qanundur. Yəni buna işləyib işləməməyiniz Almaniya üçün fırq etməz amma Azərbaycan sizi əsgərliyə çağıracaq. Biz yalnız təhsil ilə bağlı məsləhət veririk. İşləmək haqqında ora gedəndən sonra universitetdən və digər agentliklərdən məlumat ala bilərsiniz.

BDU-nun Kimya Mühəndisliyi ixtisasını bitirmişəm. İngilis dilim orta səviyyədədi Almaniyada təhsil almaq üçün nə etməliyəm? Almaniyada insan hüquqlarının beynəlxalq müdafiəsi kurs 550 euro-ya qeyd edilib, bu qiymətə nələr daxildir? Tələb olunan ancaq dil biliyidir?

Bu qiymət ancaq kursun qiymətidir. Qalmaq, yaşayış özünüz təmin etməlisiz. Bəli, tələb ancaq dildir və yaş həddidir.

Mən bakalavrı Azərbaycanda 2 il qiyabi oxusam, birbaşa Almaniyada bakalavr təhsilinə müraciət edə bilərəm?

Xeyr, çünki 2 illik qiyabi təhsil 2 illik əyani təhsillə bərabər tutulmur. Siz Azərbaycanda ən azı 3 il qiyabi bakalavr təhsili almalısınız ki, təzədən Almaniyada 4 illik bakalavr təhsilinə müraciət edə biləsiz, əks halda sizin qəbul olma şansınız yoxdur.

Almaniyada magistr təhsili almaq istəyirəm, bakalavr artıq başa vurmuşam. IELTS nəticəmi isə yalnız yanvarda ala bilərəm. 2014-cü ildə magistr təhsilimi Almaniyada almaq üçün ən gec nə vaxt müraciət etməliyəm?

Bunun üçün ən gec siz iyun ayında müraciət etməlisiz

Heidelberg Universitetində təhsil almaq üçün nə qədər ödəniş edilməlidir?

Ixtisasdan asılı olaraq dəyişir təhsil haqqı. 500 – 6000 avro arası.

Almaniyada ingilis dilində informasiya texnologiyaları və ya kompyuter mühəndisliyi üzrə bakalavr təhsili varmı?

Almaniyada ingilis dilində olan bakalavr ixtisaslar əsasən iqtisadiyyat yönümlüdür. Amma buna baxmayaraq, informasiya mühəndisliyi, informasiya və kommunikasiya dizaynı kimi ixtisaslar ödənişsiz olur. Kompyuter mühəndisliyi ixtisası isə illik 7.500 – 10. 000 avro arası ödənişlidir

Hal-hazırda Aviasiya Akademiyasında təhsil alıram. Almaniyada pilotçuluq üzrə təhsil ala bilərəm?

Almaniyada Aviasiya İdarəçilik Akademiyası var. Ancaq orda pilotçuluq, mühəndislik bu kimi ixtisaslar keçirilmir. İxtisas adındanda göründüyü kimi, idarəçiliklə bağlıdır. Akademiya özəl tiplidir. İllik təhsil haqqı 9000 avrodan başlayır. Təhsil ingilis dilindədir

Almaniyada Universitetlərə ildə neçə dəfə qəbul var?

Normalda ildə qəbul 2 dəfə olur. Oktyabr başlanğıcı üçün və Mart başlanğıcı üçün. P:S : Mart ayında başlayan proqramlar demək olarki azdır.

Almaniyada dərslər nə vaxt başlayır?

Adətən bu Universitetlərdə fərqli olur. Ümumilikdə dərslər Oktyabr ayından başlayır.

Almaniyada ingilis dilində bakalavr və magistr təhsili ala bilərəm?

Bəli, siz Tibb və Hüquqdan başqa qalan ixtisaslarda ingilis dilində təhsil ala bilərsiz.

Hazırda Azərbaycanda bakalavr oxuyuram və Almaniya Universitetlərindən hər hansı birinə transfer mümkündür?

Almaniya Universitetlərinə transfer yalnız orada 1-ci kursdan başlamaq mənasında anlaşılır. Almann Dövlət Universitetlərini yarıdan başlamaq mümkün deyil.

Almaniya Universitetlərində təhsil almaq üçün hansi imtahan vermək lazımdır?

Əgər siz təhsilinizi alman dilində davam etdirmək istəyirsizsə, onda siz TestDAF və ya DSH imtahanlarından birindən keçməlisiz. Əgər təhsilinizi ingilis dilində davam etdirmək istəyirsizsə onda siz TOEFL və ya İELTS imtahanlarından birini verməlisiz

Almaniyada öz hesabıma təhsil ala bilərəm?

Bəli, mümkündür. Bunun üçün bizim ofisə yaxınlaşa bilərsiz

1-ci kursdan Almaniyaya qəbul mümkündür? GPA minimum nə qədər olmalıdır ?

Xeyr, Almaniyaya qəbul ancaq 2-ci kursu bitirdikdən sonra mümkündür. GPA minimum 80 olmalıdır

Almaniyada yaşayış xərcləri nə qədərdir?

Almaniyada yaşayış xərci o qədərdə baha deyil. Belə ki, yataqxana qiymətləri 200 euro-dan başlayır ( tək nəfərlik ). Kirayə evlər isə 400-500 euro-dan başlayır. Əgər bölüşsəz , adam başı 120-150 euro olur. Digər xərclər isə individualın özündən asılıdır. Normalda bir aya orta hesabla 500 euro kifayət edir.

Salamlar. Bilmek istərdim ki, Almaniyada MBA təhsili üçün iş təcrübəsi mütləqdirmi? İş təcrübəsinin tələb olunmadığı MBA proqramı hansı ölkədə mövcuddur? Universitetdən qəbul məktubu aldıqdan sonar Dövlət Proqramına müraciət etmək mümkündürmü?

Salam, İş təcrübəsi olmadan MBA mümkündür, amma bunu isveçrədə edə bilərik. IELTS 6.5 lazımdır. Bəli dövlətə müraciət edə bilərsiniz.

Salam. Almanyada MBA proqrami uzre tehsil almaq ucun hansi imtahanlar tələb olunur.

MBA yalnız ödənişli əsaslarla mümkündür və İngilis dili sertifikatı+ iki il iş təcrübəsi.

Salam. Əgər mənim bakalavr təhsilimdə GPA az olarsa, mən Almaniyada magistr təhsili ala bilərəmmi? Mən bildiyim qederi ile yalniz ozel universitetlerde olur. Eger elədirsə özəl universitetlerde tehsil haqqi ne qederdir? Ve minimum ödənişli universitetler hansilardir? Deyə bilərsinizmi?

Dövlət universitetində magistr pilləsi almaq üçün gərək GPA 80+ olsun. Əks halda özəllərə qəbul daha yaxşıdır. İllik təhsil 10 min manatdan başlayır. Almaniyada MBA-dən başqa bütün magistr təhsili 1.5-2.0 ildir.

Mən Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyini (rus dili) bitirmişəm. Almaniyada bakalavr kimi hüquqdan təhsil ala bilərəmmi? ixtisasim müəlliməlik olduğu üçün bunu dəqiqləşdirmək istərdim.

Salam, Burada bakalavr bitirmisinizsə, Almaniyada istənilən bakalavr oxuya bilərsiniz, amma təssüflər olsun ki, hüquq sahəsi üzrə Almaniyada ingilis dilində bakalavr yoxdur.

Mənim bakalavr qiymətlərim 3-4-dür. BDU-da kimya bitirmişəm magistrı qırmızı diplomla. Almanyada magistr təhsil almaq şansım var?

Salam, Almaniyada 100 faiz rahat təhsil ala bilərsiniz əgər IELTS balınız varsa.

Göstərmisiz ki Almaniyada əksər Universitetlər pulsuzdur, IELTS və orta baldan başqa nə tələblər var? Müsahibədə alman dil bacarığı tələb olunur?

Əlavə ancaq odurki ixtisasınızı dəyişməyəsiz. Eyni ixtisas oxuya bilərsiz pulsuz magistr üzrə. Müsahibədə alman dili tələb olunmur və ixtisasdanda imtahan verilmir əlavə

Mən magistr birinci kursdayam, ikinci kursu Almaniyada davam etdirə bilərəm? Mümkündürsə, nə vaxt müraciət edə bilərəm? ( fərq etməz ödənişli ya ödənişsiz)

Transfer edib 2ci kursu orda oxumağınız mümkün deyil. Sadəcə təzədən orda 2 il magistrə qəbul olub oxuya bilərsiz. Bunun üçün sizə IELTS nəticə və Bakalavr qiymətlərinizin yaxşı olması vacibdir.

Salam.Men 9 cu sinif shagirdiyem.Mektebi bitirdikden sonra Almaniyada Universitetde tehsil almaq isteyirem.Bunun ucun ne etmeliyem? Tqdk imtahansiz oxumaq olar? Ve ne qeder puı odemeliyem ile?

Salam. Təəssüf ki, Almaniyada məktəbdə tədris işi ilə məşğul olmuruq.

salam men bilmek isterdim almanyada tibb kolleci tehsili almaq olar?9-cu sinife bitirdikden sonra getmeliyem?ya 8-ci sinifden gede bilerem

Salam. Almaniyada Tibb üzrə təhsil almanca olduğu üçün biz həmin sahə üzrə bilgimiz yoxdur. Bunun üçün gərək alman dilini bilək.

Salam,Humboldt unuversitetinin Beynelxalq Muasibetler fakultesi hansi dildedir Satnan qebul olmaq mumkundur?Onceden tesekkurler.

Salam. Ümumiyyətlə, Humboldt universitetində Beynəlxalq Münasibətlər fakültəsi yoxdur. SAT-i istəyən ölkələr yalnız Amerika və Türkiyədir.Almaniya üçün keçərli deyil. İngilis dilli proqramlar üçün İELTS, Alman dilli proqramlar üçün isə Alman dilindən beynəlxalq sertifikatınız olmalıdır (Testdaf, məsələn).

Almaniyanin Humboldt adina Berlin unuversitetinene nece qebul olmaq olar?SAT -nan qebul olmaq mumkundurse ne qeder bal toplamaliyam Ielts qebul olmaq mumkundurse ne qeder toplamaliyam TQDK -nin qebul olmaq mumkundurse ne qeder toplamaliyam dovlet odenisle qebul olsam butun xerclerimi dovlet qarsiliyirmi? bu olkede oxuyanda ne kimi ustunlukler elde edirem?Xahis edirem bunlarin hamisini cavablandirarsiniz.

Salam. Əgər hal-hazırda məktəbdə təhsil alırsınızsa nə SAT, nə TQDK, nə də İELTS balı ilə Almaniyada birbaşa bakalavra başlaya bilmərsiniz. Almaniyada təhsil 13 illik olduğu üçün, siz ya gərək Almaniyada iki il əlavə təhsil görəsiniz və ya Azərbaycanda ikinci kursu bitirdikdən sonra Almaniyada bakalavr təhsilinə başlaya bilərsiniz. Bakalavra başlamamışdan qabaq dövlətə müraciət edib müsabiqədən qalib ayrılsanız, dövlət bütün xərclərinizi ödəyəcək. Amma orada iki il kollecdə oxuduğunuz dövrdə dövlət sizə maliyyə ayırmır. İkinci kursu bitirdikdən sonra İELTS 6.5 və qiymətlərinizin yaxşı olması kifayətdir. SAT və TQDK-ya ehtiyac yoxdur. Almaniya təhsil sisteminə, tədris resurslarına, müəllim heyətinə görə öndə gedən ölkələrdəndir.

Almaniyada Heidelberg Universitetində pulsuz təhsil almaq mümkündür? TOEFL və ya IELTS lazımdır?

Xeyr, Heidelberg Universiteti Almaniyanın ən qədim və ən nüfüzlu Universitetlərindən biridir. Burda təhsil ödənişli əsasladır. İngilis dilində təhsil almaq üçün sizin IELTS balınız minimum 6.5 və yaxud TOEFL nəticəniz minimum 80 olmalıdır

Kompyuter elmləri- İqtisadi Kibernetika ixtisası üzrə bakalavr təhsili almış biri üçün magistr hansı ixtisaslar yaxın hesab olunur? (İT sahəsini çıxmaq şərti ilə) Daha çox hansı iqtisadi yönümlü ixtisaslar alternativ hesab edilə bilər? Nəzərə alın ki, dövlət proqramına müraciət etmək istəyirəm və ixtisasdan kənar seçim etmək hüququn yoxdur.

Salam, Onu konkret demək çətindir. Keçdiyiniz dərslərdə iqtisadiyyat çoxdursa Macarıstana qəbul etdirə bilərik və dövlətə müraciət edə bilərsiniz. Ünvanımız ana səhifədə var.

Salam , almaniyada magistr tehsili ala bilmek ucun minimum GPA necedir? ve GPA vacib olmayan universitet var mi?

Salam. Almaniyanın dövlət universitetlərində GPA 80+ yığmalısınız ki, universitetə qəbul şansınız artsın. Almaniyanın dövlət universitetləri pulsuz olduğundan güclü rəqabət yaranır və GPA balı bəzən maksimum olsa da bəzi universitetlərə qəbul olmaq çətin olur. 30 nəfərlik yer üçün 500-1000-ə yaxın xarici tələbə müraciət edir bəzən. Odur ki, GPA-nizi maksimum etməlisiniz. GPA vacib olmayan universitetlər Almaniyanın özəl universitetləridir. Orada GPA 65+ olarsa, qəbul olmaq şansınız var. Lakin, qeyd edim ki, həmin universitetlərin təhsil haqqısı illik 10 min avrodur. GPA 70+ olarsa Böyük Britaniya (illik 18-20 min manat təhsil haqqı) və ya Macarıstanın dövlət universitetlərində (illik 5000-7000 manat) təhsil ala bilərsiniz.

salam. Men Almaniyada magistratura tehsil almaq isteyirem. universiteti qurtardiqdan sonra herbi xidmete gedib gelennen sonra bu huquqa malik ola bilerem? yoxsa universiteti qurtardiqdan sonra derhal getmek olar? ( herbi xidmete getmemiw) bu arada 3cu kursda oxuyuram. tehsilimi Almaniyada davam etdire bilerem? xahis edirem cavab yazasiniz.

Salam. Hərbi xidmətə getməmişdən qabaq, İELTS sertifikatınızı, qiymət cədvəllərinizi və oxumaq haqqında arayışı universitetdən alıb universitetlərə yollaya bilərsiniz. Hərbi xidmətdə olduğunuz ərəfədə Diplom və Əlavəsini də universitetdən alandan sonra Alman universitetdən qeyri-şərti qəbul ala bilərsiniz. Əsgərlikdən qayıtdıqdan sonra dərslərə başlaya bilərsiniz.

Salam menim ortaq balim 81dir Almaniyada ingilis dilinde huquq ixtisasi uzre magistr oxuya bilerem

Salam. Təəssüf ki, Alman universitetlərində ingiliscə hüquq üzrə magistr proqramı yoxdur. Hüquq üzrə magistr ingilis dilində çox az sayda universitetdə tədris olunur. Hüquq üzrə magistr təhsilinizi Böyük Britaniya və Macarıstan kimi ölkələrdə ingiliscə rahat təhsil ala bilərsiniz. Orta balınız çox yaxşıdır. İELTS balınız varsa, bizə yaxınlaşsanız sizə kömək edə bilərik.

salam men turkiyede tehsil aliram 1ci ilimdi sizden soruwmaq isdeyirem ki men burdan ixtisasima uygun Almaniyanin her hansi universitesine gecid ede bilerem?

Salam. Türkiyədə ikinci ilinizi bitirdikdən sonra 3-cü ilinizdə Almaniyanın dövlət universitetlərində bakalavr oxumaq üçün müraciət edə bilərsiniz. 1-ci ildən sonra Almaniyanın özəl universitetlərinə keçə bilərsiniz. İllik təhsil haqqı 10.000 avro-dan başlayır. İELTS sertifikatınız varsa, digər ölkələrə keçib bir başa bakalavrdan başlaya bilərsiniz.

salam men ALMANIYADA magistr tehsili almaq isteyirem orta balim 77-dir.nece tehsil ala bilerem DAAD proqrami uzre?xais edirem cavab yazin

Salam. Ümumiyyətlə Almaniyada təhsil haqqı aşağı olduğuna görə Alman universitetlərinə qəbul olmaq üçün rəqabətlə üzləşirsiniz. Bunun üçün qiymətləriniz əla olmalıdır, yəni 80-85-dən yuxarı. Orta balınız aşağıdırsa sizə Böyük Britaniya və Mərkəzi Avropa ölkələrini məsləhət görərdik. Qəbul olduqdan sonra, dövlətin təqaüd proqramına müraciət edə bilərsiniz.

Salam. Mən Hüquq faultəsi 4-cü kurs tələbəsiyəm. almaniyada magistr təhsili almağım üçün nə lazımdır? ielts sertifikatım yoxdur və almanca dil biliklərim çox zəifdir. Almaniyada əvvəlcə dil kursu keçib daha snra magistr oxuya bilərəmmi?

Salam. Almaniyada Hüquq sahəsi üzrə magistr oxumaq istəyirsinizsə beynəlxalq Alman (məsələn, TestDaf) və ya ingilsi dili (məsələn, İELTS) sertifikatınız olmalıdır. Bunlardan başqa qiymətlərin yaxşı olmalıdır. Təbii ki, Almaniyada dil kursu keçib beynəlxalq alman dili sertifikatını əldə edən sonra Almaniyada almanca magistr oxuya bilərsiniz. CELT College sizə bu işdə yardımçı ola bilər.

Salam. zehmet olmasa cavablandirin . tutaq ki men mektebi qurtardiqdan sonra Almaniyada studienkolleg-e qebul oldum .sonra esgerlik meselesi de var . bes onu nece hell etmek mumkundur? yəni studienkollegde oxuduģum muddetde dövlet meni esgerliye caģiracaq yoxsa ordan arayîş alib esgerliyi saxlatdirmaq mumkundur? bilmirem ne derecede fikrimi izah eliye bildim .

Salam. Almaniyaya oxumağa gedərkən kollec və ya universitetdən oxumaq haqqında (enrollment) haqqında arayışı alıb hərbi komissarlığa təqdim etməlisiniz. Belə halda hərbi xidmətə dair möhlət verilir.

Salam. mən ADNA’da gelogiya mühəndisliyində oxuyuram. bilmək istərdim Almaniyaya neçənci kursdan sənəd vermək olur və İLETS balı nə qədər olmalıdı. bir də mən orda pulsuz təhsil ala bilərəm?

Almaniyaya ıı kursdan oxumağa başlaya bilərsiniz .bəli Almaniyada dövlət universitetləri demək olar ki pulsuz olur . Ingilisce oxumaq ūçūn IELTS balınız 6,0-6,5 olmalıdır .Bu yenə də universitetdən asılı olaraq dəyışír . Amma ilk öncə seçdiyiniz universitetdə sizin ixtisasınizın ingilisce olub olmadığını araşdırın .

Salam. Almaniyada Ingilis dilinde oxumaq üçün Studienkolleg keçmək mövcuddurmu? yoxsa studienkolleglər ancaq alman dilində olur ve almanca oxuyan telebeler üçündür?

Studien Kolleg ancaq alman dilindədir

Alman universitetlerinde magistr qebulu ucun nezerde tutulmus deadline muddeti ne vaxt bitir (yeni ne vaxta qeder sened yollamaq olar)?

Salam. Universitetdən universitetə dəyişir. Bəzi yerlərdə bitib, bəzi yerlərdə mayda başlayıb iyulda bitir, bəzilərində də iyuna kimidir. Hər universitetin rəsmi saytına nəzər yetirin zəhmət olmasa.

salam.mən Az\rbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm.Almaniyada magistr oxumaq istəyirəm ancaq sertifikatım yoxdur.1 il Almaniyada universitetin nəzdində kurs keçərək sertifikat alnadan sonra başlaya bilərəmmi?əgər başlaya bilərəmsə oranın tələbəsi olacammı bu kurs keşdiyim müddətdə?

Salam. Almaniyadakı universitetlərə qəbul yalnız qeyri-şərti ala bilərsiniz. Siz Alman universitetlərinə sənəd göndərdiyiniz zaman sizə bir il möhlət verilmir. Alman universitetlərində ayrıca bir il dil kursu təklif edən bir yer tanımırıq. Dil kursları olsa belə, gərək həmin universitetə qəbul alasınız. Almaniyada hər hansı bir kursda ayrıca dil kursu götürə bilərsiniz. Sertifikatınızı aldıqdan sonra Alman universitetlərinə sənədlərinizi yollaya bilərsiniz. Qeyd edim ki, Alman dili çətin olduğuna görə bəzən 1 il də kifayət etmir. Bu məsələdə diqqətli olmağınızı məsləhət görürük.

Salam , 6.0 score IELTS ile Almaniyada Iqtisadiyyat uzre magistr tehsili almaq olar? Eger olarsa xahis edirem meslehetli universitetlerin adini yazardiniz

Salam. Bəli, olar. DAAD-in saytından siyahısına baxa bilərsiniz. Orada 6.0 ilə qəbul edən universitetlərin siyahısı ilə tanış ola bilərsiniz.

Almaniyada psixologiya uzre magistr tehsil ile maraqlaniramehsil neceye baa geler?.bunun ucun Azerbaycanda hansi kurslara haraya muraciet etmeliyem ve almaniyada magistr t

Salam. Almaniyada psixologiya üzrə ingilis dilində olan proqramlar çox azdır. Almanca öyrənsəniz qəbul olma şansınız yüksək olacaq. Bunun üçün yaxşı bakalavr qiymətləri və İELTS və ya TestDaF-dan sertifikatınız olmalıdır. İngiliscə öyrənmək üçün və ya xaricdə təhsil almaq üçün bizim kurslara müraciət edə bilərsiniz. İngilis dilli proqramlar üzrə sizə yardımçı ola bilərik.

Salam Xahish edirem tez cavab yazasiniz men Kollec mezunuyam Almaniyada 1.ci kurdan oxuya bilerem? ve Ielts bali ile getmek isteyurem yardim edi

Salam, Almaniyada birinci kursda oxumaq üçün 13 il akademik təhsiliniz tamamlanmalıdır. Yəni 11 attestat və sonra 3 il kollec oxumusuzsa bəli qəbul ola bilərsiniz. IELTS 6.5 lazımdır.

Salam. Mən keçən il məktəbi qurtardım. artıq 8 aydır ki Almaniyadayam və dil öyrənirəm. B2 səviyyəsindəyəm. StudienKollegə necə anmelden yəni başvuruedə bilərəm qəbul üçün. Yardımçı olsanız sevinərəm.

Salam, Studien Kolleg ingilis dilində yoxdur. Yalnız Almancadır. Biz ingilis dilində olan proqramlarla məşğul oluruq. Əgər orda oxuyursunuzsa məsləhətdir ordakı məktəb sizə kömək etsin. Həm də Almanca artıq bilirsinizsə hər ştatın öz studien kollegi var, onlara yazıb soruşun. Normalda imtahan olur.

Salam Almaniyada orta ve ya aşağı seviyyeli şeherde yaşam xerci aylı minimum ne qeder olur?

Salam. Illik 9 min avro

salam.men BDU biologiya fakultesini bitirmisem.oz ixtisasim uzre Almaniyada magistr tehsiline neqeder pul lazimdi?

Salam. Almaniyada magistr təhsili üçün illik (yemək və qalmaq daxil) 9-10 min avro xərciniz çıxacaq.

 

Almanyada pulsuz bakalavr tehsili almaq mumkundurmu bunun ucun nelere ehtiyac var. ingilis dilnde tehsil almaq olarmi

Salam. Bakalavr yoxsa Magistr dərəcəsi?

Salam . Almaniyada magisteri ingilisce bitirmek ucun illik ne qeder xerc cixir ?

Almaniyada hüquq fakültəsi bahadır. İllik 3-10 min avro arasıdır. və üstəgəl yaşayış xərcləri. Almaniyada illik yaşayış xərcləri 8 min avrodur.

salam. men oyrenmek isteyirem. almaniyada iqtisadiyyat uzre magistr oxusam orada yaşamaq, tehsil haqqi. yeni umumi normal xercleyen shexs kimi 1 ile ne qeder xercim chixar?

Salam. Almaniyada 1 illik yaşayış xərci 8848 avrodur. Vizaya gedərkən alman hesabınızda bu qədər pul olmalıdır.

Salam .Almaniyada oxumaq uçun neçe il studienkolleg oxumaq lazimdir? 1 il yoxsa 2 il?

Almaniyada Alman dili biliyiniz varsa, Studienkollegi bir ilə bitirə bilərsiniz.

salam.Mən ADDA nin 2 ci kurs telebesiyem.Tehsilimi Almaniyada davam etdirmey istyrem.İlk once hara muraciet etmek lazimdir?tesekkur edirem

Salam. İkinci kursda oxuyursunuzsa. ikinci kursu bitirdikdən sonra səndə qəbulu işini aparmaq olar. 3-cü kursu bitirdikdən sonra Almaniyada birinci kursdan təhsilə başlaya bilərsiniz. Məsləhətimiz odur ki, ya 2-ci kursu bitirdikdən sonra Böyük Britaniya,və Hollandiya kimi digər Avropa ölkələrin birində bakalavra başlayasınız və ya Almaniyaya magistr təhsili üçün gedəsiniz.

Salam, men Almaniyada bakalavr tehsili almaq isteyirem. Size bezi suallarim olacaq. 1) Bilmek isteyirem, Almaniyada odenishli ve odenishsiz, dovlet ve ozel universitetleri hansilardir? 2) Odenishli universitetlerin illik odenishi ne qederdir? Dovlet uni.leri arasinda da odenishli uni.ler varmi? 3) Telebenin ayliq ne qeder xerci cixir? 4) Yurdlarda telebeleri yemekle temin edirlermi? 5) Muhendislik fakultesini oxumaq isteyen telebe hansi univ.lere muraciet etmelidir? 6) YÖS le Turkiyede tehsil haqqi qazanib, (Turkiyede birinci kursu oxumamish) birbasha Almaniyada da tehsil haqqina sahib olmaq mumkundurmu? 7) Almaniya universitetleri xarici (azerbaycanli) telebelere teqaud verirmi? 8) Almaniya dovlet universitetlerine son muraciet tarixi ne vaxtdir? 9) IELTS neticesi ile Almaniyada tehsil haqqi qazanmaq mumkundurmu? Xahish edirem, en qisa zamanda cavablandirasiniz. Teshekkur edirem.

Salam. 1) Almaniyada 400-ə yaxın universitet var. Bütün siyahıya baxmaq üçün axtarış sistemlərindən istifadə edə bilərsiniz. Özəl universitetlərdə təhsil haqqı 10 min avrodur, dövlət universitetlərində təhsil haqqı 500-1000 avro arasındadır. Dövlət universitetləri üstünlük təşkil edir.

2) Dövlət universitetlərin bəzilərində bir neçə ixtisas pulludur (5000-10000 avro), amma 90 faiz hallarda təhsil haqqı 1-ci sualda qeyd etdiyim kimidir.

3) İllik orta hesabla 8800 avro xərc çıxır. Yemək, yaşamaq və digər xərclər.

4) Yurdda təmin etmirlər. Amma yataqxana yaxınlığında kafelər, restoranlar olur. Bəzən tələbələrə endirim də təklif edilir.

5) Mühəndislik oxumaq istəyən mühəndislik ixtisası olan hər bir universitetə müraciət edə bilər.

6) Xeyr, bu mümkün deyil. Bunun üçün gərək Türkiyədə 2 il təhsil alasınız və ondan sonra Almaniyada birinci kursdan təhsilə başlaya bilərsiniz. Almaniyada orta təhsil 13 illik olduğu üçün, siz gərək 13 il təhsil alasınız ümumilikdə.

7) DAAD proqramı verir. Amma Universitetlər vermir.

8) Universitetdən universitetə dəyişir. Ən sonra müraciət iyun ayıdır. Amma mart-apreldə qəbulu bitənlər də var.

9) İELTS nəticəsindən başqa, Azərbaycanda ən azı iki il bakalavr oxumalısınız ki, Almaniyada bakalavr ixtisasına başlaya biləsiniz. Magistr oxumaq üçün gedirsinizsə bakalavrda orta balınız 80+ bal arası olmalıdır. Ümid edirəm, ətraflı cavab ala bildiniz.

salam bilmek isterdimki Almaniyada teqaudle tehsil almaq mumkundurmu ve bu mumkundurse bank hesabinin olmasi vacibdirmi?onceden tesekkurler

Salam. Alman universitetlərində təhsil almaq üçün təqaüd alsanız, bank arayışına ehtiyac yoxdur. Əvvəlcə Alman universitetlərindən birinə qəbul almalısınız və ondan sonra dövlətdən təqaüd almalısınız.

 

601 thoughts on “Almaniyada Təhsil ilə bağlı Sual və Cavablar”

  1. Salam.
    Mən İqtisad universitetinin 3 cür kursunu bitirmişem.Orda hal hazırda ümumi dizayn üzrə təhsil alıram.Ortalama balım hələ ki 80dir. IELTS ucun ingilis dili kursuna gedirəm.
    Fikrim qrafik dizayn üzrə irəliləməkdir.
    Almaniyada dizayn üçün pulsuz təhsil mümkündürmü?

  2. Salam,mən BDU-da 1ci kurs tələbəsiyəm,dövlət sifarişli. 1ci kursu bitirdikdən sonra təhsilimi almaniyada davam etdirmək istəyirəm.Bunun üçün nə etməliyəm heç bir məlumatım yoxdu zəhmət olmasa məlumat verərdiniz.

  3. Salam men BDU da ikinci ali tehsilimi alıram hüquq üzre. İkinci tehsil olduguna görə ödənişli və qiyabidir. Hazırda 2ci kursam. Birinci tehsilim BDU tarix olub. Bilmək istəyirəm men hüquq üzrə Almaniyada bakalvr ya magistr tehsili üçün ne zaman müraciət edə bilərəm ? Və qebul olunaramsa orda nece il oxumali olacam? Və magist ya bakalvr təqaüdlə qebul olmaq şansım varmı?

  4. Salam Mən Özüm Turuzim Və Sosial xidmətlərdə Oxuyuram,Mehmanxana İnzibatcısı Üzrə Turizim Diplomu İlə Almaniyaya Gəlib Bakalavr(Universtet Təhsili) Ala Bilərəm?

  5. Salam Mən Bdu da kimya müəllimliyi ixtisasını bitirmişəm bakalavr üzrə almanyada hansi universitetlərdə hansı fakültələrdə magistr təhsili ala bilərəm?

  6. Salam.Türkiyədə dövlət universitetində ingiliscə beynəlxalq əlaqələr ixtisasını bitirdikdən sonra Almaniyada ixtisasım üzrə magistr təhsilimi berlində hansı unilərdə ingiliscə ala bilərəm? Təhsil haqqı nə qədərdir?

    1. Bakalavrı bitirmədən Almaniyaya masterə gedə bilməzsiniz. Əgər bakalavra gedəcəksinizsə transcript çıxartdığınız zaman mövcud olan qiymətlər əsasında hesablanır

  7. Salam. Zəhmət olmasa məlumat vererdiniz. 10cu sinif oxuyuram. Burdan dil kursuna gedib, alman dilini oyrensem, kurs mene CV vere biler getmeyim ucun? Yada bu seraitde nece Almaniyaya gede bilerem?

  8. Salam. Almaniyada bakalavr tehsilini devam etmek ucun Azerbaycanda oxudugum universitetin sadece birinci ve ya ikinci semestr ortalama qiymeti nezere alinir yoxsa her ikisini ortalamasi birden ?

  9. Salam men bdu filologiya(alman dili ve edebiyyati) oxuyuram. 2ci kursa gedirem. Almaniyada bakalavr tehsili almaq isteyirem, hansi ixtisaslari sece bilerem ve ya secsem yaxsidir?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next