ADPU və Corc Vaşinqton Universiteti ikili diplom proqramı çərçivəsində sənəd qəbulu elan edir.

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin magistratura səviyyəsi üzrə birgə ikili diplom proqramına müraciət etmək üçün DİM tərəfindən ayrıca imtahan keçiriləcək.

2020-ci ilin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulan imtahanda bakalavriat səviyyəsinin “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən və 2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları iştirak edə bilərlər. 

Qeyd olunan ixtisas qrupları üzrə müsabiqə şərtləri ilə buradan tanış ola bilərsiniz.

Bu elanda qeyd edilən ixtisaslar üzrə Avropada, Amerikada təhsil almaq fikrinə düşdünsə, o zaman dəqiq ünvandasan Dost! CELT sənin dünyanın ƏN YAXŞI universitetlərində təhsil almana dəstəkçidir. Ətraflı məlumat üçün bizə yazın...

2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak edərək müsabiqə şərtlərini ödəyən, lakin daha əvvəl sözügedən proqrama ADPU tərəfindən aparılan sənəd qəbulunda iştirak etməyənlər də proqrama müraciət edə bilərlər.

İkili diplom proqramında təhsil almaq istəyən namizədlərin müraciətlərinin qəbulu ADPU tərəfindən 20 iyul 2020-ci il tarixinədək davam edəcək.

Müvafiq elanla keçiddən tanış ola bilərsiniz.

2 thoughts on “ADPU və Corc Vaşinqton Universiteti ikili diplom proqramı çərçivəsində sənəd qəbulu elan edir.”

  1. Salam mən təqaüdlə Amerikada təhsil almaq istəyirəm bunun üçün nə etməliyem? Ve yaxud da hansı ölkələr təqaüd verir?

    1. Salam. Təqaüd almaq üçün ortalama bal yüksək olmalı (90+), dil sertifikatı olmalı və başqa akademik sertifikatlar olmalıdır. Amma əlbəttə ki, təqaüd verən qurumun qərarından da çox şey asılıdır. Hər ölkənin müvafiq təqaüd proqramı olur.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next