Almaniyada Təqaüdlü Təhsil, Azərbaycanlı Tələbələr

Almaniyada təqaüd proqramları alman və ingilis dillərini yaxşı bilən istedadlı tələbələrə, aspirantlara və müəllimlərə təqdim olunur. Təqaüdlər əsasən Alman Akademik Mübadilə Xidməti (DAAD), həmçinin siyasi partiyalar, kilsə, iri şirkətlər və ayrı-ayrı torpaqlar tərəfindən maliyyələşən müxtəlif ictimai fondların xətti ilə verilir.

DAAD Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını birləşdirir. Bu qurum Almaniyanın xarici mədəniyyət, ali təhsil və elm üzrə siyasətinin təşkilində bir vasitəçidir. Xidmətin xarici dövlətlərdə 14 nümayəndəliyi və dünya üzrə 48 məlumat mərkəzi fəaliyyət göstərir. DAAD ildə 55 mindən çox təqaüd ayırır.

DAAD-la Azərbaycan Republikası Təhsil Nazirliyi arasında imzalanmış Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişə əsasən son illər azərbaycanlı tələbə, magistr və doktorantların (aspirantların) Almaniyada təhsil alması üçün geniş imkanlar yaranıb. Bu proqram çərçivəsində namizədin akademik səviyyəsindən asılı olaraq onlar alman universitetlərindən bakalavr, magistr və ya PhD dərəcəsi alırlar. Proqramda muhəndislik, tibb və səhiyyə, təbiət elmləri, sosial və humanitar elmlər, biznes və iqtisadiyyat, kompüter və informasiya elmləri, hüquq, incəsənət və musiqi, kənd təsərrüfatı, ekologiya və turizm sahələrinin tələbələri iştirak edə bilərlər.

ERP-nin (Avropa Bərpa Proqramı) illik təqaüdləri isə iqtisadiyyatçı tələbələr üçün nəzərdə tutulub. Bu təqaüdlərin sayəsində iqtisadiyyat və müəssisə idarəçiliyi sahələri üzrə üçüncü kurs tələbələri iki semestr (10 ay) ərzində Almaniyanın dövlət universitetlərində təhsil almaq imkanı əldə edirlər. Almaniyada müəssisələrin birində təcrübənin keçirilməsi proqramın mühüm hissəsini təşkil edir. Daxilolma şərtlərinə əsasən şəxsin yaş həddi 32-dən yuxarı olmamalı və o, alman dilini yaxşı bilməlidir.

Almaniyanın müxtəlif siyasi partiyalarına yaxın fondların təqaüd proqramları da yetərincədir. Əsasən, Adenauer adına Fond (Konrad-Adenauer-Stiftung) magistratura təhsili və Almaniyada elmi tədqiqatların aparılması istiqamətində təqaüdlər ayırır.

1860-cı ildə təsis olunmuş Aleksandr Humbolt adına fond əcnəbi və yerli alimlər arasında elmi əməkdaşlığın yaradılmasına yardım edir. O, hər il 1900-dən çox əcnəbi alimin elmi məqsədlərlə Almaniyaya gəlməsinə şərait yaradır və 23 minlik keçmiş təqaüdçülərin dünya şəbəkəsini dəstəkləyir. Onların arasında 130 ölkədən 43 Nobel mükafatı laureatı da var.

Daha bir nüfuzlu yardım proqramını Beynəlxalq Maks Plank Tədqiqat Məktəbləri (International Max Planck Research Schools – IMPRS) təqdim edirlər. Onlar savadlı alman və əcnəbi tələbələr üçün nəzərdə tutulub. IMPRS strukturlaşdırılmış təhsil və tədqiqatlar üçün gözəl şərait yaradır. IMPRS çərçivəsində elmi tədqiqatlarla təxminən 2100 aspirant məşğul olur. Onların əksəriyyətini xarici ölkələrdən gələnlər təşkil edir. Bu proqramın təqaüdçüləri namizədlik dissertasiyasını Almaniya universitetlərindən birində və ya öz ölkəsindəki universitetdə müdafiə edə bilərlər.

İstənilən təqaüdün alınması üçün adətən standart sənədlər paketi tələb olunur. Buraya müraciət anketi, qısa tərcümeyi-hal, diplomun, orta təhsil haqqında attestatın surəti, iki və daha artıq xasiyyətnamə və dil kurslarından alman dilinin öyrənilməsi barədə arayış daxildir. Bəzi hallarda sağlamlıq haqqında arayış, aspirantlar üçün elmi nəşrlərin siyahısı, alman professorun elmi rəhbər olmasına namizədin razılığı, Almaniyada təhsilin zəruriliyinin ətraflı əks olunduğu əlavə məktub (Beratung) və konkret təlim proqramının seçilməsi də tələb edilə bilər.

Azərbaycanlı tələbələrin Almaniyada təhsili

Universitetlərinə dünyanın bütün ölkələrdən böyük axın olan Almaniya ali məktəblərində təhsil alan azərbaycanlıların sayı son illər durmadan artmaqdadır. Azərbaycanla Almaniya arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir ki, 1998-2010-cu illərdə Alman Akademik Mübadilə Xidmətinin xətti ilə 800-dən çox həmvətənimiz bu ölkənin ali məktəblərinə göndərilib. Onu da qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində isə 120-yə yaxın azərbaycanlı Almaniyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Artıq onların bir çoxu ali təhsillərini başa vuraraq yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə həyatının ayrı-ayrı sahələrinin inkişafına layiqli töhfələr verməkdədir.

43 thoughts on “Almaniyada Təqaüdlü Təhsil, Azərbaycanlı Tələbələr”

  1. Salam axşamınız xeyir. Mən bu il İncəsənət universitetini bədii xalça üzrə bitirmişəm,lakin magistrı memarlıq sahəsində Almaniyada təqaüd hesabına almaq istəyirəm.Mən ixtisasımı bakalavra yaxın seçmişəm, amma yenidən imtahan vermeyim gərəklidirmi ? Və nə vaxta kimi ərizələrimi təqdim etməliyəm ?

  2. Salam menim ixtisasim ingilis dili muellimliyidir. Mezun olduqdan sonra masteri Almaniyada ingilis dilinde amma basqa ixtisas uzre oxusam tehsil haqqi odemeliyemmi? Ixtisasima yaxin bir ixtisas olmasi mecburidi? Meselen ingilis dili tercumecilik oxuya bileremmi?

    1. Salam. Sadəcə dik və ona yaxın ola bilər. Təhsil haqqının ona dəxli yoxdur. Bəli. yaxın olması məcburidir. Dəyişmək istəsəniz yenidən bakalavr oxumaq lazımdır. İngilis dili müəllimlik, dil şunaşlıq. amerikan və ya britaniya şunaslıq və təcüməçilik olar. ama güclü ıelts lazımdır

  3. Salam. Bu il DAAD teqaud proqramına müraciət etmək istəyirəm. Keçən smestr də ortalama balım 75 olub. Alman dilindən imtahan verəndən sonra seçimlər olanda ortalamaya çox önəm verilir yoxsa dilə?

    1. DAAD-dan çox ümid bəsləməyin hələ ki gpa 75dirsə. Məncə öz mailyyə hesbınıza baxın. maliyyə düşüksə xaricə getmək mənasız olur. Türkiyə bursları və ya Macarıstan scholarship daha asandır.

  4. Salam ümümiyyətlə təqaüd nədir bu anlayışı tam başa düşə bilmirəm yəni sənin illik haqqını dövlət qarşılayır ya necə? Biriniz cavablasaz sevinərəm ☺

    1. Salam. Bəli. Dövlət sizə oxumaq üçün qarşılıqlı və ya qarşılıqsız yardım edir. Yəni təhsil haqqınızı ödəyir qalmağınızı ödəyir ama hər təqaüd full olmur

  5. Men Almaniyada Beynelxalq huquq uzre master tehsili almaq isteyirem,ingilis dilinde.Ortalama uni’ balim(6 semestr uzre) 91+’dur.Qebul ola bileremmi?Illik 8040 Avro ucun men hardan yardim ala bilerem?

  6. Salam. Almaniyada universitete qebul olduqdan sonra, yashayish xerclerini teqaud hesabina odemek olurmu? Nece teqaud almaq olar?

    1. Almaniyada normal halda təqaüd yoxdur. Yaşayışı DAAD ilə ödəyə bilərsiniz ama DAAD dən təqaüd almaq çooox çətindir.

  7. Salam.men hal-hazirda 9-cu sinifde oxuyuram.Men gelen ilki tehsilimi almaniya kollecinde davam eletdire bilerem birbasa IELS imtahani ile?yoxsa mutleq 11-ci sinifden sonra?

  8. Elgün müəllim salam. Almaniya universtitetləri hansı imtahanla qəbul edirlər SAT yoxsa İELTS. 10-cu sinifdə oxuyan və təqaüdlə oxumaq istəyən şagirdə nə məsləhət verə bilərsiz? Harada və nə vaxt SAT yaxud İELTS imtahanlarına girmək olar.

    1. Salam, ALmaniya üçün SAT gərəkli deyil. IELTS yetərlidir. Amma burda 11-ci sinfi bitirib birbaşa gedə bilmirsiz ALmaniyaya onlarda 13 illik olduğu üçün. Burda ya 1 il universitet oxuyub getməlisiz və ya gedib orda 1 il foundation oxumalısız

  9. Salam. Menim ixtisasim ingilis dili muellimliyidir. Bu il mezun olmusham. Almaniyada Hr ozuya bileremmi? Ve Almaniya uchun fully-funded scholarship proqrami sadece DAAD’dirmi? Bashqa teqaudlerden istifade ederek oxumaq mumkundurmu?

  10. Salam Xahis edrem melumat verin men burada bakalavr(psixologiya) tehsili aliram ve master olaraq Almanianin hansi universitetine IELTS le(psixologiya) gede bilerem?

    1. Salam. İELTS aldıqdan sonra ofisimizə yaxınlaşın. Sizin üçün balınıza görə analiz edib program təklif edə bilərik. Bunu şifahi demək doğru deyil. Almaniya üçün 28 may ofisinə gedin.

    1. Almaniyada tibb Almancadır. İlk öncə dil öyrənməlisiniz. Təqaüd heç bir sahə üçün yoxdur Almaniyada. Ölkənin təhsil haqqı düşük və ya olmadığı üçün təqaüd olmur. DAAD təqaüd programı var ama indiyə kimi ordan keçən tələbə mənə rast gəlməyib.

    1. Salam. Almaniyada normalda unilərin təhsil haqqı yoxdur və ya çox azdır. BU səbəbdən uniyə qəbul olmaqla rahat təhsil ala bilərsiniz ama bu sizin yaşamı ödəyəcəniz anlamına da gəlir. Yəni illik 8040 avro xərcləməlisiniz.
      Tam təqaüd üçün DAAD baş vurmaq mümkündür ama ordan keçmək çox zaman mümkün olmur.

  11. Hi!

    I would like to study in Germany. Can you please send me some options with scholarships. The problem is that I have financial issue, so I am not able to fund my studied. Can I ask you to send me all possible options?
    Thank you in advance.

    1. Salam Günel xanım,
      İngiliscə yazmanız gözəl ama mən sizə öz dilimizdə cavab verməliyəm. Təqaüd başqa şərhlərdə dediyim kimi bacarıqlarınızdan asılıdır. Ama xaricdə oxuyanda müəyyən qədər büdcəniz varsa Almaniya kimi ölkələrdə oxuya biləsiniz. Detaylı məlumat üçün ofislərimizə yaxınlaşmaq lazımdır. Belə sizin haqqınızda heç bir məlumat olmadan necə təklif verə bilərik ki sizə?

      1. Salam. Almaniyada tibb üzrə bakalavr təhsili üçün təqaüd (DAAD və b.) nəzərdə tutulub?
        Tutulubsa, təqaüdü qazanmaq üçün tələbənin tək dil səviyyəsi, GPA-sına baxılır yoxsa bunlara yanaşı tələbənin digər invidual predmetlərinə?
        Yəni müraciət edərkən məktub üslubu, məktubun formasına və s. diqqət yetirilirmi?
        Təqaüdlə bağlı tanışlıq xarakterli və ətraflı olaraq məlumat versəniz məmnun olaram!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next