Almaniyada Real Təhsil İmkanları

Almaniyada təhsil haqqında hamının müəyyən qədər məlumatı var. Ama bugün sizlərə yazmaqda məqsədim tamamən başqadır. Almaniyada hər zaman PULSUZ, ÖDƏNİŞSİZ deyə hər kəsə məlumdur ama bu yazıda diqqəti başqa yerə çəkmək istəyirəm. 

Almaniyada az ödənişli universitet var ama PULSUZ universitet yoxdur. Heç bir təhsil haqqısı olmasa ən azından 300 avro qeydiyyat pulu ödəməli olacaqsınız. Və təbii ki viza almaq üçün, Alman Bankına 8040 Avro ödəyəcəksiniz və bunu sonra yataqxana və yemək xərclərinə istifadə edəcəksiniz. Yəni bunun başqa yolu yoxdur və bunu qəbul edərək Almaniyada oxumağa qərar verməlisiniz. 

Bu yazının məqsədi sizə reklamlarda deyil real olan Alman təhsil imkanlarını çatdırmaq. Çünki saxta şirkətlər kifayət qədərdir və Pulsuz kəliməsi ilə aldatmaq onlar üçün çox asandır. o zaman gəlin real imkanlara bir bir baxaq. 

1) Almaniya universitetində Bakalavr oxumağın real metodları

Almaniyada dövlət universitetində oxumaq çox da asan deyil. proqram sıx və həqiqətən oxumaq lazımdır. Güzəşt yoxdur. Eyni zamanda hər proqram və ya ştat pulsuz təhsil vermir. Hələ üstündə sizə təqaüd heç vermir. Bunlar real yanaşma deyil. Almaniyada bakalavr təhsili almaq üçün bu proseslərdən keçmək lazımdır. 

Birinci Metod

Attestata malik olmaq. Mümkinsə yaxşı qiymətlərlə və IELTS sertifikatına malik olmaq 5.5 və ya 6.0. Bu halda​:

  • Almaniyada sadəcə və sadəcə özəl (dövlətin tanıdığı) oxuya bilərsiniz.
  • Özəl univeristetlərin Almaniyada illik təhsil haqqı 12 min avro civarındadır
  • Təhsil daha rahatdır və 3 ildir
  • Bitirdikdə avtomatik 18 ay işləmə vizası
  • 18 ay bitəndə rəsmi işiniz varsa avtomatik 5 il oturma və işləmə icazəsi
  • 5 ildən sonra da Alman pasportu. Yəni sadəcə baklavr təhsili ilə Alman vətəndaşı olmaq çox asandır. 

İkinci Metod

Attestata malik olmaq (yaxşı qiymətlərlə ) və Alman dilindən rəsmi B2 sertifikatı olmaq.
Bu halda: 

  • Almaniyada bir il studien kolleg deyilən hazırlıq proqramında oxuyursunuz. Bu proqram ödənişli olur və 18-20 min avro kimi olur
  • Sonra 3 illik Alman dövlət bakalavr proqramına transfer olursunuz və bu illik proqram az ödənişli (pulsuz demirəm çünki elə deyil) yəni 300-500 avroda ola bilər illik qeydiyyat pulu kimi və ya 3-5 min avroda ola bilər. 
  • Bu metodda daha çox Alman dilində proqram çoxdur. 

Üçüncü Metod

Attestata malik olmaq (yaxşı qiymətlərlə ) və İngilis dilindən 5.5-6.0 IELTS. Bu halda: 

  • Almaniyada bir il studien kolleg deyilən hazırlıq proqramında oxuyursunuz. Bu proqram ödənişli olur və 18-20 min avro kimi olur
  • Sonra 3 illik Alman dövlət bakalavr proqramına transfer olursunuz və bu illik proqram az ödənişli (pulsuz demirəm çünki elə deyil) yəni 300  avroda ola bilər illik qeydiyyat pulu kimi və ya 3,000 min avroda ola bilər. 
  • Bu metodda daha  İngilis dilində Martda başlayan biznes proqramı vardır.

Qeyd edim ki Almaniyada dövlət univeristetlərində bakalavr proqramları İngilis dilində azdır. Ona görədə Özəl Universitetlər daha sərfəlidir. 

Alamniayda Universitetlərində magistr pilləsinə qəbul üçün real metodlər nədir?

Almaniyada magistr oxumaq bakalavrdan daha asan və dəqiqdir. Magistr üçün bir neçə şeyi bilməniz yetərlidir.
Almaniyada dövlət universitetində magistr oxumaq üçün konkret bunlar lazımdır.

  1. Magistr ixtisasına uyğun Bakalavr diplomu (Fərqli ixtisas mümkün deyil.)
  2. Bakalavr ortalama (GPA) qiymətləriniz ən az 75 və mümkünsə 85 dən yüksək olmalıdır
  3. IELTS 6.0 və bəzi ixtisaslara görə 6.5 lazimdir. Almaniyada şərti qəbul falan yoxdur.
  4. Son müraciət tarixini keçmək onun üçün icazə almaq kimi bir şey yoxdur. Sənədləriniz öncədən hazır olmalıdır çünki göndərilmə vaxt alır.
  5. Sənədlər orjimal olmalıdır
  6. Dövlət universitetləri az ödənişli 300 avrodan başlayır ama Baden Wuttemberq 3,000 avrodur
  7. Bütün bunlar olsa da Almanlar bəzən yer yoxdur deyə qəbul etmirlər. Yəni mütləq başqa variantınız olmalıdır əlinizdə.

Bəz Özəl universitetlər?

  1. Özəl universitetlər üçün Bakalavr diplomu 
  2. Ortalama qiymət 65% və yuxarı olması yetərlidir.
  3. Özəllərdə daha çox biznes proqramlarıdır
  4. Ama Tibb, Psixologiya və başqa sahələr var. 
  5. Ən aşağı təhsil haqqı 12 min avrodan başlayır. 

İnanıram bu məlumatlar sizə yetərli olacaqdır və qərar verərkən düzgün qərar verəcəksiniz.

Dövlət və Özəl Universitetləri üçün CELT-ə əminliklə müraciət edə bilərsiniz.

Həmidə Xanım,  CELT 28 May ofisi, 012 441 36 65 

Sadəcə Özəllər üçün: 

Anar Müəllim, CELT İçəri Şəhər, 012 492 68 53

Baba müəllim, CELT Nərimanov   012 566 48 23

Sevinc xanım, CELT Sahil, 012 493 4818

2 thoughts on “Almaniyada Real Təhsil İmkanları”

  1. Salam, Həmidə xanım. METU da elektrik və electronic mühəndisliyi ixtisasında bakalavr səviyyəsinin sonuncu semestrində ingiliscə təhsil alıram. 2015 ci ildə Celt də 1 illik təhsildən sonra İELTS 6 settifikatı qazandım. Bu il yenə də İELTS 6 sertifikat aldım. Avstriya Texniki Universitetinin Energy and Automation ixtisası üzrə magistr oxumaq üçün ingilis dili yetərlidir yoxsa alman dili də tələb olunur? Əgər mümkünsə tələb olunan sənədlərin siyahısını zəhmət olmasa qeyd edin mən soft copy lərini sizə göndərim . Bu ixtisasa bənzər Almaniyaya da razılıq verərəm. Əgər bu mümkünsə qəbul üçün sənədləşmə mövzusunda sizinlə rəsmi əməkdaşlığa məmuniyyətlə razılıq verərəm
    Hörmətlə
    Canbul Cavadov

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir