Ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş subbakalavrların nəzərinə!

Qabiliyyət imtahanında iştirak etməli olan subbakalavrların qeydiyyatı başlayıb

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən subbakalavrlar qabiliyyət imtahanlarında iştirak etmək üçün 12 – 21 avqust 2020-ci il tarixlərində verilən link (http://eservices.dim.gov.az/erizebak/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Subbakalavrlar qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçərkən aldıqları orta ixtisas təhsilinə uyğun ali təhsil üzrə ixtisasları seçə biləcəklər. Hər bir subbakalavr ən çoxu 2 istiqamət üzrə 6 komissiyadan qeydiyyatdan keçə bilər. Xatırladaq ki, qeydiyyatdan keçən zaman uyğun ixtisaslar proqram təminatı vasitəsilə subbakalavra təqdim ediləcək.

Dünyanın ƏN YAXŞI UNİVERSİTETLƏRİNDƏ dizayn, rəssamlıq və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyənlər üçün CELT xaricdə möhtəşəm təhsil imkan yaradır! Ətraflı məlumat üçün bizə yazın.

Məşqçilik, Musiqi müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Təsviri incəsənət müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən subbakalavrların qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçməsi tələb olunmur. Onlar müsabiqədə bu ixtisaslar üzrə tələb olunan minimal müsabiqə şərtləri əsasında iştirak edəcəklər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən subbakalavrlar qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçməli və qabiliyyət imtahanında iştirak etməlidirlər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən subbakalavrlar xüsusi qabiliyyət imtahanları verməyəcək. Buna görə də qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur. Həmin subbakalavrlar Dizayn ixtisası üzrə müsabiqədə bu ixtisas üzrə tələb olunan minimal müsabiqə şərtləri əsasında iştirak edəcəklər.

Musiqi müəllimliyi ixtisasını öz ərizələrində qeyd etmək istəyən və musiqi məktəbini 2016-cı ilə qədər bitirən subbakalavrlar öz bitirdikləri musiqi məktəbi ilə şəxsən əlaqə saxlayıb musiqi təhsili haqqında məlumatlarını “Musiqi məktəbi-məzun” sisteminə daxil etdirməlidirlər.

Məşqçilik, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarını öz ixtisas ərizələrində qeyd etmək istəyən subbakalavrlar qəbul olduqları təhsil müəssisəsinə sağlamlıq haqqında 086U formalı tibbi arayışı təqdim etməlidirlər.

Memarlıq ixtisasına qəbul olmaq istəyən subbakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün 2-6 sentyabr 2020-ci il tarixlərində qeydiyyatdan keçə biləcəklər.

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən subbakalavrlar müsahibədə iştirak üçün 27-30 avqust 2020-ci il tarixlərində qeydiyyatdan keçə biləcəklər.

2020/2021-ci tədris ilində qabiliyyət imtahanlarının keçirilməsi nəzərdə tutulan xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qeydiyyatdan keçmək üçün subbakalavr şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next