Almaniyada Təqaüdlü Təhsil, Azərbaycanlı Tələbələr

Almaniyada təqaüd proqramları alman və ingilis dillərini yaxşı bilən istedadlı tələbələrə, aspirantlara və müəllimlərə təqdim olunur. Təqaüdlər əsasən Alman Akademik Mübadilə Xidməti (DAAD), həmçinin siyasi partiyalar, kilsə, iri şirkətlər və ayrı-ayrı torpaqlar tərəfindən maliyyələşən müxtəlif ictimai fondların xətti ilə verilir.

DAAD Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını birləşdirir. Bu qurum Almaniyanın xarici mədəniyyət, ali təhsil və elm üzrə siyasətinin təşkilində bir vasitəçidir. Xidmətin xarici dövlətlərdə 14 nümayəndəliyi və dünya üzrə 48 məlumat mərkəzi fəaliyyət göstərir. DAAD ildə 55 mindən çox təqaüd ayırır.

DAAD-la Azərbaycan Republikası Təhsil Nazirliyi arasında imzalanmış Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişə əsasən son illər azərbaycanlı tələbə, magistr və doktorantların (aspirantların) Almaniyada təhsil alması üçün geniş imkanlar yaranıb. Bu proqram çərçivəsində namizədin akademik səviyyəsindən asılı olaraq onlar alman universitetlərindən bakalavr, magistr və ya PhD dərəcəsi alırlar. Proqramda muhəndislik, tibb və səhiyyə, təbiət elmləri, sosial və humanitar elmlər, biznes və iqtisadiyyat, kompüter və informasiya elmləri, hüquq, incəsənət və musiqi, kənd təsərrüfatı, ekologiya və turizm sahələrinin tələbələri iştirak edə bilərlər.

ERP-nin (Avropa Bərpa Proqramı) illik təqaüdləri isə iqtisadiyyatçı tələbələr üçün nəzərdə tutulub. Bu təqaüdlərin sayəsində iqtisadiyyat və müəssisə idarəçiliyi sahələri üzrə üçüncü kurs tələbələri iki semestr (10 ay) ərzində Almaniyanın dövlət universitetlərində təhsil almaq imkanı əldə edirlər. Almaniyada müəssisələrin birində təcrübənin keçirilməsi proqramın mühüm hissəsini təşkil edir. Daxilolma şərtlərinə əsasən şəxsin yaş həddi 32-dən yuxarı olmamalı və o, alman dilini yaxşı bilməlidir.

Almaniyanın müxtəlif siyasi partiyalarına yaxın fondların təqaüd proqramları da yetərincədir. Əsasən, Adenauer adına Fond (Konrad-Adenauer-Stiftung) magistratura təhsili və Almaniyada elmi tədqiqatların aparılması istiqamətində təqaüdlər ayırır.

1860-cı ildə təsis olunmuş Aleksandr Humbolt adına fond əcnəbi və yerli alimlər arasında elmi əməkdaşlığın yaradılmasına yardım edir. O, hər il 1900-dən çox əcnəbi alimin elmi məqsədlərlə Almaniyaya gəlməsinə şərait yaradır və 23 minlik keçmiş təqaüdçülərin dünya şəbəkəsini dəstəkləyir. Onların arasında 130 ölkədən 43 Nobel mükafatı laureatı da var.

Daha bir nüfuzlu yardım proqramını Beynəlxalq Maks Plank Tədqiqat Məktəbləri (International Max Planck Research Schools – IMPRS) təqdim edirlər. Onlar savadlı alman və əcnəbi tələbələr üçün nəzərdə tutulub. IMPRS strukturlaşdırılmış təhsil və tədqiqatlar üçün gözəl şərait yaradır. IMPRS çərçivəsində elmi tədqiqatlarla təxminən 2100 aspirant məşğul olur. Onların əksəriyyətini xarici ölkələrdən gələnlər təşkil edir. Bu proqramın təqaüdçüləri namizədlik dissertasiyasını Almaniya universitetlərindən birində və ya öz ölkəsindəki universitetdə müdafiə edə bilərlər.

İstənilən təqaüdün alınması üçün adətən standart sənədlər paketi tələb olunur. Buraya müraciət anketi, qısa tərcümeyi-hal, diplomun, orta təhsil haqqında attestatın surəti, iki və daha artıq xasiyyətnamə və dil kurslarından alman dilinin öyrənilməsi barədə arayış daxildir. Bəzi hallarda sağlamlıq haqqında arayış, aspirantlar üçün elmi nəşrlərin siyahısı, alman professorun elmi rəhbər olmasına namizədin razılığı, Almaniyada təhsilin zəruriliyinin ətraflı əks olunduğu əlavə məktub (Beratung) və konkret təlim proqramının seçilməsi də tələb edilə bilər.

Azərbaycanlı tələbələrin Almaniyada təhsili

Universitetlərinə dünyanın bütün ölkələrdən böyük axın olan Almaniya ali məktəblərində təhsil alan azərbaycanlıların sayı son illər durmadan artmaqdadır. Azərbaycanla Almaniya arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir ki, 1998-2010-cu illərdə Alman Akademik Mübadilə Xidmətinin xətti ilə 800-dən çox həmvətənimiz bu ölkənin ali məktəblərinə göndərilib. Onu da qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində isə 120-yə yaxın azərbaycanlı Almaniyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Artıq onların bir çoxu ali təhsillərini başa vuraraq yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə həyatının ayrı-ayrı sahələrinin inkişafına layiqli töhfələr verməkdədir.

42 thoughts on “Almaniyada Təqaüdlü Təhsil, Azərbaycanlı Tələbələr”

    1. Salam. Bəzi ölkələrə müraciət edə bilərsiniz. Əlavə məlumat üçün zəhmət olmasa əlaqə saxlayın. Əlaqə nömrəsi: +994 50 588 15 18

      1. Salam,Almaniyada bakalavr təhsili almaq istəyirəm.Tərcümə ixtisası və İnformasiya texnologiyaları ixtisası üzrə təqaüd almaq mümkündürmü?

  1. Salam mən riyaziyyat müəllimliyi ixtisası tədris ingiliscə təhsil alıram. Magistrı xaricdə təqaüdlə oxumaq istəyirəm. Bu ixtisas üzrə hansı ölkələrdə təqaüdlə təhsil almaq mümkündür?

    1. Salam. Bəli mümkündür. Nümunə olaraq Macarıstanda təqaüd proqramı var. Əlavə məlumat üçün zəhmət olmasa əlaqə saxlayın. Əlaqə nömrəsi: +994 50 588 15 18

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next