Almaniyada Təhsil – Almaniyada Bakalavr Təhsili

Almaniyada ali təhsil almaq bütün həyatınızın axışını dəyişdirəcək, sizə güvənli və keyfiyyətli gələcək təmin edəcək. Dünya miqyasında nüfuzlu, prestijli Almaniya universitetləri beynəlxalq tələbələrə sahibdir. Üstəlik Almaniyada universitet təhsili həm çox asan, həm də büdcə baxımından uyğundur.

Almaniyada bakalavr təhsili

Orta təhsil haqqında attestatınız, IELTS nəticəniz, varsa, siz Almaniyanın dövlət tərəfindən akkreditasiya olunmuş özəl  universitetlərində birbaşa bakalavr təhsilinə başlaya bilərsiniz. Bu halda təhsil müddəti 3 il olacaqdır. Özəl universitetlərə may- iyul aylarına qədər müraciət edə bilərsiniz.

Dövlət universitetlərində bakalavr təhsili almaq üçün isə 1 il bakalavr təhsiliniz və ya 12 il orta məktəb təhsiliniz, IELTS nəticəniz olmalıdır. Əgər 1 illik bakalavr təhsili alsanız, həmin ilin orta qiymət göstəriciləri yaxşı olmalıdır. Dövlət universitetlərinə iyul ayına qədər müraciət edə bilərsiniz.

Yaxud da dövlət universitetlərində bakalavr təhsili almaq üçün bir il boyunca foundation proqramında təhsil ala bilərsiniz. Foundation təhsilini çox az sayda dövlət universiteti təklif edir. Bu proqramlara qəbul üçün ingilis dili və riyaziyyat biliyi güclü olmalıdır.

Almaniyanın dövlət universitetlərində alman dilində bakalavr təhsili  almaq istədiyiniz halda isə, 1 illik  Studienkolleg proqramını tamamlamalısınız. Studienkollegə qəbul olmanız üçün alman dili və alman dilində riyaziyyatdan imtahan verərək yüksək nəticə göstərməlisiniz. Studienkollegi uğurla tamamladıdan sonra müvafiq ixtisas üzrə bakalavr təhsilinə başlaya bilərsiniz.

Təhsil haqqı və yaşam xərcləri

Almaniya universitetləri ümumilikdə ödənişsizdir, sadəcə Baden-Württemberg əyalətindəki universitetlərdə təhsil haqqı vardır. Minimal təhsil haqqı isə 3000 eurodan başlayır.

Aylıq yaşam xərcləri 700- 750 euro arasında dəyişir.

Almaniya universitetlərinə müraciət və qəbul prosesi bir çox ölkəyə nəzərən daha asan və qısa müddəti əhatə edir. Həmçinin bakalavr təhsilindən sonra birbaşa magistr təhsilinə də başlaya bilərsiniz. Eyni zamanda məzun olduqdan sonra 1 il içində iş tapdığınız halda, sizə Almaniyada yaşayış və çalışma icazısi verilir. Bütün bu şərtləri göz önünə alsaq, Almaniya bakalavr təhsili almaq üçün çox avantajlı ölkələrdəndir.

Universitetlərlə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

elgunk12.sg-host.com

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

37 thoughts on “Almaniyada Təhsil – Almaniyada Bakalavr Təhsili”

  1. Salam. Mən Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin birinci kursunda təhsil alıram. Hal-hazırda Alman dilini B1 səviyyəsində bilirəm. Almaniyada diş həkimliyi ixtisası üzrə pulsuz bakalavr təhsilini harada və necə ala bilərəm?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next